Məhkəmə qərarları › İş №e-2(110)-379/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-379/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-379/2025 19.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli 8MKK5827106 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 130 (bir yüz otuz) manat, xx.xx.2020-ci il tarixli 8MKK5883415 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 330 (üç yüz otuz) manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 490 (dörd yüz doxsan) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 12 ay olmaqla xx.xx.2020-ci il tarixli 8MKK5827106 saylı nisyə alqı-satqı müqaviləsi bağlanıldığını, həmin müqaviləyə əsasən cavabdehin iddiaçıdan dəyəri 349 manat olan məişət avadanlığı əldə etdiyini, cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 130 manat borcu qaldığını, bundan başqa, iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 12 ay olmaqla xx.xx.2020-ci il tarixli 8MKK5883415 saylı nisyə alqı-satqı müqaviləsi bağlanıldığını, həmin müqaviləyə əsasən cavabdehin iddiaçıdan dəyəri 435 manat olan məişət avadanlığı əldə etdiyini. cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 330 manat borcu qaldığını, qeyd edilən kredit müqaviləsinə əsasən borclunun (cavabdehin) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməli olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 8MKK5827106 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" LTD-dən hissə-hissə ödəniş şərti ilə 349 (üç yüz qırx doqquz) manat məbləğində məişət avadanlığı əldə etmiş, həmin məbləğin 37 (otuz yeddi) manatını ilkin ödəniş olaraq ödədikdən sonra qalan 312 (üç yüz on iki) manat məbləği 12 ay müddətinə aylıq 26 (iyirmi altı) manat olmaqla "xxxx" LTD-yə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və tərəflərin öz öhdləliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. Həmin Müqavilənin qeyd hissəsinə müvafiq olaraq Borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ hər gün üçün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 8MKK5883415 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" LTD-dən hissə-hissə ödəniş şərti ilə 435 (dörd yüz otuz beş) manat məbləğində məişət avadanlığı əldə etmiş, həmin məbləğin 39 (otuz doqquz) manatını ilkin ödəniş olaraq ödədikdən sonra qalan 396 (üç yüz doxsan altı) manat məbləği 12 ay müddətinə aylıq 33 (otuz üç) manat olmaqla "xxxx" LTD-yə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və tərəflərin öz öhdləliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. Həmin Müqavilənin qeyd hissəsinə müvafiq olaraq Borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ hər gün üçün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2020-ci il tarixli 8MKK5827106 saylı müqavilə üzrə 130 (bir yüz otuz) manat, xx.xx.2020-ci il tarixli 8MKK5883415 saylı müqavilə üzrə 330 (üç yüz otuz) manat olmaqla, ümumilikdə 460 (dörd yüz altmış) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, “Solitan LTD” MMC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar X1 vasitəsi ilə Dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 30 (otuz) manat rüsum ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi Cavabdeh "xxxx" LTD-dən xx.xx.2020-ci il tarixli 8MKK5827106 saylı müqaviləsinə əsasən hissə-hissə ödəniş şərti ilə 349 (üç yüz qırx doqquz) manat məbləğində məişət avadanlığı əldə etmiş, həmin məbləğin 37 (otuz yeddi) manatını ilkin ödəniş olaraq ödədikdən sonra qalan 312 (üç yüz on iki) manat məbləği 12 ay müddətinə aylıq 26 (iyirmi altı) manat olmaqla, həmçinin xx.xx.2020-ci il tarixli 8MKK5883415 saylı müqaviləsinə əsasən 435 (dörd yüz otuz beş) manat məbləğində məişət avadanlığı əldə etmiş həmin məbləğin 39 (otuz doqquz) manatını ilkin ödəniş olaraq ödədikdən sonra qalan 396 (üç yüz doxsan altı) manat məbləği 12 ay müddətinə aylıq 33 (otuz üç) manat olmaqla "xxxx" LTD-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda Müqavilələrin qeyd hissəsinə görə müvafiq olaraq Borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ hər gün üçün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəməsi nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etmədiyindən məhkəmə hesab edir ki, "xxxx" LTD belə bir tələb irəli sürməkdə haqlı olmuş və Müştəri Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" LTD MMC-yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ərizə üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Alıcı” yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə İddiaçı MMC qarşısında hər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən Soliton LTD” MMC “Alıcı”ya qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 8MKK5827106 saylı Borc Müqaviləsinə əsasən 130.0 manat məbləğində borc, hə xx.xx.2020-ci il tarixli 8MKK5883415 saylı Borc Müqaviləsinə əsasən 330.0 manat məbləğində borc, cəmi 460.0 manat borc və 30.0 manat dövlət rüsumu olmaqla, ümumilikdə 490.0 (dörd yüz doxsan) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 8MKK5827106 saylı Borc Müqaviləsinə əsasən 130.0 (bir yüz otuz) manat məbləğində borc, xx.xx.2020-ci il tarixli 8MKK5883415 saylı Borc Müqaviləsinə əsasən isə 330.0 (üç yüz otuz) manat məbləğində borc olmaqla, cəmi 460.0 (dörd yüz altmış) manat borc və 30.0 manat dövlət rüsumu olmaqla, ümumilikdə 490.0 (dörd yüz doxsan) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar