Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-318/2022 17.05.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsində Cavabdeh İddiaçı (“ERA Electronics”) xeyrinə 348 (AZN) Azərbaycan manatı əsas borc və 30 (AZN) Azərbaycan manatı məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 378 (AZN) Azərbaycan manatı məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış 24.06.2013-cü il tarixli 06262 saylı müqaviləsinə əsasən borclunun “ERA Electronics”dən kreditlə 620 (AZN) Azərbaycan manatı məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 87 (AZN) Azərbaycan manatı məbləğ ödəmək şərtilə əldə etdiyini və müqaviləyə əsasən üzərinə düşən borcu 6 ay müddətinə ödəməyi öhdəsinə götürdüyünü, borclunun ödəməli olduğu borcu ödəməkdən yayındığını və beləliklə “ERA Electronics” arasında bağlamış olduğu 24.06.2013-cü il tarixli 06262 saylı müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, borclunun “ERA Electronics”ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq onun “ERA Electronics”-ə olan borcunu 8 ildən artıq müddətdir ki, ödəmədiyini, borclunun sonuncu dəfə 24.08.2013-cü il tarixdə 87 (AZN) manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qədər heç bir ödəniş etmədiyini, hazırda borclunun yuxarıdakı müqavilə üzrə “ERA Electronics”-ə olan əsas borcunun 348 (AZN) Azərbaycan manatı təşkil etdiyini qeyd edərək Cavabdeh İddiaçı (“ERA Electronics”) xeyrinə 460 (AZN) Azərbaycan manatı əsas borc və 40 (AZN) Azərbaycan manatı cərimə borcu olmaqla, ümumilikdə 500 (AZN) Azərbaycan manatə məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən 29 aprel 2022-ci il tarixdə onun mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan 24.06.2013-cü il tarixli 06262 saylı Borc müqaviləsindən görünür ki, “ERA Electronics” adından İddiaçı ilə Cavabdeh arasında müavilə bağlanmış və tərəflər üzərlərinə bir sıra öhəliklər götürmüşlər. Həmin müqavilənin şərtinə əsasən müəyyən olunmuş 24.06.2013-cü il tarixli 06262 saylı alqısatqı və öhdəlik müqaviləsinin aylıq ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 620 manat olan SAMSUNG W1602YQR markalı məişət avadanlığı üçün ilkin ödəniş olaraq 100 manat ödəyərək, qalan 520 manat pulu 6 ay müddətinə 24.07.2013 - 24.12.2013-cü il tarixlərində aylıq 87 manat olmaqla İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Patent və X2” publik hüquqi şəxsi tərəfindən verilmiş 30.04.2018-ci il tarixli Əmtəə nişanının qeydiyyata alınması barədə qərarın surətindən görünür ki, İddiaçı məişət avadanlıqlarının satışı məqsədi ilə “ERA Electronics” əmtəə nişanı verilmişdir. İş materiallarında olan Azərbaycan Rüspublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər departamentinin 2 saylı filialı tərəfindən verilmiş Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan “ERA Electronics” tərəfindən verilmiş 08.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24.06.2013-cü il tarixli 06262 saylı müqaviləyə əsasən 348 manat məbləğində əsas borcu vardır. İş materiallarında olan ********* nömrəli, 05.04.2022-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 15.11.2021-ci il tarixli Pretenziya məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı, bütün məhkəmə və vəkil xərclərinin onun tərəfindən ödəniləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi “ERA Electronics” adından İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24.06.2013-cü il tarixli 06262 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh İddiaçıdan alış qiyməti 620 manat olan SAMSUNG W1602YQR markalı məişət avadanlığı üçün ilkin ödəniş olaraq 100 manat ödəyərək, qalan 520 manat pulu 6 ay müddətinə 24.07.2013 – 24.12.2013-cü il tarixlərində aylıq 87 manat olmaqla İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən, hal-hazırda “Alıcının” “Satıcıya” 348 manat məbləğində əsas borcu müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Satıcı” belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Alıcı” Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu geri ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Alıcı” Cavabdeh müqavilənin şərtlərinə əməl etməməklə “Satıcı” qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Satıcı” əsas borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Beləliklə də, hesab edirəm ki, Cavabdeh 24.06.2013-cü il tarixli 06262 saylı borc müqaviləsinə əsasən nisyə aldığı SAMSUNG GALAXY Sİİİ/16 GB mobil telefon üçün ödənilməmiş 348 (üç yüz qırx səkkiz) manat məbləğində borc pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzidə də cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 24.06.2013-cü il tarixli 06262 saylı Borc müqaviləsinə əsasən 348 (üç yüz qırx səkkiz) manat borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-318/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-318/2022
17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver