Məhkəmə qərarları › İş №e-2(110)-1188/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1188/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1188/2023 28.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə EAP000121 saylı, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 200 AZN borcun, 30 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X7 ilə Cavabdeh arasında bağlanmış EAP000121 saylı xx.xx.2023-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 200 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 aymüddətində ödəməyi öhdəsinə götürdüyünü, İddiaçı QSC ilə X7 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X2 Cavabdeh qarşı olan 200 manat məbləğindəki tələb hüququnun İddiaçı QSC-yə keçdiyini, eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edildiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin ünvanına göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EAP000121 saylı Nisyə alqı-satqı müqaviləsindən görünür ki, X7 ilə X4 arasında müqavilə bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin müqavilənin 1.1-сi bəndinə əsasən “Satıcı” “Alıcıya” siyahısı Müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə 1-də göstərilən Mal(lar)ı (bundan sonra “Mal”) satır, Alıcı isə həmin Mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada Mal(lar)ın dəyərini “Satıcıya” ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “Satıcı” bu müqaviləyə əsasən dəyəri 200 AZN olan malı “Alıcı”ya nisyə satmağı, “Alıcı” isə satılmış əşyaya görə 0 AZN ilkin ödəniş edərək malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.4.4-cü bəndinə əsasən “Alıcı” qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EAP000121 saylı Nisyə alqı-satqı müqaviləsinə Əlavə 1-də Cavabdeh 6 ay müddətinə xx.xx.2023 – xx.xx.2023 tarixlərində aylıq 34 manat, xx.xx.2023-cü il tarixində isə 30 manat olmaqla X3 ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 1 ədəd Monitoru qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli R-17xx/xx-0008 saylı Sazişə əsasən xx.xx.2023-cü il tarixli, EAP000121 saylı Nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini İddiaçı QSC-yə güzəşt edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ünvanlanmış Bildirişdə qeyd edilmişdir ki, X1 bağladığı xx.xx.2023-cü il tarixli, EAP000121 saylı Nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısı İddiaçı QSC-yə güzəşt edilmişdir. Ona görədə növbəti ödənişlərinizi hər ay İddiaçı QSC-yə ödənilməsi tələb olunmuşdur. Bildirişdən görünür ki, tələbin güzəşti barədə bildiriş Cavabdeh imza etdirilməklə verilmişdir. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, EAP000121 saylı müqaviləyə əsasən İddiaçı QSC-yə 230 (iki yüz otuz) manat borcu vardır. İş materiallarında olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu və 0.4 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, EAP000121 saylı Nisyə alqı-satqı Müqaviləsinə əsasən Alıcı qiyməti 200 manat (iki yüz) olan 1 Monitor Satıcıdan nisyə almaqla, həmin əşynın ümumi məbləği olan 200 manat (iki yüz) pulu 12 (on iki) ay müddətinə xx.xx.2023 – xx.xx.2023 tarixlərində aylıq 34 manat, xx.xx.2023-cü il tarixində isə 30 manat olmaqla X3 ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh Lakin Alıcı Cavabdeh həmin əşyalarıı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə iddiaçıya borcu yaranmışdır. Həmçinin Alıcı iş üzrə tərəflər arasında bağlanmış Müqavilənin 2.4.4-cü bəndinə əsasən “Alıcı” qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5%-i həcmində cərimə (dəbbə pulu) ödəməlidir. Eyni zamanda müəyyən edilmişdir ki, X5 ilə "xxxx" MMC arasında bağlanmış R- 1774/22 saylı, xx.xx.2022-ci il tarixli Faktorinq müqaviləsinə əİavə olunan xx.xx.2023-cü il tarixli R-17xx/xx-0008 saylı Sazişə əsasən Faktor Borclu barəsində Müştərinin Borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına Müştəriyə pul vəsaiti vermiş, Müştəri isə Borcluya qarşı pul tələbini Faktora güzəşt etmişdir. Alıcı Cavabdeh isə onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh iddiaçı X5 ilə aralarında sadə yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, eyni zamanda tələb hüququ "xxxx" MMC-yə ötürüldüyündən iddiaçı "xxxx" MMC borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşudr. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, xx.xx.2023-cü il tarixli, EAP000121 saylı Nisyə alqı-satqı Müqaviləsinə əsasən Cavabdeh 200 manat əsas borc, 30 manat cərimə olmaqla, ümumilikdə 230 (iki yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət dövlət rüsumu və 0.4 (qırx qəpik) manat xidmət haqqının əvəzidə də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, EAP000121 saylı Nisyə alqı-satqı Müqaviləsi üzrə Cavabdeh ğlundan 200 (iki yüz) manat əsas borc, 30 (otuz) manat cərimə, cəmi 230 (iki yüz otuz) manat borc, 30 (otuz) manat rüsum və 0.4 (qırx qəpik) manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 260.4 (iki yüz altmış manat qırx qəpik) manat məbləğində pul alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar