Məhkəmə qərarları › İş №e-2(110)-194/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-194/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-194/2025 13.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 20 iyun 2019-cu il tarixli K- 0010 saylı alqı-satqı müqaviləsi üzrə borcuna görə 929 (doqquz yüz iyirmi doqquz) manat, faiz borcuna görə 0 (sıfır) manat, cəmi 929 (doqquz yüz iyirmi doqquz) manat pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində fiziki şəxs X1 ilə (VÖEN **********) "SİNTRA" markalı su filterlərinin satışı ilə əlaqədar olaraq Cavabdeh arasında 20 iyun 2019-cu il tarixli K-0010 saylı alqısatqı müqaviləsi bağlandığını, həmin müqaviləyə müvafiq olaraq "SİNTRA" firmasının istehsalı olan 1499 (bir min dörd yüz doxsan doqquz) manat məbləğində olan "Sintra" modeli su təmizləmə sistemi quraşdırılaraq ona təhvil verildiyini və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edildiyini, 20 iyun 2019-cu il tarixli K-0010 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh olan - Cavabdeh "SİNTRA" markalı su filterini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etmədiyini, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinın icra edilməsindən qərəzli olaraq yayındığını, tərəflər arasında 20 iyun 2019-cu il tarixli K-0010 saylı alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən ilkin ödəniş 50 (əlli) manat ödəyərək, 2.4-cü bəndinə göstərilən qaydada 24 ay müddətinə olmaqla hər ayın 22-dən gec olmayaraq, hər ay 61 (altmış bir) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada iera etmədiyini, təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 20 iyun 2019-cu il tarixli K-0010 saylı alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 929 (doqquz yüz iyirmi doqquz) manat, cərimə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 929 (doqqquz yüz iyirmi doqquz) manat təşkil etdiyini, fiziki şəxs (VÖEN **********) əsasında fəaliyyət göstərən X2 ilə "xxxx" MMC arasında 30 iyul 2019-il tarixli N- 004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlandığını bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin ünvanına göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə fiziki şəxs X1 (VÖEN **********) arasında 20 iyun 2019-cu il tarixli K-0010 nömrəli «Alqı-Satqı » Müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin əsası "Sintra" markalı yalnız bir rəngdə, formada və ölçüdə buraxılan "Sintra" modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarlardır. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 567-ci maddəsinə uyğun olaraq satıcı, bundan sonra "əmlak" adlandırılacaq, 1.1-ci bənddə göstərilən əmlakı alıcıya verməyi, alıcı isə bunun müqabilində, satıcıya bu müqavilənin 2-ci bəndində müəyyən edilimiş qaydada və müddətdə -1499 (bir min dörd yüz doxsan doqquz) manat məbləğində onun qiymətini ödəməyi öhdəsinə götürür; Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, Alıcı bu müqavilənin 1.4-cü bəndində göstərilmiş məbləği aşağıdakı qaydada və müddətdə satıcıya ödəməlidir: Müqavilə bağlanarkən alıcı 50 (əlli )manat məbləğində ilk ödənişi həyata keçirir; Ödəniş günü tarixindən 15 gün keçirməməklə; qalan 1449 manat hər ay 61 manat olmaqla,24 ay ərzində hər ayın 22-də ödənilir;ailə ilkin ödəniş 50 Azn xx.xx.2019-da ödəyəcək. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən Alıcı ödənişləri gecikdirdikdə, hər gecikdirilmiş gün üçün əmlakın ümumi qiymətinin 0,1% (faizi) həcmində satıcının xeyrinə cərimə ödəyir; İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh "Sintra" modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarlar tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş 30 iyul 2019-cu il tarixli Tələbetmə hüquqlarının güzəşt olunmasına dair 004 saylı Müqaviləsinə əsasən bir tərəfdən fiziki şəxs (VÖEN) ********** əsasında fəaliyyət göstərən X1 - "Hüquq sahibi" tələbetmə hüququnu öz Nizamnaməsi arasında fəaliyyət göstərən "xxxx" MMC- nə - "Hüquq əldə edən"ə güzəşt etmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən razılaşdırılmış müqavilələrə əsəsən Borc alana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları va razılaşdırılmış müqavilələrə əsəsən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən, tam həcmdə ödənilməmiş faizləri həmçinin ödənilməmiş təcili va artırılmış faizləri, cərimə sanksiyalarını Hüquq sahibi güzəşt edir, Hüquq əldə edən isə qeyd edilən hüquqları qəbul edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, Maliyyə arayışından görünür ki, Cavabdehnın "xxxx" MMC-nə əsas borc qalığı 929 manat, cərimə borcu 0 manatdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli **********07 nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi Cavabdeh ilə fiziki şəxs X1 (VÖEN **********) arasında bağlanmış 20 iyun 2019-cu il tarixli K-0010 nömrəli “Alqı-Satqı” Müqaviləsinə əsasən Sifarişçi ümumi dəyəri 1499 manat olan “Sintra" modelli su təmizləmə sistemi üçün 50 manat ilkin ödəniş edərək, qalan məbləği 24 ay müddətində hər ay 61 manat olmaqla ödəmək şərtilə Satıcıdan nisyə almışdır. Sonradan fiziki şəxs X1 tələbetmə hüququnu "xxxx" MMC-nə güzəşt etmişdir. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və Alıcı onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq iddiaçıya olan borcunu ona ödəməlidir. . Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmçinin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu və iddiaçı tərəfindən tələb edildiyi üçün ödənilmiş 30 (otuz) manat məbləğndə dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh, 20 iyun 2019-cu il tarixli K-0010 nömrəli “Alqı-Satqı” Müqaviləsinə əsasən 929 (doqquz yüz iyirmi doqquz) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğndə dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 959 (doqquz yüz əlli doqquz) manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 20 iyun 2019-cu il tarixli K-0010 nömrəli “Alqı-Satqı” Müqaviləsinə əsasən 929 (doqquz yüz iyirmi doqquz) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğndə dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 959 (doqquz yüz əlli doqquz) manat məbləğində pul alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar