Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-417/2023 04.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən X3 üçün 1276 (bir min iki yüz yetmiş altı) manat ödənilməmiş hissə, 127 (bir yüz iyirmi yeddi) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung üçün 718 (yeddi yüz on səkkiz) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat cərimə, cəmi 2192 (iki min yüz doxsan iki) manat borc və 41.92( qırx bir manat doxsan iki qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində cavabdehin ”ABC Telecom” MMC ilə xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən X3, Paltaryuyan Samsung üçün 2192 (iki min yüz doxsan iki) manat borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1517.4 (bir min beş yüz on yeddi manat qırx qəpik) manat (18 ay x 84.3 manat + 0 manat ilkin ödəniş) olan X3 üçün ümumilikdə 1403 (bir min dörd yüz üç) manat olmaqla, ondan 1276 (bir min iki yüz yetmiş altı) manat ödənilməmiş hissə, 127 (bir yüz iyirmi yeddi) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1320 (bir minüç yüz iyirmi) manat (12 ay x 110 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan Samsung üçün ümumilikdə 718 (yeddi yüz on səkkiz) manat olmaqla, ondan 718 (yeddi yüz on səkkiz) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat cərimə pulu borcu yarandığını, birinci müqavilə üzrə cəmi ödədiyi məbləğin 241.4 (iki yüz qırx bir manat qırx qəpik) manat, ikinci müqavilə üzrə isə 602 (altı yüz iki) manat təşkil etdiyini, cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü, cavabdehlə aralarında olan telefon danışığı həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəfin müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etmədiyini, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödədiyini, tələblərinin əsaslığının və əmlakın dəyərini sübut edən sənədlərin tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarət olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2019cu il tarixli, 01072978 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ABC Telecom özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya - 4 il qızıl zəmanətli olan Samsung paltaryuyandır. Tərəflər arasında bağlanmış, xx.xx.2019-cu il tarixli, 01072978 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 1320 ( bir min üç yüz iyirmi) manat olan Paltaryuyan Samsung üçün ilkin ödəniş etmədən, qalan məbləği 12 (on iki) ay müddətinə ayda 110 (bir yüz on) manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh Samsung paltaryuyanı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20043687 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ABC Telecomözünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – Samsung Led Ue50ru7200uxru televizordur. Tərəflər arasında bağlanmış, xx.xx.2020-ci il tarixli, 20043687 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 1517.4 (bir min beş yüz on yeddi manat qırx qəpik) manat olan Samsung Led Ue50ru7200uxru televizor üçün ilkin ödəniş etmədən, həmin məbləği 18 (on səkkiz) ay müddətinə ayda 84.3 (səksən dörd manat otuz qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh tərəfindən Samsung Led Ue50ru7200uxru televizor tam qüsursuz halda təhvil alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin cəmiyyətə olan borcu xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1276 (bir min iki yüz yetmiş altı) manat ödənilməmiş hissə, 127 (bir yüz iyirmi yeddi) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 718 (yeddi yüz on səkkiz) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat cərimə olmaqla, cəmi 2192 ( iki min yüz doxsan iki) manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, xx.xx.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 41.92 (qırx bir manat doxsan iki qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, mövcud müqavilənn 3.11-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozduğu üçün yuxarıda göstərilən malları "xxxx" MC-yə tam saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu zaman qaytarılan malın birtərəfli qaydada şirkət tərəfindən qiymətləndiriləcəyi, bu mümkün olmadıqda malın müqaviləyə əlavədə qeyd olunmuş dəyərinin tərəfindən tam şəkildə ödənilməsi, odur ki tərəfindən hazırki xəbərdarlıqdan irəli gələn öhdəliklərinicrası ilə əlaqədar çağırışa 3 (üç) gün ərzində riayət olunmadığı təqdirdə Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflərindən aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01072978 saylı Müqaviləyə əsasən isə alıcı Cavabdeh "xxxx" MMC-dən alış qiyməti 1320 (bir min üç yüz iyirmi) manat olan Samsung paltaryuyan üçün ilkin ödəniş etmədən həmin məbləği 12 (on iki) ay müddətinə ayda 110 (bir yüz on) manat ödəməyi, xx.xx.2020-ci il tarixli, 20043687 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən alış qiyməti 1517.4 (bir min beş yüz on yeddi manat qırx qəpik) olan Samsung Led Ue50ru7200uxru televizor üçün ilkin ödəniş etmədən, həmin məbləği 18 (on səkkiz) ay müddətinə ayda 84.3 (səksən dörd manat otuz qəpik) manat ödəməyi, öhdəsinə götürmüşdür. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. Lakin Cavabdehhər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək birinci müqavilə üzrə 241.4 (iki yüz qırx bir manat qırx qəpik) manat, ikinci müqavilə üzrə isə 602( altı yüz iki) manat ödəniş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC belə bir tələb irəli sürməkdə haqlı olmuş və Cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" MMC-yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə "xxxx" qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung paltaryuyan üçün 718 (yeddi yüz on səkkiz) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung Led Ue50ru7200uxru televizor üçün 1276 (bir min iki yüz yetmiş altı) manat ödənilməmiş hissə, 127 (bir yüz iyirmi yeddi) manat cərimə olmaqla, cəmi 2192 (iki min yüz doxsan iki) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 41.92 (qırx bir manat doxsan iki qəpik) manat dövlət rüsumunun əvəzidə də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung paltaryuyan üçün 718 (yeddi yüz on səkkiz) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung Led Ue50ru7200uxru televizor üçün 1276 (bir min iki yüz yetmiş altı) manat ödənilməmiş hissə, 127 (bir yüz iyirmi yeddi) manat cərimə, cəmi 2192 (iki min yüz doxsan iki) manat borc və 41.92 (qırx bir manat doxsan iki qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2233.92 (iki min iki yüz otu üç manat doxsan iki qəpik) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-417/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-417/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver