Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1513/2025 05.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X1 İddiaçı QSC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq Müəyyən etdi: Tələb:
1. İddiaçı QSC xx.xx.2025-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh TVB000572 saylı xx.xx.2024-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 450 AZN borcun, 67,50 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN xidmət haqqının tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 ilə Cavabdeh arasında bağlanmış TVB000572 saylı xx.xx.2024-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 450 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. Ferrum Kapital QSC ilə X7 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X7-in Cavabdeh qarşı olan 450 manat məbləğindəki tələb hüququ Ferrum Kapital QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun Ferrum Kapital QSC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin bugünə 450 manat əsas borcu, 67.50 manat cərimə borcu yaranıb.
Tərəflərin izahatları:
3. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
4. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Rəsmi qaydada təqdim olunmuş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 (iş) günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır.
5. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır.
İş materialları:
6. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TVB000572 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış həmin müqavilədə iş üçün əhəmiyyət kəsb edən aşağıdakı şərtlər nəzərdə tutulmuşdur: -Müqavilənin 1.1-ci maddəsinə əsasən, satıcı alıcıya qeyd olunan müqavilənin tərkib hissəsi olan Əlavə 1-də göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. - Müqavilənin 1.2-ci maddəsinə əsasən satıcı dəyəri 450 manat olan malı alıcıya nisyə satmağı, alıcı isə əşyaya görə 0 manat ilkin ödəniş edərək malı qəbul edib bu müavilənin tərkib hissəsi olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. - Müqavilənin 2.4.4-cü maddəsinə əsasən “Alıcı” qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5 % həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür.
7. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, həmin gün satıcı X4 xx.xx.2024-cü il tarixli TVB000572 nömrəli nisyə alqı-satqı müqaviləsində qeyd olunan 1 ədəd Anchee 185/75/R16 tam qüsursuz halda alıcıya təhvil verilmiş, alıcı-Cavabdeh isə həmin əşyanı təhvil almışdır. Tərəflər bu faktı aktda öz imzaları ilə təsdiq etmişlər.
8. xx.xx.2023-cü il tarixli R-2309/23 saylı faktorinq müqaviləsindən görünür ki, X6 tələb hüququ Ferrum KapitalQSC-yə keçmişdir.
9. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin müqavilə üzrə 450 manat əsas borc, 67,5 manat cərimə borcu olmaqla, cəmi 517,5 manat borcu yaranmışdır.
10. İddiaçı QSC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdə qeyd olunur ki, bank ilə borclu arasında bağlanmış xx.xx.2024-cü il tarixli TVB000572 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən xx.xx.2025 -ci il tarixinə cəmi 518 manat borcu yaranmışdır. Banka olan bütün borc məbləğini xx.xx.2025-ci il tarixədək ödəmədiyi təqdirdə borcun məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəkdir.
11. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir.
İşin faktiki halları:
12. Məhkəmə tərəfindən araşdırılmış yazılı sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə X4 ilə Cavabdeh arasında TVB000572 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı dəyəri 450 manat olan 1 ədəd Anchee 185/75/R16 markalı malı alıcıya nisyə satmış, alıcı isə malı qəbul edərək onun dəyərini 6 ay müddətində ödəniş cədvəlinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə malın cavabdehə tam və qüsursuz vəziyyətdə təhvil verildiyi təsdiq olunmuş, cavabdeh həmin aktı imzalamaqla malı qəbul etdiyini təsdiq etmişdir. Bununla da satıcı üzərinə düşən öhdəliyi yerinə yetirmişdir.
13. Müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən ödənişlər müəyyən edilmiş müddətlərdə aparılmalı olduğu halda, cavabdeh ödəniş cədvəli üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və tam icra etməmişdir. Nəticədə müqavilə üzrə 450 manat əsas borc yaranmışdır.
14. İş materiallarında olan xx.xx.2023-cü il tarixli faktorinq müqaviləsindən görünür ki, ilkin kreditor X3 cavabdehə qarşı olan tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Bu barədə cavabdehə müvafiq bildiriş göndərilmişdir.
15. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin müqavilə üzrə 450 manat əsas borcu və 67,50 manat cərimə borcu olmaqla ümumilikdə 517,50 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən borcun ödənilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
16. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməmiş, nəticədə iddiaçı qarşısında göstərilən məbləğdə borcu yaranmışdır. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsinə əsasən isə alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3-cü maddəsinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə görə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 655.1-ci maddəsinə görə faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya ohdəliyin məzmunu ilə muəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən çəhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarı: Konstitusiya Məhkəməsi Plenumu sözügedən Qərarında qeyd etmişdir ki: “...mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılması mümkündür". Məhkəmənin mövqeyi:
15. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
16. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə X4 ilə Cavabdeh arasında yazılı formada nisyə alqı-satqı müqaviləsi bağlanmış, satıcı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək dəyəri 450 manat olan 1 ədəd Anchee 185/75/R16 markalı malı cavabdehə təhvil vermiş, cavabdeh isə malı qəbul edərək onun dəyərini müəyyən edilmiş müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən ödəniş öhdəliyini vaxtında və tam şəkildə icra etməmiş, nəticədə 450 manat məbləğində əsas borc yaranmışdır.
17. Məhkəmə belə hesab edir ki, cavabdeh tərəfindən borcun ödənilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, əsas borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
18. İş materiallarından belə görünür ki, iddiaçı tərəfindən 67,50 manat məbləğində cərimə (dəbbə pulu) tələbi irəli sürülmüşdür. Tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilənin 2.4.4-cü maddəsinə əsasən gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğin 0,5 faizi həcmində cərimə nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 465.2-ci və 467-ci maddələrinə əsasən, borclu cərimə ödəmək barədə öhdəlik götürdükdə kreditor onun ödənilməsini tələb edə bilər, lakin məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər.
19. Məhkəmə hesab edir ki, gecikdirilmiş hər gün üçün 0,5% miqdarında cərimə tətbiqi nəticəsində hesablanmış 67,50 manat məbləğində dəbbə pulu əsas borcun məbləği və işin konkret halları nəzərə alınmaqla ölçülülük və ədalətlilik prinsiplərinə tam uyğun deyildir.
20. Bu səbəbdən də, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq, dəbbə pulunun məbləğini azaldaraq 25 (iyirmi beş) manat həcmində müəyyən edilməsini, cərimənin qalan 42,50 (qırx iki manat əlli qəpik) hissəsində isə iddia tələbinin rədd edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə baxışının hədləri:
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinəmütənasibolaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə xərcləri:
22. Məhkəmə belə hesab edir ki, iddia tələbi qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27,39 manat hissəsi və 0.40 manat məbləğində bank xidmət haqqı Cavabdeh tutularaq iş üzrə İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Nəticə:
23. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; -xx.xx.2024-cü il tarixli, TVB000572 nömrəli alqı-satqı müqaviləsi üzrə 450 manat əsas borc, 25 manat cərimə borcu, o cümlədən 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 505.4 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli; -İddia tələbi cərimənin qalan 42,50 manatlıq hissəsində rədd edilməli,
24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, TVB000572 nömrəli alqı-satqı müqaviləsi üzrə 450 (dörd yüz əlli) manat əsas borc, 25 (iyirmi beş) manat cərimə borcu, o cümlədən 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat (qırx qəpik) bank xidmət haqqı olmaqla, cəmi 505,4 manat (beş yüz beş manat, qırx qəpik) məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı QSCnin xeyrinə ödənilsin. İddia tələbi cərimənin qalan 42,50 manat (qırx iki manat əlli qəpik) hissəsində rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev