Məhkəmə qərarları › İş №e-2(110)-319/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-319/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-319/2022 06.05.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsində Cavabdeh İddiaçı (“ERA Electronics”) xeyrinə 600 (AZN) Azərbaycan manatı əsas borc və 30 (AZN) Azərbaycan manatı məbləğində ödənilmiş dövlət rüsumunun ümumilikdə 630 (AZN) Azərbaycan manatı məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün 20 aprel 2022-ci il tarixdə icraata qəbul edilmiş, eyni zamanda cavabdehlərə bildiriş göndərilərək bildirişi aldıqları gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. İddiaçı 05.05.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində icraatda olan e-2(110)- 319/2022 saylı mülki işi üzrə borclu Cavabdeh ilə İddiaçı arasında razılaşma əldə olunduğunu, buna əsasən icraatda olan e-2(110)-319/2022 saylı mülki işi üzrə cavabdehə qarşı heç bir tələbinin olmadığını, e-2(110)-319/2022 saylı mülki işin geri qaytarılması və ya baxılmamış saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11 maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsində qeyd edilir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən X1 vasitəsilə 05.04.2022-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən X1 vasitəsilə 05.04.2022-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar