Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-144/2025 08.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh - Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə borcuna görə 1140 (bir min yüz qırx) manat, faiz borcuna görə 0 (sıfır) manat, cəmi 1140 (bir min yüz qırx) manat pulun və 32 (otuz iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində hüquqi şəxs "xxxx" MMC (VÕEN **********) "OCEAN RO452CS" markalı su temizləmə sisteminin kreditlə satışı ilə əlaqədar olaraq Cavabdeh arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsı bağlandığını, həmin müqaviləyə müvafiq olaraq "xxxx" şirkətinə məxsus olan və qiyməti 1890 (bir min səkkiz yüz doxsan) manat məbləğində olan "OCEAN RO452CS" markalı su təmizləmə sistemi Cavabdeh yoxlanılaraq təhvil verilməklə quraşdırılmış ve bu barədə xx.xx.2023-cü il tarixlı müqavilə, müqaviləyə 1 saylı əlavə və məmnuniyyət anketi tərtib edilərək tərəflərin imzası ilə təsdiq edildiyini, xx.xx.2023-cü il alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh olan Cavabdeh "OCEAN RO452CS" markalı su təmizləmə sistemini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, lakin kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etmədiyini, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xabardar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayındığını, tərəflər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin 1-ci bəndinə əsasən ilkin ödəniş 100 (bir yüz) manat, 1 saylı əlavəsinin 1-ci bəndinə göstərilən qaydada 18 ay müddətinə olmaqla hər ayın 25-dən gec olmayaraq, hər ay 100 (bir yüz) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etmədiyini, təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1140 (bir min yüz qırx) manat, cərimə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 1140 (bir min yüz qırx) manat təşkil etdiyini bildirmişdir. İddiaçı "xxxx" MMC-nin direktoru X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ərizəsində bildirmişdir ki, icraatınızda olan e-2(110)- 1312/2024 nömrəli mülki iş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə borcuna görə 1140 (bir min yüz qırx) manat, faiz borcuna görə 0 (sıfır) manat, cəmi 1140 (bir min yüz qırx) manat pulun və 32,00 (otuz iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" MMCnin xeyrinə tutulmasına dair qətnamə qəbul etməyiniz xahiş olunmuşdur. Bununla bağlı iddia tələbi tərəfimdən yenidən dəqiqləşdirilməklə Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə borcuna görə 1140 (bir min yüz qırx) manat, faiz borcuna görə 0 (sıfır) manat, cəmi 1140 (bir min yüz qırx) manat pulun və 31,40 (otuz bir manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 (sıfır manat qırx qəpik) azn bank üçün ödənilmiş xidmət haqqının iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul etməyinizi məhkəmədən xahiş etmişdir. Məhkəmə 29 mart 2024-cü il tarixli qərardadla mülki işə dəqiqləşdirilmiş iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 23 iyun 2023-cü il tarixli Müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və tərəflər üzərilərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”ya “Ocean Ro452” markalı su təmizləmə sistemini (bundan sonra “Mal”) satır “Alıcı” isə həmin “Mal”ı qəbul edir və müqaviləyə əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, “Mal”ın qiyməti, ödəniş şərtləri və miqdarı “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan “Əlavə” ilə müəyyənləşdirilir. Tərəflər arasında bağlanmış 29 iyun 2023-cü il tarixli Müqaviləyə 1 saylı Əlavədən (ödəniş cədvəlindən) görünür ki, Alıcı xx.xx.2023 – xx.xx.2024 tarixlərində ayda 100 manat, xx.xx.2024-cü il tarixdə 90 manat olmaqla, cəmi 1790 manat pulu Satıcıya ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 29 iyun 2023-cü il tarixli Müqaviləyə 1 saylı Əlavədən (ödəniş cədvəlindən) görünür ki, Alıcı “Ocean Ro452” markalı su təmizləmə sistemini təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışına əsasən, hal-hazırda cavabdehin cəmiyyətə olan borcu 1140 manat əsəs borc, 0 manat dəbbə pulu, ümumilikdə 1140 manat təşkil edir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" MMC vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 31,40 (otuz bir manat qırx qəpik) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx) manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi Cavabdeh "xxxx" MMC-dən 29 iyun 2023-cü il tarixli müqaviləsinə əsasən hissə-hissə ödəniş şərti ilə 1890 (bir min səkkiz yüz doxsan) manat məbləğində "OCEAN RO452CS" markalı su təmizləmə sistemi əldə etmiş, həmin məbləğin 100 (yüz) manatını ilkin ödəniş olaraq ödədikdən sonra qalan 1790 (bir min yeddi yüz doxsan) manat məbləği xx.xx.2023 – xx.xx.2024 tarixlərində ayda 100 manat, xx.xx.2024-cü il tarixdə 90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etmədiyindən məhkəmə hesab edir ki, o, risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" MMC -yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 31.40 (otuz bir manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun və 0.40 (qırx) manat xidmət haqqının əvəzidə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Alıcı” yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə “Satıcı” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Satıcı” “Alıcı”ya qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli Müqaviləyə əsasən 1140 (bir min bir yüz qırx) manat məbləğində əsas borc, 31.40 (otuz bir manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun və 0.40 (qırx) manat xidmət haqqının əvəzidə olmaqla, cəmi 1171.80 (bir min bir yüz yetmiş bir manat, səksən qəpik) manat məbləğində pul alınaraq "xxxx" MMCyə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli Müqaviləyə əsasən Cavabdeh 1140 (bir min bir yüz qırx) manat məbləğində əsas borc, 31.40 (otuz bir manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun və 0.40 (qırx) manat xidmət haqqının əvəzidə olmaqla, cəmi 1171.80 (bir min bir yüz yetmiş bir manat, səksən qəpik) manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-144/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-144/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver