Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-1169/2025 14.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim : İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında imzalanmış 18 mart 2025-ci il tarixli müqaviləyə əsasən cavabdehə təqdim edilmiş “Apple İphone 16 Pro 256GB Black Titanium” markalı cihazın qalıq borcu 3103.51 (üç min br yüz üç manat əlli bir qəpik) manat borc məbləğinin və ödənilmiş 51.04 (əlli bir manat dörd qəpik) manat dövlət rüsumunun Cavabdehtutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununun 1.1.6-cı maddəsinə əsasən elektron imza sahibi dedikdə - öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxs nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Sözügedən məcəllənin 69.3-cü təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Həmin məcəllənin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri aşağıdakı hallarda geri qaytarır: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsində göstərilir ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində qeyd edilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC tərəfindən mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) riayət edilməsini təsdiqləyən sənəd iş materiallarına əlavə olunmamışdır. Eyni zamanda iddia ərizəsini imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd iş materiallarına əlavə olunmamışdır və bu hal iddia ərizəsi imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış hesab olunur. Həmin məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Bununla yanaşı hesab edirəm ki, iddia ərizəsi geri qaytarılarkən Azərbaycam Respublikası MPM-in 114-cü maddəsinə uyğun olaraq, iddiaçı tərəfindən ödənilmiş 51.04 manat dövlət rüsumu da geri ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 267-268-284-cü maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçınə geri qaytarılsın. İddiaçı tərəfindən X2 vasitəsilə xx.xx.2025-ci il tarixli **********55 nömrəli qəbzlə ödənmiş 51.04 (əlli bir manat dörd qəpik) manat dövlət rüsumu İddiaçınə geri ödənilsin. İddiaçınə izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №e-2(110)-1169/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-1169/2025
14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver