Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-408/2024 16.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi cavabdeh Cavabdеh Cavabdeh 1386 manat məbləğində vurulmuş zərər və 33,86 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1419.86 manat alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində “MERCEDES BENZ C240” markalı, 99–BO–149 dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalandığını, sığortalı ilə xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanıldığını, 2019-cu il noyabrın 28-də Cavabdeh olmadan idarə etdiyi “MERCEDES BENZ C240” markalı, 99–BO–149 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində X1 idarə etdiyi “SEAT LEON” markalı, 90–UA–922 dövlət nömrə nişanlı avtomobillə toqquşduğunu, cavabdehin hadisə yerindən yayındığını, baş vermiş yol-nəqliyyat hadisəsinin Cavabdeh təqsiri nəticəsində baş verdiyini və nəticədə “SEAT LEON” markalı, 90– UA–922 dövlət nömrə nişanlı avtomobilə maddi zərər dəydiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin ünvanına göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli icbari sığortası müqaviləsinin surətindən görünür ki, “MERCEDES BENZ C240” markalı, 99–BO–149 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də Sığortalanmışdır; - PXA97610 nömrəli sığorta aktından görünür ki, Cavabdeh idarə etdiyi “MERCEDES BENZ C240” markalı, 99–BO–149 dövlət qeydiyyat nişanlı avtomobillə “SEAT LEON” markalı, 90–UA– 922 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində toqquşmuş, sonuncuya 1386 manat maddi ziyan dəymiş, həmin pul X1 hesabına köçürülmüşdür; - Sabunçu RPİ DYPŞ-nin xx.xx.2019-cu il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayındığına görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2019-cu il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayındığına görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək 100 manat inzibati cərimə edilmişdir. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüatları barədə arayışdan görünür ki, “MERCEDES BENZ C240” markalı, 99–BO–149 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X3 məxsusdur və Cavabdeh nəqliyyat vasitəsini etibarnamə ilə idarə etmək hüququ olmuşdur. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüatları barədə arayışdan görünür ki, “SEAT LEON” markalı, 90–UA– 922 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X2 məxsusdur; -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021 tarixli, 2(004)-1277/2021 saylı qətnaməsinə əsasən 1356 manat pulun və 30 manat dövlət rüsumunun "xxxx" ASC dən tutularaq X2 ödənilməsi qət edilmiş; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021 tarixli 2(103)-8086/2021 saylı qətnaməsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021 tarixli, 2(004)-1277/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının Təhvil-Təslim Aktından görünür ki, "xxxx" ASC tərəfindən X2 AZ83HAJC******************** İBAN nömrəli plastik kart təhvil verilmişdir; - xx.xx.2022-ci il tarixli cari hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən AZ83HAJC******************** hesabına 1386 manat ödəniş edilmişdir; - ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar Expresspay ödəniş sistemi vasitəsilə 33.86 (otuz üç manat səksən altı qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi “MERCEDES BENZ C240” markalı, 99–BO–149 dövlət qeydiyyat nişanlı minik avtomobili "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci ilədək sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh idarə etdiyi “MERCEDES BENZ C240” markalı, 99–BO–149 dövlət qeydiyyat nişanlı avtomobillə “SEAT LEON” markalı, 90–UA–922 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı “SEAT LEON” markalı, 90–UA–922 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın təmiri üçün çəkilmiş xərclər 1356 (bir min üç yüz əlli altı) manat müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021 tarixli, 2(004)- 1277/2021 saylı qətnaməsinə əsasən 1356 manat pulun və 30 manat dövlət rüsumunun "xxxx" ASC dən tutularaq X2 ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021 tarixli 2(103)-8086/2021 saylı qətnaməsilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC tərəfindən həmin məbləğ X1 bank hesabına köçürülmüşdür. Buna görə də, Cavabdeh nəqliyyat hadisəsi yerindən yayındığına görə iddiaçı "xxxx" ASC-nin ona qarşı subroqasiya hüququ yaranmışdır. İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan icbari Sığortaların əsas prinsiplərindən biri də Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır; - 23.1.6-cı maddəsinə əsasən Sığortaçının Sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır; - 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda Sığortaçının mülki məsuliyyətin icbari Sığortası üzrə verdiyi Sığorta ödənişi məbləğində Sığortalıya və (və ya) müvafiq hallarda Sığorta olunana qarşı subroqasiya hüququ yaranır; - 63.1- ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla,avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari Sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da Sığorta ödənişi vermiş Sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş Sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməs ni tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyanşəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir; - 936.4-cü maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq Sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış Sığortaçıya, həmçinindəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; - 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlədən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin məbləğ Sığortaçıya bu şərtlə keçir ki, o zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, Cavabdeh yol nəqliyyat hadisəsi yerini tərk etməsi iş materiallarına əlavə edilmiş Sabunçu Rayon Polis İdarəsinin DYPŞ şöbəsinin xx.xx.2019-cu il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və xx.xx.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə sübut olunur. Belə ki, həmin sənədlərdən aydın olur ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə yanaşı, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə həmin Məcəllənin 327.6-cı maddəsilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmənin qətnaməsinə əsasən yol nəqliyyat hadisəsi zamanı Sığortalıya dəymiş 1356 manat zərər və sığortalının ödədiyi 30 manat dövlət rüsumunun əvəzi sığortaçı "xxxx" ASC tərəfindən sığortalıya ödənildiyi üçün, haliyədə sığortaçı "xxxx" ASC-nin həmin 1386 manat məbləğində pulu subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də, Cavabdeh subroqasiya qaydasında 1386 (bir min üç yüz səksən altı) manat məbləğində ödənilmiş sığorta ödənişi və dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 33.86 (otuz üç manat səksən altı qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1386 (bir min üç yüz səksən altı) manat məbləğində ödənilmiş sığorta ödənişi və dövlət rüsumunun, eyni zamanda iddiaçının ödədiyi 33.86 (otuz üç manat səksən altı qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1419.86 (bir min dörd yüz on doqquz manat səksən altı qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-408/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-408/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver