Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-383/2023 26.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, 40010463 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1415.08 manat (bir min dörd yüz on beş manat səkkiz qəpik) borcun, 34.16 manat (otuz dörd manat on altı qəpik) dövlət rüsumunun və dövlət rüsumunun köçürülməsi üçün ödənilmiş 0.4 manat (qırx qəpik) xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi iddia ərizəsində iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40010463 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1415.08 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cəsvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürdüyünü, İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1415.08 manat məbləğindəki tələb hüququnun "xxxx" MMC-yə keçdiyini, eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edildiyini, "xxxx" MMC-nin xx.xx.2020-ci il taixdə təşkilatı hüquqi formasını dəyişərək QSC-yə çevrildiyini, cavabdehin bugünə 1415.08 (bir min yeddi yüz doxsan beş manat əlli qəpik) manat əsas borcunun, 0 manat cərimə borcunun yarandığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 40010463 saylı Nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin müqavilənin 3-cü bəndinə əsasən “Satıcı” “Alıcıya” siyahısı təhvil-təslim aktında (Əlavə 2) göstərilən Mal(lar)ı satır, Alıcı isə həmin Mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada Mal(lar)ın qiymətini “Satıcıya” ödəyir. Həmin müqavilənin 5.6-cı bəndinə əsasən Borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % həcmində cərimə (dəbbə pulu) ödəməlidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən “Alıcıya” Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə “Satıcı” öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu, nisyə malın “Satıcı”ya qaytarılmasını (qaytarılmış malın razılaşdırılmış qiyməti borcu tam ödəmədikdə qalıq borcu ümumi qaydada ödəmək şərti ilə) dərhal tələb edə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 40010463 saylı Nisyə alqı-satqı müqaviləsinə Əlavə 1-də Cavabdeh 12 ay müddətinə xx.xx.2022 – xx.xx.2023 tarixlərində aylıq 118 manat, xx.xx.2023-cü il tarixində isə 117.08 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 1 ədəd Linda künc 2 yerli Goldu qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış R-16/19 saylı, 28 fevral 2019-cu il tarixli tələbin güzəşti barədə Faktorinq müqaviləsinə əsasən Faktor Borclu barəsində Müştərinin Borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına Müştəriyə pul vəsaiti verir, Müştəri isə Borcluya qarşı pul tələbini Faktora güzəşt edir. İş materiallarına əlavə olunmuş Cavabdeh ünvanlanmış Bildirişdə qeyd edilmişdir ki, "xxxx" MMC-nin sizinlə bağladığı xx.xx.2022-ci il tarixli, 40010463 saylı Nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısı İddiaçı QSC-yə güzəşt edilmişdir. Ona görədə növbəti ödənişlərinizi hər ay "xxxx" QSC-yə pdənilməsi tələb olunmuşdur. Bildirişdən görünür ki, tələbin güzəşti barədə bildiriş Cavabdeh imza etdirilməklə verilmişdir. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 40010463 saylı müqaviləyə əsasən "xxxx" QSC-yə 1415.08 manat (bir min dörd yüz on beş manat səkkiz qəpik) borcu vardır. İş materiallarında olan ********* nömrəli, xx.xx.2022-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 34.16 m anat (otuz dörd manat on altı qəpik) dövlət rüsumu, 0.4 manat (qırx qəpik) xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan və poçt qəbzindən aydın olur ki, iddiaçının nümayəndəsi mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək edərək Cavabdeh müqavilə üzrə bu günə olan 1416 manat məbləğində borcu xx.xx.2023-cü il tarixədək ödəmədiyi təqdirdə borcun və borcun qaytarılması ilə əlaqədar çəkiləcək xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə biləcəyi barədə xəbərdar edilmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40010463 saylı Nisyə alqı-satqı Müqaviləsinə əsasən Alıcı qiyməti 1415.08 manat (bir min dörd yüz on beş manat səkkiz qəpik) olan 1 ədəd Linda künc 2 yerli Gold Satıcıdan nisyə almaqla, həmin əşynın ümumi məbləği olan 1415.08 manat (bir min dörd yüz on beş manat səkkiz qəpik) pulu 12 (on iki) ay müddətinə xx.xx.2022 – xx.xx.2023 tarixlərində aylıq 118 manat, xx.xx.2023-cü il tarixində isə 117.08 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Alıcı Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmişdir. Eyni zamanda Alıcı iş üzrə tərəflər arasında bağlanmış Müqavilənin 5.6-cı bəndinə əsasən Borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % həcmində cərimə (dəbbə pulu) ödəməlidir. Eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış R-16/19 saylı, 28 fevral 2019-cu il tarixli tələbin güzəşti barədə Faktorinq müqaviləsinə əsasən Faktor Borclu barəsində Müştərinin Borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına Müştəriyə pul vəsaiti vermiş, Müştəri isə Borcluya qarşı pul tələbini Faktora güzəşt etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlıdır. Alıcı Cavabdeh isə onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. İş materiallarına əlavə olunmuş maliyyə arayışında cavabdehin iddiaçıya 1415.08 (bir min dörd yüz on beş manat səkkiz qəpik) manat borcu olması qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Satıcı belə bir tələb irəli sürməkdə haqlıdır. Alıcı Cavabdeh isə onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu Satıcıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə aralarında sadə yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, eyni zamanda tələb hüququ İddiaçı MMC-yə ötürüldüyündən İddiaçı MMC borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşudr. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, xx.xx.2022-ci il tarixli, 40010463 saylı Nisyə alqı-satqı Müqaviləsinə əsasən Cavabdeh ğlundan 1415.08 (bir min dörd yüz on beş manat səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 34.16 (otuz dörd manat on altı qəpik) manat dövlət rüsumu və 0.4 manat (qırx qəpik) xidmət haqqının əvəzidə də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, 40010463 saylı Nisyə alqı-satqı Müqaviləsi üzrə Cavabdeh 1415.08 (bir min dörd yüz on beş manat səkkiz qəpik) manat məbləğində borc, 34.16 (otuz dörd manat on altı qəpik) manat dövlət rüsumunun və 0.4 (qırx) manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 1449.64 (bir min dörd yüz qırx doqquz manat altmış dörd qəpik manat) pul tutularaq İddiaçı QSCyə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-383/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-383/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver