Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-291/2024 01.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2170 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə üzrə qalıq ümumi borc məbləği olan cəmi 608 (altı yüz səkkiz) manat borcun, 31 (otuz bir) manat, 92 (doxsan iki) qəpik cərimə məbləğinin, 30 (otuz) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, ümumilikdə 669 (altı yüz altmış doqquz) manat, 92 (doxsan iki) qəpik məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 2170 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə bağlandığını, tərəflər arasında bağlanmış «Müqavilə»yə əsasən Satış obyekti olan yeni (işlənməmiş) “RF Multi” cihazı xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verildiyini, xx.xx.2023- cü il tarixli Təhvil-təslim aktının Cavabdeh tərəfindən şəxsən imzalandığını və həmin akta əsasən onun “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etdiyini, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli «Müqavilə»nin 2.2ci bəndinə əsasən, satış obyektinin toplam satış qiymətinin 1824 (min səkkiz yüz iyirmi dörd) manat müəyyən edildiyini, müqavilə üzrə öhdəliyin icrasının Cavabdeh tərəfindən birtərəfli qaydada pozulduğunu, xx.xx.2024-cü il tarixdə 152 (yüz əlli iki) manat ödəniş icra edilmədiyini, ödəniş mərhələlərinə uyğun olaraq cavabdehin Cavabdeh tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəldiyini, bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunduğunu, yuxarıda qeyd edilmiş məlumat və faktlar nəzərə alınmaqla aşağıdakı hüquqi əsaslara görə iddia ərizəsi tam təmin edilməli olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin ünvanına göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli 2170 nömrəli Müqavilə bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, satış obyekti RF Multi cihazıdır. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 1824 AZN (bir min səkkiz yüz iyirmi dörd). Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, satış qiymətinin ödəniş mərhələləri və tarixi aşağıda qeyd edilən 12 (on iki) mərhələdən ibarət olmaqla satış obyekti olan cihaz (cihazlar) «Sifarişçi»yə təhvil verildiyi tarixdən etibarən toplam satış qiyməti 12 (on iki) ay müddətində «Sifarişçi» tərəfindən tam şəkildə ödənilməlidir. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən sifarişçi tərəfindən ödənilməməsi halında icraçı əmlakı sayılan müqavilə üzrə gecikdirilən hər gün üçün ödəniş məbləğinin 01% (bir faiz) miqdarında dəbə pulunun (cərimə, peniya) ödənilməsini tələb etmək hüququnun yatarmış olur. Dəbbə pulunun (cərimə peniya) ümumi məbləği müqaviləyə əsasən satış obyektinintoplam satış qiymətinin yarısından çox olmamalıdır. İş materiallarında olan 2170 nömrəli xx.xx.2023-cü il tarixli, ödəniş cədvəlindən görünür ki, Cavabdeh dəyəri 1824 manat olan “RF Multi” cihazı üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 12 ay müddətində - xx.xx.2023 – xx.xx.2024 tarixlərində hər ay 152 manat olmaqla ödəmək şərtilə İddiaçı MMC-dən nisyə almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə əsas borc qalığı 608 manat, cərimə borcu 31.92 manatdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Malların təhvil-təslim aktına əsasən Alıcı “RF Multi” cihazını tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar Milliön ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı MMC ilə Sifarişçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2170 nömrəli Müqaviləyə əsasən Sifarişçi ümumi dəyəri 1824 manat olan “RF Multi” cihazı üçün ilkin ödəniş etmədən, həmin məbləği 12 ay müddətində - xx.xx.2023 – xx.xx.2024 tarixlərində hər ay 152 manat olmaqla ödəmək şərtilə Satıcıdan nisyə almışdır. Lakin Alıcı müqavilə üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyindən, Satıcı belə bir tələb irəli sürməkdə haqlı olmuş və Alıcı onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq Satıcıya olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh, xx.xx.2023-cü il tarixli 2170 nömrəli Müqaviləyə əsasən 608 (altı yüz səkkiz) manat məbləğində əsas borc, 31.92 (otuz bir manat doxsan iki qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 639.92 (altı yüz otuz doqquz manat doxsan iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu və iddiaçı tərəfindən tələb edildiyi üçün ödənilmiş 30 (otuz) manat məbləğndə dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 2170 nömrəli Müqaviləyə əsasən 608 (altı yüz səkkiz) manat məbləğində əsas borc, 31.92 (otuz bir manat doxsan iki qəpik) manat məbləğində cərimə, cəmi 639.92 (altı yüz otuz doqquz manat doxsan iki qəpik) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 669.92 (altı yüz altmış doqquz manat doxsan iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-291/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-291/2024
01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver