Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-212/2022 04.03.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı iddia ərizəsində Cavabdeh İddiaçı (“ERA Electronics”) xeyrinə 460 (AZN) Azərbaycan manatı əsas borc və 40 (AZN) Azərbaycan manatı cərimə borcu olmaqla, ümumilikdə 500 (AZN) Azərbaycan manatə məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh oğlu ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış 16.11.2019-cu il tarixli 19637 saylı müqaviləsinə əsasən borclunun “ERA Electronics”dən kreditlə 1350 (AZN) Azərbaycan manatı məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 96 (AZN) Azərbaycan manatı məbləğ ödəmək şərtilə əldə etdiyini və müqaviləyə əsasən üzərinə düşən borcu 13 ay müddətinə ödəməyi öhdəsinə götürdüyünü, borclunun ödəməli olduğu borcu ödəməkdən yayındığını və beləliklə “ERA Electronics” arasında bağlamış olduğu 16.11.2019-cu il tarixli 19637 saylı müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, borclunun “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq onun “ERA Electronics”-ə olan borcunu 1 ilə yaxın müddətdir ki, ödəmədiyini, borclunun sonuncu dəfə 11.02.2021-ci il tarixdə 200 (AZN) manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qədər heç bir ödəniş etmədiyini, hazırda orclunun yuxarıdakı müqavilə üzrə “ERA Electronics”-ə olan 460 (AZN) Azərbaycan manatı əsas borc və 40 (AZN) Azərbaycan manatı cərimə borcu olmaqla ümumilikdə 500 (AZN) Azərbaycan manatı təşkil etdiyini qeyd edərək Cavabdeh İddiaçı (“ERA Electronics”) xeyrinə 460 (AZN) Azərbaycan manatı əsas borc və 40 (AZN) Azərbaycan manatı cərimə borcu olmaqla, ümumilikdə 500 (AZN) Azərbaycan manatə məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən 24 fevral 2022-ci il tarixdə onun mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan 16.11.2019-cu il tarixli 19637 saylı Alqı-satqı və öhdəlik müqaviləsindən görünür ki, “ERA Electronics” adından İddiaçı ilə Cavabdeh arasında müavilə bağlanmış və tərəflər üzərlərinə bir sıra öhəliklər götürmüşlər. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilə əsasında məişət əşyalarını və texniki avadanlıqları Alıcıya satır və Alıcı öz növbəsində alınan Malın dəyərini razılaşdırılmış şərtlər ilə və razılaşdırılmış müddətdə Satıcıya ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən Alıcı tərəfindən aylıq ödənişlər gecikdirildiyi halda Satıcı tərəfindən hər gün üçün öhdəlik qalıq məbləğinin 1 %- i dəyərində əlavə cərimə hesablana bilər. Həmin müqavilənin 5-ci bəndinə əsasən müəyyən olunmuş 16.11.2019-cu il tarixli 19637 saylı alqı-satqı və öhdəlik müqaviləsinin aylıq ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 1350 manat olan PUMA künc divanı üçün 16.11.2019-cu il tarixdə ilkin ödəniş 200 manat ödədikdən sonra qalan 1150 manatı 12 ay müddətinə 16.12.2019 – 16.10.2020-ci il tarixlərində aylıq 96 manat, 16.11.2020-ci il tarixdə isə aylıq 94 manat olmaqla İddiaçı (“ERA Electronics”) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Patent və X1” publik hüquqi şəxsi tərəfindən verilmiş 30.04.2018-ci il tarixli Əmtəə nişanının qeydiyyata alınması barədə qərarın surətindən görünür ki, İddiaçı məişət avadanlıqlarının satışı məqsədi ilə “ERA Electronics” əmtəə nişanı verilmişdir. İş materiallarında olan Azərbaycan Rüspublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər departamentinin 2 saylı filialı tərəfindən verilmiş Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 29.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16.11.2019-cu il tarixli 19637 saylı müqaviləyə əsasən 460 manat məbləğində əsas borcu və 40 manat cərimə borcu olmaqla, cəmi 500 manat borcu vardır. İş materiallarında olan ********* nömrəli, 11.02.2022-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 08.11.2020-ci il tarixli Pretenziya məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı, bütün məhkəmə və vəkil xərclərinin onun tərəfindən ödəniləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi “ERA Electronics” adından İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16.11.2019-cu il tarixli 19637 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh “alış qiyməti 1350 manat olan PUMA KUNC divan üçün ilkin ödəniş olaraq 200 manat ödəyərək, qalan 1150 manat pulu 12 ay müddətinə 16.12.2019 – 16.10.2020-ci il tarixlərində aylıq 96 manat, 16.11.2020-ci il tarixdə isə aylıq 94 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən, hal-hazırda cavabdehin iddiaçıya 460 manat məbləğində əsas borcu və 40 manat cərimə borcu olmaqla cəmi 500 manat borcu müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 460 manat əsas borc, 40 manat məbləğində cərimə borcu olmaqla cəmi 500 manat borc pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh 16.11.2019-cu il tarixli 19637 saylı Alqı-satqı və öhdəlik müqaviləsi üzrə 460 (dörd yüz altmış) manat əsas borc, 40 (qırx) manat məbləğində cərimə, cəmi 500 (beş yüz) manat borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 530 (beş yüz otuz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-212/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-212/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver