Məhkəmə qərarları › İş №e-2(110)-1291/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1291/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1291/2025 11.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlu İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsindən irəli gələn borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, tozsoran LG, ətçəkən KENWOOD, 2 ədəd qızıl zəmanət ultra 2 il xidməti üçün 758,96 (yeddi yüz əlli səkkiz manat, 96 qəpik) manat ödənilməmiş hissə, 75,90 (yetmiş beş manat,90 qəpik) manat cərimə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, imei kodu **********54019 HONOR X8B markalı telefon, paket XL xidməti, zəmanət + 3 il xidməti üçün 711 (yeddi yüz on bir) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 71,1 (yetmiş bir manat, 10 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, imei kodu **********75150 SAMSUNG GALAXY A05S markalı telefon, paket M xidməti üçün 228,96 (iki yüz iyirmi səkkiz manat, 96 qəpik) manat ödənilməmiş hissə, 22,90 (iyirmi iki manat, 90 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2 ədəd mini SOBAHOFFMANN, 2 ədəd qızıl zəmanət ultra2 il xidməti üçün 210,14 (iki yüz on manat, 14 qəpik) manat ödənilməmiş hissə, 21,01 (iyirmi bir manat, 01 qəpik) manat cərimə, ümumilikdə 2123,57 manat borc, 41,24 manat ödənilmiş dövlət rüsumu Cavabdehalınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, tozsoran LG, ətçəkən KENWOOD, 2 ədəd qızıl zəmanət ultra2 il xidməti, imei kodu**********54019 HONOR X8B markalı telefon, paket XL xidməti, zəmanət + 3 il xidməti, imei kodu **********75150 SAMSUNG GALAXY A05S markalı telefon, paket M xidməti, 2 ədəd mini soba HOFFMANN, 2 ədəd qızıl zəmanət ultra 2 il xidməti almış və nəticədə 2123,57 (iki min yüz iyirmi üç manat, 57 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 828,86 (səkkiz yüz iyirmi səkkiz manat,86 qəpik) manat (12 ay x 69,08 manat + 0 manat ilkin ödəniş) olan tozsoran LG, ətçəkən KENWOOD, 2 ƏDƏD qızıl zəmanət ultra2 il xidməti üçün ümumilikdə, 834,86 (səkkiz yüz otuz dörd manat, 96 qəpik) manat olmaqla ondan, 758,96 (yeddi yüz əlli səkkiz manat, 96 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 75,90 (yetmiş beş manat,90 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 711 (yeddi yüz on bir) manat (18 ay x 39,5 manat + 0 manat ilkin ödəniş) olan imei kodu **********54019 HONOR X8B markalı telefon, paket XL xidməti, zəmanət + 3 il xidməti üçün ümumilikdə, 805.70 (səkkiz yüz beş manat, 70 qəpik) manat olmaqla ondan 711 (yeddi yüz on bir) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 71,1 (yetmiş bir manat, 10 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 468,96 (dörd yüz altmış səkkiz manat, 96 qəpik) manat (12 ay x 39,08 manat + 0 manat ilkin ödəniş) olan imei kodu **********75150 SAMSUNG GALAXY A05S markalı telefon, paket M xidməti üçün ümumilikdə, 251,86 (iki yüz əlli bir manat,86 qəpik) manat olmaqla ondan, 228,96 (iki yüz iyirmi səkkiz manat, 96 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22,90 (iyirmi iki manat, 90 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 238,14 (iki yüz otuz səkkiz manat, 14 qəpik) manat (18 ay x 13,23 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd mini soba HOFFMANN, 2 ədəd qızıl zəmanət ultra 2 il xidməti üçün ümumilikdə, 231,15 (iki yüz otuz bir manat, 15 qəpik) manat olmaqla ondan, 210,14 (iki yüz on manat, 14 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21,01 (iyirmi bir manat, 01 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 338 manat təşkil edir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da, cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Fiziki şəxs Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli ********** saylı, xx.xx.2024-cü il tarixli 02077434 saylı və xx.xx.2024-cü il tarixli 10759121 saylı Müqavilələrdən, həmçinin həmin müqavilənin ayrılmaz hissəsi olan təhvil-təslim aktlarından məlum olur ki, satıcı müqavilələrdə göstərilmiş əşyaları qüsursuz şəkildə alıcıya təhvil vermiş, alıcı bu barədə həmin aktı imzalamışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən halhazırda cavabdehin cəmiyyətə olan borcu 1909.06 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 190.906 manat cərimə borcu olmaqla cəmi 2123.57 manat təşkil edir. ********** nömrəli, xx.xx.2025-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar PAYSİS MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 41.24 (qırx bir manat iyirmi dörd qəpik) manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməmiş və bununla bağlı «ABC TELECOM” MMC tərəfindən cavabdehə xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh müqavilələri üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etmədiyindən iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Ona görə də hesablanmış 190.90 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 90 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən əlavə olaraq İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat məbləğində rüsum tələb etmişdir ki, bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin 3.4-cü bəndində qeyd edilmişdir ki, Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Həmin Müqavilənin 3.14-cü maddəsinə əsasən, ... Müştərinin ümumi borc üzrə “ABC” qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda “ABC” dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Həmin Müqavilənin 3.5-ci bəndində əsasən Müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Göründüyü kimi, iddiaçı iddia tələbi üzrə İnnovativ Layihələr Mərkəzinə ödədiyi 23.6 manat rüsumu cavabdehdən malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi halda tələb edə bilər. Məhkəmə qeyd edir ki, lakin iddiaçı iş materialında olan İnnovativ Layihələr Mərkəzi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli Təhvil-təslim aktında məhz cavabdehə məxsus HONOR X8B markalı telefonun **********54019 nömrəli imei kodunun deaktiv olunması üsulu ilə Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edilməsi və həmin məhdudiyyətin tətbiqinə dair xərc çəkməsi öz təsdiqini tapmadığından, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli ********** saylı, xx.xx.2024-cü il tarixli 02077434 saylı və xx.xx.2024-cü il tarixli 10759121 saylı müqavilələr üzrə 1909.06 (bir min doqquz yüz doqquz manat altı qəpik)manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə borcu olmaqla ümumilikdə 1999.06 (bir min doqquz yüz doxsan doqquz manat altı qəpik) manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Ona görə də, ödənilmiş 41.24 manat dövlət rüsumundan 2.42 manat iddiaçıya aid edilməli, qalan 38.82 manat isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.5-cü maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********** saylı, xx.xx.2024-cü il tarixli 02077434 saylı və xx.xx.2024-cü il tarixli 10759121 saylı müqavilələr üzrə 1909.06 (bir min doqquz yüz doqquz manat altı qəpik) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə borcu olmaqla ümumilikdə 1999.06 (bir min doqquz yüz doxsan doqquz manat altı qəpik)manat borc və 38.82 (otuz səkkiz manat səksən iki qəpik) manat ödənilmiş dövlət rüsümu tutularaq İddiaçınə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Şərur Rаyоn Məhkəməsi vаsitəsilə Naxçıvan MR Ali Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar