Məhkəmə qərarları › İş №e-2(110)-329/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-329/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-329/2024 27.02.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə İddiaçı MMC-nin nümayəndəsinin iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsinə baxaraq müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsində xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 407,9 AZN əsas, 61,1 AZN cərimə, cəmi 469 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 140,9 AZN əsas, 21,1 AZN cərimə, cəmi 162 AZN borc, ümumilikdə iki müqavilə üzrə 548,8 AZN əsas, 82,2 AZN cərimə, 631 AZN cəmi borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə Şərur Rayon Məhkəməsinə ərizə ünvanlayaraq, ərizəsində icraatda İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş olduğunu, bəhs edilən mülki iş üzrə, hazırda iddia ərizəsinin geri qaytarılması üçün müraciət olunması zərurəti yarandığını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259-cu maddəsində ərizənin baxılmamış saxlanılması əsasları qeyd olunmuşdur. Belə ki, mövcud qanunvericiliyin tələbinə əsasən, Məhkəməyə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyi hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarında Məhkəmələrin diqqətinə çatdırılır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM“) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına və Mülki Prosessual Məcəllənin 260-cı maddəsinin tələbinə əsasən, Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Odur ki, yuxarıda qeyd olunmuş qanunvericiliyin müvafiq göstərişini rəhbər tutaraq, İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsini ona əlavə edilmiş sənədləri və ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin “Elektron məhkəmə” informasiya sisteminə əlavə olunmuş bank rekviziti üzrə hesabına qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq qeyd edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanıldığından İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 51834129 nömrəli qəbzlə “E-pul“ onlayn ödəmə sistemi vasitəsilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə baxılmamış saxlanıldığından İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 51834129 nömrəli qəbzlə “E-pul“ onlayn ödəmə sistemi vasitəsilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı MMC-yə izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar