Məhkəmə qərarları › İş №e-2(110)-211/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-211/2022

15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-211/2022 15.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsində Cavabdeh İddiaçı (“ERA Electronics”) xeyrinə 255 (AZN) Azərbaycan manatı əsas borc və 20 (AZN) Azərbaycan manatı cərimə borcu və 630 (AZN) Azərbaycan manatı əsas borc və 50 (AZN) Azərbaycan manatı cərimə borcu olmaqla ümumilikdə 955 (AZN) Azərbaycan manatı məbləğində borcun və 30 (AZN) Azərbaycan manatı məbləğində ödənilmiş dövlət rüsumunun ümumilikdə 985 (AZN) Azərbaycan manatı məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış 30.06.2019-cu il tarixli 17372 saylı müqaviləsinə əsasən borclunun “ERA Electronics”dən kreditlə 799 (AZN) Azərbaycan manatı məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 62 (AZN) Azərbaycan manatı məbləğ ödəmək şərtilə əldə etdiyini və müqaviləyə əsasən üzərinə düşən borcu 13 ay müddətinə ödəməyi və 22.02.2019-cu il tarixli, 14926 saylı müqaviləsinə əsasən borclunun “ERA Electronics”dən kreditlə 1598 (AZN) Azərbaycan manatı məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 62 (AZN) Azərbaycan manatı məbləğ ödəmək şərtilə əldə etdiyini və müqaviləyə əsasən üzərinə düşən borcu 25 ay müddətinə ödəməyi öhdəsinə götürdüyünü, borclunun ödəməli olduğu borcu ödəməkdən yayındığını və beləliklə “ERA Electronics” arasında bağlamış olduğu 30.06.2019-cu il tarixli 17372 saylı və 22.02.2019-cu il tarixli, 14926 saylı müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, borclunun “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq onun “ERA Electronics”-ə olan borcunu 1 ildən çox müddətdir ki, ödəmədiyini, borclunun sonuncu dəfə 03.06.2020-ci il tarixdə 32 (AZN) manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qədər heç bir ödəniş etmədiyini, hazırda orclunun yuxarıdakı müqavilələr üzrə “ERA Electronics”-ə olan borcu 255 (AZN) Azərbaycan manatı əsas borc və 20 (AZN) Azərbaycan manatı cərimə borcu və 630 (AZN) Azərbaycan manatı əsas borc və 50 (AZN) Azərbaycan manatı cərimə borcu olmaqla ümumilikdə 955 (AZN) Azərbaycan manatı təşkil etdiyini qeyd edərək Cavabdeh İddiaçı (“ERA Electronics”) xeyrinə 255 (AZN) Azərbaycan manatı əsas borc və 20 (AZN) Azərbaycan manatı cərimə borcu və 630 (AZN) Azərbaycan manatı əsas borc və 50 (AZN) Azərbaycan manatı cərimə borcu olmaqla ümumilikdə 955 (AZN) Azərbaycan manatı məbləğində borcun və 30 (AZN) Azərbaycan manatı məbləğində ödənilmiş dövlət rüsumunun ümumilikdə 985 (AZN) Azərbaycan manatı məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasına gəlməmiş, lakin 23.02.2022-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə daxil olmuş ərizəsində məhkəmənin icraatında olan 2(110)-211/2022 saylı mülki iş üzrə məhkəmə baxışı iclasının 16.03.2022-ci il tarixə, saat 14:00-da Şərur Rayon Məhkəməsinin inzibati binasında keçiriləcəyi barədə məhkəmə bildirişi aldığını, hal-hazırda Bakı şəhərində qeydiyyatda olduğuna və Bakı şəhərində yaşadığına görə Şərur Rayon Məhkəməsinin inzibati binasında 16.03.2022-ci il tarixə, saat 14:00-da keçiriləcək məhkəmə baxışı iclaslarında iştirak edə bilməyəcəyini, bunula əlaqədar olaraq, 2(110)-211/2022 saylı mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunaraq müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışı iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan 22.02.2019-cu il tarixli, 14926 saylı Alqı-satqı və öhdəlik müqaviləsindən görünür ki, “ERA Electronics” adından İddiaçı ilə Cavabdeh arasında müavilə bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilə əsasında məişət əşyalarını və texniki avadanlıqları Alıcıya satır və Alıcı öz növbəsində alınan Malın dəyərini razılaşdırılmış şərtlər ilə və razılaşdırılmış müddətdə Satıcıya ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən Alıcı tərəfindən aylıq ödənişlər gecikdirildiyi halda Satıcı tərəfindən hər gün üçün öhdəlik qalıq məbləğinin 1 %- i dəyərində əlavə cərimə hesablana bilər. Həmin müqavilənin 5-ci bəndinə əsasən müəyyən olunmuş 22.02.2019-cu il tarixli, 14926 saylı alqı-satqı və öhdəlik müqaviləsinin aylıq ödəniş cədvəlinə əsasən Cavabdeh oğlu dəyəri 1598 manat olan SAMSUNG-43, HOTPOİNT-R məişət avadanlıqları üçün 22.02.2019-cu il tarixdə ilkin ödəniş olaraq 100 manat ödəməklə qalan 1498 manatı 25 ay müddətinə 22.02.2019 - 22.01.2021ci il tarixlərində aylıq 62 manat, 22.02.2021-ci il tarixdə isə aylıq 72 manat olmaqla “ERA Electronics”-ə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30.06.2019-cu il tarixli 17372 saylı Alqı-satqı və öhdəlik müqaviləsindən görünür ki, “ERA Electronics” adından İddiaçı ilə Cavabdeh arasında müavilə bağlanmış və tərəflər üzərlərinə bir sıra öhəliklər götürmüşlər. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilə əsasında məişət əşyalarını və texniki avadanlıqları Alıcıya satır və Alıcı öz növbəsində alınan Malın dəyərini razılaşdırılmış şərtlər ilə və razılaşdırılmış müddətdə Satıcıya ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən Alıcı tərəfindən aylıq ödənişlər gecikdirildiyi halda Satıcı tərəfindən hər gün üçün öhdəlik qalıq məbləğinin 1 %- i dəyərində əlavə cərimə hesablana bilər. Həmin müqavilənin 5-ci bəndinə əsasən müəyyən olunmuş 30.06.2019-cu il tarixli 17372 saylı alqı-satqı və öhdəlik müqaviləsinin aylıq ödəniş cədvəlinə əsasən Cavabdeh oğlu dəyəri 799 manat olan məişət avadanlığı olan TCL-12000 üçün ilkin ödəniş ödəmədən 799 manatı 13 ay müddətinə - 30.06.2019 - 29.05.2020-ci il tarixlərində aylıq 62 manat, 29.06.2020-ci il tarixdə isə aylıq 67 manat olmaqla “ERA Electronics”-ə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Patent və X2” publik hüquqi şəxsi tərəfindən verilmiş 30.04.2018-ci il tarixli Əmtəə nişanının qeydiyyata alınması barədə qərarın surətindən görünür ki, İddiaçı məişət avadanlıqlarının satışı məqsədi ilə “ERA Electronics” əmtəə nişanı verilmişdir. İş materiallarında olan Azərbaycan Rüspublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər departamentinin 2 saylı filialı tərəfindən verilmiş Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan “ERA Electronics” tərəfindən verilmiş 29.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22.02.2019-cu il tarixli, 14926 saylı müqaviləyə əsasən “ERA Electronics”-ə 630 AZN məbləğində əsas borcu və 50 AZN cərimə borcu olmaqla, cəmi 680 AZN borcu vardır. İş materiallarında olan “ERA Electronics” tərəfindən verilmiş 29.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 30.06.2019-cu il tarixli 17372 saylı müqaviləyə əsasən “ERA Electronics”-ə 255 AZN məbləğində əsas borcu və 20 AZN cərimə borcu olmaqla, cəmi 275 AZN borcu vardır. İş materiallarında olan ********* nömrəli, 28.12.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 08.11.2020-ci il tarixli Pretenziya məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı, bütün məhkəmə və vəkil xərclərinin onun tərəfindən ödəniləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi “ERA Electronics” adından İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22.02.2019-cu il tarixli, 14926 saylı alqı-satqı və öhdəlik müqaviləsinə əsasən Cavabdeh dəyəri 1598 manat olan SAMSUNG-43, HOTPOİNT-R məişət avadanlıqları üçün 22.02.2019-cu il tarixdə ilkin ödəniş olaraq 100 manat ödəməklə qalan 1498 manatı 25 ay müddətinə 22.02.2019 - 22.01.2021-ci il tarixlərində aylıq 62 manat, 22.02.2021-ci il tarixdə isə aylıq 72 manat ödəməyi, 30.06.2019-cu il tarixli 17372 saylı Alqı-satqı və öhdəlik müqaviləsinə əsasən isə dəyəri 799 manat olan məişət avadanlığı TCL-12000 üçün ilkin ödəniş ödəmədən həmin məbləği 13 ay müddətinə 30.06.2019 - 29.05.2020-ci il tarixlərində aylıq 62 manat, 29.06.2020-ci il tarixdə isə aylıq 67 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən, hal-hazırda 22.02.2019-cu il tarixli, 14926 saylı alqı-satqı və öhdəlik müqaviləsinə əsasən cavabdehin iddiaçıya 255.0 manat məbləğində əsas borcu və 20 manat cərimə borcu olmaqla, cəmi 275 manat, 30.06.2019-cu il tarixli 17372 saylı Alqı-satqı və öhdəlik müqaviləsinə əsasən isə 630.0 manat məbləğində əsas borcu və 50.0 manat cərimə borcu olmaqla, cəmi 680.0 manat, ümumilikdə isə hər iki müqavilə üzrə 955.0 manat borcu vardır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 22.02.2019-cu il tarixli, 14926 saylı Alqı-satqı və öhdəlik müqaviləsinə əsasən 255.0 məbləğində əsas borc və 20.0 manat cərimə borcu, cəmi 275.0 manat, 30.06.2019-cu il tarixli 17372 saylı Alqı-satqı və öhdəlik müqaviləsinə əsasən isə 630.0 manat məbləğində əsas borc və 50.0 manat cərimə borcu, cəmi 680.0 manat, ümumilikdə hər iki müqavilə üzrə 955.0 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı tərəfindən tələb edilmiş iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənlərii və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 22.02.2019-cu il tarixli, 14926 saylı Alqı-satqı və öhdəlik müqaviləsinə əsasən 255.0 məbləğində əsas borc və 20.0 manat cərimə borcu, cəmi 275.0 manat, 30.06.2019-cu il tarixli 17372 saylı Alqı-satqı və öhdəlik müqaviləsinə əsasən isə 630.0 manat məbləğində əsas borc və 50.0 manat cərimə borcu, cəmi 680.0 manat, ümumilikdə hər iki müqavilə üzrə 955.0 manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 985.0 (doqquz yüz səksən beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar