Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-302/2025 11.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Agalarivnanın cavabdehlər X4, Cavabdeh2 qarşı “miras payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbi barədə mülki iş üzrə ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı Agalarivna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nənəsi X1 Daşınmaz əmlakın reyestr nömrəsi **********88-10301 olan, Yaşayış məntəqələrinin torpaqlarına yerləşən ölçüsü 0.098 olan, xüsusi mülkiyyət qaydasında olan yaşayış evi olan əmlakından X2 çatacaq miras payımüəyyən edilib vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə Şərur Rayon Məhkəməsinə ərizə ünvanlayaraq xx.xx.2025-ci il tarixdə İddiaçı vərəsəlik hüququ üzrə mübahisə ilə bağlı göndərilən iddia ərizəsinin ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, ərizə geri qaytarılmalı və iddiaçıya ərizənin qaytarılması halı aradan qaldırıldıqdan sonra, ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı hazırki iddia tələblə məhkəməyə “Elelktron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə müraciət etdiyindən iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 152.1.9- cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; - 152.4- cü maddəsisinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. - 114.1.2-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin qəbul edilməsindən imtina edildiyi üçün İddiaçı Agalarivna tərəfindən Hökümət ödəniş portalı vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Agalarivnanın cavabdehlər X4, Cavabdeh2 qarşı “miras payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbi barədə ərizəsi geri qaytarılsın. İddiaçı Agalarivnaya izah olunur ki, iddia ərizəsinin qaytarılması halı aradan qaldırıldıqdan sonra, ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. İddiaçı Agalarivna tərəfindən “Hökümət ödəniş portalı vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (yüz) məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-302/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-302/2025
11.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver