Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-274/2024 07.02.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2170 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə üzrə qalıq ümumi borc məbləği olan cəmi 608 (altı yüz səkkiz) manat borcun, 31 (otuz bir) manat, 92 (doxsan iki) qəpik cərimə məbləğinin, 30 (otuz) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, ümumilikdə 669 (altı yüz altmış doqquz) manat, 92 (doxsan iki) qəpik məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur; - 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd edilən prosessual qanunvericiliyin tələbinə əsasən, müəyyən edilmişdir ki, iddiaçı cavabdehə qarşı “borc məbləğinin tutulması” tələbi ilə məhkəməyə müraciət etsə də, qanunla müəyyən edilmiş məbləğdə ödənməli dövlət rüsumunu natamam ödəmiş, həmçinin dövlət rüsumunu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müqaciət etmək üçün ödəmişdir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinə müvafiq olaraq iddia qiyməti 1000 manatadək olduqda 30 mannat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı 639.92 (altı yüz otuz doqquz manat doxsan iki qəpik) manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etdiyindən iddianın qiymətinə müvafiq olaraq 30 manat dövlət rüsumu ödəməli idi. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı məhkəmə müraciət edərkən dövlət rüsumu olaraq 29.60 manat ödəmişdir. Buna görə də göstərilən səbəblərdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardad da qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, İddiaçı MMC tərəfindən Hökümət ödəniş portalı vasitəsilə xx.xx.2024-cü il l tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 29.60 (iyirmi doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı MMC tərəfindən Hökümət ödəniş portalı vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 29.60 (iyirmi doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçı MMC-ə izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-274/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-274/2024
07.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver