Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-310/2022 21.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, 24.09.2020ci il tarixli, müqaviləyə əsasən Dnepr–Yataq-Çarpayı, Dolab, Termo, 2 ədəd tumba, matras, Anhel- Yumşaq-Künc divan üçün 2743,6 (iki min yeddi yüz qırx üç manat, altmış) manat ödənilməmiş hissə, 606 (altı yüz altı) manat cərimə, 24.09.2020-ci il tarixli, müqaviləyə əsasən HOFFMANN Paltaryuyan, Kombi, Seksiya, HP notebook üçün 2830,4 (iki min səkkiz yüz otuz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 627 (altı yüz iyirmi yeddi) manat cərimə, ümumilikdə 6807 manat borc və 88.07 manat ödənilmiş dövlət rüsumu, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün 19 aprel 2022-ci il tarixdə icraata qəbul edilmiş, eyni zamanda cavabdehə bildiriş göndərilərək bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. İddiaçı "xxxx" MMC-nin baş direktoru Həsən İsrafilzadə 21.04.2022-ci il tarixdə məhkəmənin elektron poçt ünvanına ərizə ünvanlayaraq ərizəsində iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı 2(110)- 310/22 saylı mülki işin icraatda olduğunu, işi baxılmamış saxlayaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əslini dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11 maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsində qeyd edilir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC-nin X1 vasitəsilə 25.02.2022-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 86.63 (səksən altı manat altmış üç qəpik) manat və 12.04.2022-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 1.44 (bir manat qırx dörd qəpik) manat dövlət rüsumları geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" MMC-nin X1 vasitəsilə 25.02.2022-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 86.63 (səksən altı manat altmış üç qəpik) manat və 12.04.2022-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 1.44 (bir manat qırx dörd qəpik) manat dövlət rüsumları "xxxx" ASC-də "xxxx" MMC-yə məxsus AZ78PAHA40060AZNHC********** saylı hesaba köçürülməklə iddiaçıya qaytarılsın. İddiaçıya izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-310/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-310/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver