Məhkəmə qərarları › İş №e-2(110)-167/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-167/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-167/2024 19.02.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Seksiya Hoffmann, Paltaryuyan Hoffmann, Kombi Hoffmann 24, Hp 15 Kompüter üçün 2830.4 (iki min səkkiz yüz otuz manat qırx qəpik) manat ödənilməmiş hissə, 848.7 (səkkiz yüz qırx səkkiz manat yetmiş qəpik) manat dəbbə olduğunu, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Dnepr - Yataq – Carpayi, Dnepr - Yataq – Dolab, Dnepr - Yataq – Termo, Dnepr - Yataq – Tumba 2 Ədəd, Matras, Anhel - Yumsaq - Kunc - Sol Uzun markalı Mebel əşyası üçün 2743.6 (iki min yeddi yüz qırx üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 821.3 (səkkiz yüz iyirmi bir manat otuz qəp) manat dəbbə borcu olmaqla, ümumilikdə 7244 manat borc, 92.44 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində cavabdehin "xxxx" MMC ilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən, Seksiya Hoffmann, Paltaryuyan Hoffmann, Kombi Hoffmann 24, Hp 15 Kompüter, Dnepr - Yataq – Carpayi, Dnepr - Yataq – Dolab, Dnepr - Yataq – Termo, Dnepr - Yataq – Tumba 2 Ədəd, Matras, Anhel - Yumsaq - Kunc - Sol Uzun markalı Mebel əşyası aldığını və nəticədə 7244 (yeddi min iki yüz qırx dörd) manat borc yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2954.4 (iki min doqquz yüz əlli dörd manat qırx qəpik) manat (24 ay x 123.1 manat + 0 manat ilkin ödəniş) Seksiyahoffmann, Paltaryuyan Hoffmann, Kombi Hoffmann 24, HP 15 Kompüter üçün ümumilikdə, 3679.1 (üç min altı yüz yetmiş doqquz manat on qəpik) manat olmaqla ondan, 2830.4 (iki min səkkiz yüz otuz manat qırx qəpik) manat ödənilməmiş hissə, 848.7 (səkkiz yüz qırx səkkiz manat yetmiş qəpik) manat dəbbə, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2865.6 (iki min səkkiz yüz altmış beş manat altmış qəpik) manat (24 ay x 119.4 manat + 0 manat ilkin ödəniş) olan Dnepr - Yataq – Carpayi, Dnepr - Yataq – Dolab, Dnepr - Yataq – Termo, Dnepr - Yataq – Tumba 2 Ədəd, Matras, Anhel - Yumsaq - Kunc - Sol Uzun markalı Mebel əşyası üçün ümumilikdə 3564.9 (üç min beş yüz altmış dörd manat doxsan qəpik) manat olmaqla ondan, 2743.6 (iki min yeddi yüz qırx üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 821.3 (səkkiz yüz iyirmi bir manat otuz qəpik) manat dəbbə borcu yarandığını, cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2021-ci il tarixi olduğunu, cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2021-ci il tarixi olduğunu, cavabdehin cəmi ödədiyi məbləğin 246 manat təşkil etdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizəsində iddiaçı "xxxx" MMC-nin Cavabdeh qızına qarşı Şərur rayon Məhkəməsində başlanmış 2(110)-167/2024 nömrəli mülki iş üzrə məhkəmə iclasının xx.xx.2024-cü il, saat 14:30 tarixinə təyin olunduğunu, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə mməhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etirazlarının olmadığını, iddianı müdafiə etdiklərini və qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21200087 saylı Müqavilələrin 1.1-ci bəndinə əsasən, “ABC Telecom“özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşyalar - Hoffmann markalı Paltaryuyan, Hoffmann markalı Kombi, Hoffmann markalı Seksiya, Hp kompyuterdiri. Tərəflər arasında bağlanmış, xx.xx.2020-ci il tarixli, 21200087 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 2954.4 manat olan Hoffmann markalı Paltaryuyan, Hoffmann markalı Kombi, Hoffmann markalı Seksiya, Hp kompyuter üçün ilkin ödəniş etmədən, həmin məbləği 24 ay müddətinə ayda 123.1 manat ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli il tarixli əşyanın təhvil-təslim aktına əsasən Əmirova X1 markalı Paltaryuyanı, Hoffmann markalı Kombini, Hoffmann markalı Seksiyanı, Hp kompyuteri tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21199703 saylı Müqavilələrin 1.1-ci bəndinə əsasən, “ABC Telecom“özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşyalar - Dnepr yataq - çarpayı, Dnepr yataq - dolab, Dnepr yataq -termo, Dnepr yataq - tumba 2 ədəd matras, Anhel yumsaq Kunc sol uzun mebel əşyalarıdır. Tərəflər arasında bağlanmış, xx.xx.2020-ci il tarixli, 21199703 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 2865.6 manat olan Dnepr yataq - çarpayı, Dnepr yataq - dolab, Dnepr yataq -termo, Dnepr yataq - tumba 2 ədəd matras, Anhel yumsaq Kunc sol uzun mebel üçün ilkin ödəniş etmədən, həmin məbləği 24 ay müddətinə ayda 119.4 manat ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh Dnepr yataq - çarpayı, Dnepr yataq - dolab, Dnepr yataq -termo, Dnepr yataq - tumba 2 ədəd matras, Anhel yumsaq Kunc sol uzun mebel əşyalarını tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin cəmiyyətə olan borcu xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 2830.4 (iki min səkkiz yüz otuz manat qırx qəpik) manat ödənilməmiş hissə, 848.7 (səkkiz yüz qırx səkkiz manat yetmiş qəpik) manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 2743.6 (iki min yeddi yüz qırx üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 821.3 (səkkiz yüz iyirmi bir manat otuz qəpik) manat dəbbə olmaqla, ümumilikdə 7244 (yeddi min iki yüz qırx dörd manat) manat təşkil edir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, “ABC Telecom“ MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 92.44 (doxsan iki manat qırx dörd qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi “ABC Telecom“ MMC ilə Müştəri arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21200087 saylı Müqaviləyə əsasən Müştəri qiyməti 2954.4 manat olan Hoffmann markalı Paltaryuyan, Hoffmann markalı Kombi, Hoffmann markalı Seksiya, Hp kompyuter üçün ilkin ödəniş etmədən, həmin məbləği 24 ay müddətinə ayda 123.1 manat, xx.xx.2020-ci il tarixli 21199703 saylı Müqaviləyə əsasən qiyməti 2865.6 manat olan Dnepr yataq - çarpayı, Dnepr yataq - dolab, Dnepr yataq -termo, Dnepr yataq - tumba 2 ədəd matras, Anhel yumsaq Kunc sol uzun mebel üçün ilkin ödəniş etmədən, həmin məbləği 24 ay müddətinə ayda 119.4 manat ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. Lakin Müştəri üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək hər iki müqavilə üzrə cəmi 246 manat ödəniş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC belə bir tələb irəli sürməkdə haqlı olmuş və Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" MMC-yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; “ - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İddia tələbinin hər iki müqavilə üzrə tələb olunan 1670 manat cərimənin alınması hissəsi ilə bağlı məhkəmə hər iki Müqavilə üzrə ödənilməmiş pulun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hər iki müqavilə üzrə tələb olunan 1670 manat cərimə məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, dəbbə pulunun hər iki müqavilə üzrə ümumilikdə 557 (beş yüz əlli yeddi) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından daha ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər ; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə "xxxx" MMC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" MMC “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, Cavabdeh hər iki müqavilə üzrə 5574 (beş min beş yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 557 (beş yüz əlli yeddi) manat cərimə olmaqla, ümumilikdə 6131 (altı min bir yüz otuz bir) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 92.44 manat dövlət rüsumunun 14.21 manatı iddiaçıya aid edilməli, 78.23 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh hər iki müqavilə üzrə 5574 (beş min beş yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 557 (beş yüz əlli yeddi) manat cərimə, cəmi 6131 (altı min bir yüz otuz bir) manat borc və 92.44 (doxsan iki manat qırx dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun 78.23 manatı olmaqla, ümumilikdə 6209.23 (altı min iki yüz doqquz manat iyirmi üç qəpik) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar