Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-300/2024 07.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı“pul tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********71211 SAMSUNG GALAXY A12 markalı telefon üçün, 330.4 (üç yüz otuz manat qırx qəpik) manat ödənilməmiş hissə, 33.6 (otuz üç manat altmış qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********67971 SAMSUNG GALAXY A12 markalı telefon üçün, 271.84 (iki yüz yetmiş bir manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 27.16 (iyirmi yeddi manat on altı qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********43629 SAMSUNG GALAXY A12 markalı telefon üçün 256.9 (ikiyüz əlli altı manat doxsan qəpik) manat ödənilməmiş hissə, 25.1 (iyirmi beş manat on qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İZQARA DELONGHİ üçün, 159.9 (yüz əlli doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 15.1 (on beş manat on qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********14323 SAMSUNG GALAXY A51 markalı telefon, SOYUDUCU HOFFMANN üçün, 95.1 (doxsan beş manat on qəpik) manat ödənilməmiş hissə, 9.9 (doqquz manat doxsan qəpik) manat cərimə olmaqla, ümumilikdə 1225 manat borc, 32.25 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində cavabdehin "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, İmei kod **********71211 SAMSUNG GALAXY A12 markalı telefon, İmei kod **********67971 SAMSUNG GALAXY A12 markalı telefon, İmei kod **********43629 SAMSUNG GALAXY A12 markalı telefon, İZQARA DELONGHİ, İmei kod **********14323 SAMSUNG GALAXY A51 markalı telefon, SOYUDUCU HOFFMANN aldığını və nəticədə 1225 (bir min iki yüz iyirmi beş) manat borc yarandığını, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozduğunu və nəticədə alqı-satqı qiyməti 400.4 (dörd yüz manat qırx qəpik) manat (14 ay x 28.6 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********71211 SAMSUNG GALAXY A12 markalı telefonüçün ümumilikdə 364 (üç yüz altmış dörd) manat olmaqla, ondan, 330.4 (üç yüz otuz manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33.6 (otuz üç manat altmış qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 446.04 (dörd yüz qırx altı manat dörd qəpik) manat (18 ay x 24.78 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********67971 SAMSUNG GALAXY A12 markalı telefon üçün ümumilikdə 299 (iki yüz doxsan doqquz) manat olmaqla, ondan, 271.84 (iki yüz yetmiş bir manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.16 (iyirmi yeddi manat on altı qəpik) manat cərimə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 462.6 (dörd yüz altmış iki manat altmış qəpik) manat (18 ay x 25.7 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********43629 SAMSUNG GALAXY A12 markalı telefon üçün ümumilikdə 282 (iki yüz səksən iki) manat olmaqla, ondan, 256.9 (ikiyüz əlli altı manat doxsan qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25.1 (iyirmi beş manat on qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 541.8 (beş yüz qırx bir manat səksən qəpik) manat (18 ay x 30.1 manat + 0 manat ilkin ödəniş) olan İZQARA DELONGHİ üçün ümumilikdə 175 (yüz yetmiş beş) manat olmaqla, ondan, 159.9 (yüz əlli doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15.1 (on beş manat on qəpik) manat cərimə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1553.8 (bir min beş yüz əlli üç manat səksən qəpik) manat (18 ay x 82.6 manat + 67 manat ilkin ödəniş) olan İmei kod **********14323 SAMSUNG GALAXY A51 markalı telefon, SOYUDUCU HOFFMANN üçün ümumilikdə 105 (yüz beş) manat olmaqla, ondan, 95.1 (doxsan beş manat on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9.9 (doqquz manat doxsan qəpik) manat cərimə borcu yarandığını, cavabdehin xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixində İmei kod **********14323 SAMSUNG GALAXY A51 markalı telefon, TELEFON QURAŞDİRMA XiDMƏTİ, YENİ QİZİL ZƏMANƏT (RƏQƏMSAL) 2 il-dən imtina etdiyini və məhsulun 1010.2 manat qiymətləndirilib borcundan silinərək geri qaytarıldığını, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğin 448.5 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1010.2 manat, digər 4 müqavilə üzrə cəmi ödədiyi məbləğ 831.8 manat təşkil etdiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair cavabdehin ünvanına göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2021ci il tarixli, 22271831 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ABC Telecom özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – 2 il yeni qızıl zəmanətli, telefon quraşdırma xidmətli, İmei kod **********14323, **********14321 olan Samsung Galaxy A51, və 4 il yeni qızıl zəmanətli Hoffmann model soyuducudur. Tərəflər arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, 22271831 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 1553.8 (bir min beş yüz əlli üç manat səksən qəpik) manat, 2 il yeni qızıl zəmanətli, telefon quraşdırma xidmətli, İmei kod **********14323, **********14321 olan Samsung Galaxy A51 model telefon və 4 il yeni qızıl zəmanətli Hoffmann model soyuducu üçün 67 manat ilkin ödəniş ödəyərək, qalan məbləği 18 (on səkkiz) ay müddətinə ayda 82.6 (səksən iki manat altmış qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. X3 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh 2 il yeni qızıl zəmanətli, telefon quraşdırma xidmətli, İmei kod **********14323, **********14321 olan Samsung Galaxy A51, və 4 il yeni qızıl zəmanətli Hoffmann model soyuducunu tam qüsursuz halda təhvil almışdır. Sonradan cavabdeh xx.xx.2021-ci il tarixdə 2 il yeni qızıl zəmanətli, telefon quraşdırma xidmətli, İmei kod **********14323, **********14321 olan Samsung Galaxy A51model telefondan imtina etmiş və həmin əşya 1010.2 manata qiymətləndirilərək onun borcundan silinərək geri qaytarılmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2021ci il tarixli, 22374149 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ABC Telecom özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – 2 il yeni qızıl zəmanətli İzqara Delonghi-dir Tərəflər arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, 22374149 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 541.8 (beş yüz qırx bir manat səksən qəpik) manat olan 2 il yeni qızıl zəmanətli İzqara Delonghi üçün ilkin ödəniş etmədən həmin məbləği 18 (on səkkiz) ay müddətinə ayda 30.1 (otuz manat on qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. X3 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh 2 il yeni qızıl zəmanətli İzqara Delonghi-ni tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2021ci il tarixli, 036059 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ABC Telecom özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – İmei kod **********67971, **********67974 olan Samsung Galaxy A12 model telefondur. Tərəflər arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, 036059 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 446.04 (dörd yüz qırx altı manat dörd qəpik) manat olan İmei kod **********67971, **********67974 Samsung Galaxy A12 model telefon üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 18 (on səkkiz) ay müddətinə ayda 24.78 (iyirmi dörd manat yetmiş qəkkiz qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. X3 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh İmei kod **********67971, **********67974 olan Samsung Galaxy A12 model telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2021ci il tarixli, ******* saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, “ABC Telecomözünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – İmei Kod **********43629, **********43629 olan Samsung Galaxy A12 model telefondur. Tərəflər arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, ******* saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 462.6 (dörd yüz altmış iki manat altmış qəpik) manat olan İmei Kod **********43629, **********43629 Samsung Galaxy A12 model telefon üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 18 (on səkkiz) ay müddətinə ayda 25.7 (iyirmi beş yetmiş qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. X3 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh İmei Kod **********43629, **********43629 olan Samsung Galaxy A12 model telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2022ci il tarixli, 03581416 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ABC Telecom özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – İmei kod **********71211, **********71213 olan Samsung Galaxy A12 model telefondur. Tərəflər arasında bağlanmış, xx.xx.2022-ci il tarixli, 03581416 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 400.4 (dörd yüz manat qırx qəpik) manat olan İmei kod **********71211, **********71213 Samsung Galaxy A12 model telefon üçün ilkin ödəniş etmədən həmin məbləği 14 (on dörd) ay müddətinə ayda 28.6 (iyirmi səkkiz manat altmış qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. X3 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh İmei kod **********71211, **********71213 olan Samsung Galaxy A12 model telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin hər beş müqavilə üzrə cəmiyyətə olan borcu 1114.14 (bir min yüz on dörd manat on dörd qəpik) manat ödənilməmiş hissə, 110.86 (bir yüz on manat səksən altı qəpik) manat dəbbə, ümumilikdə 1225 (bir min iki yüz iyirmi beş) manat təşkil edir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 32.35 (otuz iki manat otuz beş qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Müştəri arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22271831 saylı Müqaviləyə əsasən alış qiyməti 1553.8 (bir min beş yüz əlli üç manat səksən qəpik) manat olan, 2 il yeni qızıl zəmanətli, telefon quraşdırma xidmətli, İmei kod **********14323, **********14321 olan Samsung Galaxy A51 və 4 il yeni qızıl zəmanətli Hoffmann model soyuducu üçün 67 manat ilkin ödəniş ödəyərək, qalan məbləği 18 (on səkkiz) ay müddətinə ayda 82.6 (səksən iki manat altmış qəpik) manat, xx.xx.2021-ci il tarixli, 22374149 saylı Müqaviləyə əsasən alış qiyməti 541.8 (beş yüz qırx bir manat səksən qəpik) manat olan 2 il yeni qızıl zəmanətli İzqara Delonghi üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 18 (on səkkiz) ay müddətinə ayda 30.1 (otuz manat on qəpik) manat, xx.xx.2021-ci il tarixli, 036059 saylı Müqaviləyə əsasən Müştəri alış qiyməti 446.04 (dörd yüz qırx altı manat dörd qəpik) manat olan İmei kod **********67971, **********67974 olan Samsung Galaxy A12 model telefon üçün ilkin ödəniş etmədən həmin məbləği 18 (on səkkiz) ay müddətinə ayda 24.78 (iyirmi dörd manat yetmiş qəkkiz qəpik) manat, xx.xx.2021-ci il tarixli, ******* saylı Müqaviləyə əsasən alış qiyməti 462.6 (dörd yüz altmış iki manat altmış qəpik) manat olan İmei Kod **********43629, **********43629 olan Samsung Galaxy A12 model telefon üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 18 (on səkkiz) ay müddətinə ayda 25.7 (iyirmi beş yetmiş qəpik) manat,xx.xx.2022-ci il tarixli, 03581416 saylı Müqaviləyə əsasən alış qiyməti 400.4 (dörd yüz manat qırx qəpik) manat olan İmei kod **********71211, **********71213 olan Samsung Galaxy A12 model telefon üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 14 (on dörd) ay müddətinə ayda 28.6 (iyirmi səkkiz manat altmış qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Sonradan cavabdeh xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli, 22271831 saylı Müqaviləyə əsasən 2 il yeni qızıl zəmanətli, telefon quraşdırma xidmətli, İmei kod **********14323, **********14321 olan Samsung Galaxy A51 model telefondan imtina etmiş və məhsul 1010.2 manata qiymətləndirilərək onun borcundan silinmişdir. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavələrin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC belə bir tələb irəli sürməkdə haqlı olmuş və Müştəri Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" MMC-yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə "xxxx" MMC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" MMC “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci və il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021ci il tarixli və xx.xx.2022-ci il tarixli Müqavilələr üzrə 1114.14 (bir min yüz on dörd manat on dörd qəpik) manat ödənilməmiş hissə, 110.86 (bir yüz on manat səksən altı qəpik) manat dəbbə pulu olmaqla, cəmi 1225 (bir min iki yüz iyirmi beş) manat məbləğində borc alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğundan iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 32.35 (otuz iki manat otuz beş qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci və il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli Müqavilələr üzrə 1114.14 (bir min yüz on dörd manat on dörd qəpik) manat ödənilməmiş hissə, 110.86 (bir yüz on manat səksən altı qəpik) manat cərimə, cəmi 1225 (bir min iki yüz iyirmi beş) manat borc və 32.35 (otuz iki manat otuz beş qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1257.35 (bir min iki yüz əlli yeddi manat, otuz beş qəpik) manat məbləğində pul alınaraq ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətininə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-300/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-300/2024
07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver