Məhkəmə qərarları › İş №e-2(110)-42/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-42/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-42/2025 24.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “Sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 5000.00 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun (70 manat) Cavabdeh tutularaq, iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 01:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi "Mercedes Benz E220 minik" markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil, X2 idarə etdiyi "Mercedes Benz 250D minik" markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya və yol kənarındakı əmlak kompleksinin beton sütununa maddi zivan dəymişdir. "Mercedes Benz E220 minik" markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindən 25.08. 2023-cü il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, "Mercedes Benz 250D minik" markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2260 manat zərər dəymişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, adıçəkilən obyektə 2740 manat zərər dəymişdir. xx.xx.2023-cü il tarixli ödəniş sənədinə əsasən, 2260.00 manat iddiaçı tərəfindən X2 bank hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş sənədinə əsasən, 2740.00 manat iddiaçı tərəfindən "xxxx" MMC-nin bank hesabına ödənilmişdir. Binəqədi rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Səfərov X6 Xətalar Məcəlləsinin 27.6-cı (hadisə yerindən yayınma) va 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya vasitəsilə məhkəməyə ərizə göndərərək ərizəsində iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işin məhkəmənin icraatında olduğunu, məhkəmənin hazırlıq iclasının xx.xx.2024-cü il tarixə, saat 1500-a təyin edildiyini, ekspert rəyi ilə razı olmadıqlarını, mülki iş üzrə mövqeylərini müvafiq hüquq normalarına istinad etməklə məhkəmənin diqqtinə çatdırdıqlarını, qeyd olunanlar əsasən e-2(110)-1007/2024 saylı mülki iş üzrə məhkəmə iclaslarını onun iştirakı olmadan keçirib iddianın tam şəkildə təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialında olan: - icbari sığrota müqaviləsindən görünür ki, Cavabdeh məxsus “Mercedes Benz E220” markalı **- NO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək "xxxx" ASCdə sığortalanmışdır; - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüatları barədə arayışdan görünür ki, Mercedes Benz E220” markalı **- NO-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur və Cavabdeh nəqliyyat vasitəsini etibarnamə ilə idarə etmək hüququ olmuşdur; - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüatları barədə arayışdan görünür ki, "Mercedes Benz 250D minik" markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 məxsusdur və X2 nəqliyyat vasitəsini etibarnamə ilə idarə etmək hüququ olmuşdur; - xx.xx.2023-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək 100 manat inzibati cərimə edilmişdir; - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, «Mercedes Benz» markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2260 manatdır; - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, əmlak kompleksinin beton sütununa dəymiş zərər 2740 manatdır; - PXA142202 nömrəli Sığorta aktından görünür ki, «Mercedes Benz 250D» markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə X5 2260 manat pul ödənilmişdir; - PXA142204 nömrəli Sığorta aktından görünür ki, yol kənarında yerləşən beton dirəyə vurulmuş ziyana görə «"xxxx" MMC-yə 2740 manat pul ödənilmişdir; - 6505 nömrəli xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin bank hesabına 2740 manat pul köçürülmüşdür. - 6517 nömrəli xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 bank hesabına 2260 manat pul köçürülmüşdür - zərərçəkən və sığorta hadisəsi barədə tələblərin reyestrindən çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 1385 manat sığorta ödənişi həyata keçirilmişdir; - Şərur Rayon Məhkəməsinin e-2(110)-1007/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli 1338 saylı ekspert rəyindən görünür ki, 1. Ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 2962 nömrəli qiymətləndirmə aktında qeyd olunan cədvəldən göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1992-ci il buraxılışlı "Mercedes Benz" markalı, "250D" minik modelli, **-RC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 2060,0 (iki min altmış) manat müəyyən edilir: Dəyişilməli hissələrin dəyəri - 1070,00 manat; Təmirbərpa xərclərinin dəyəri – 990,00 manat; 2.Ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan "Best Service Baku” MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 0703-01/23 nömrəli qiymətləndirmə aktında olan məlumatlar nəzərə alınmaqla, qeyd olunan cədvəldən göründüyü kimi əmlak kompleksini beton sütununun təmir-bərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 452.2 (dörd yüz əlli iki manat iyirmi qəpik) manat müəyyən edilir: bərpa üçün lazım olan materialların dəyəri – 252,20 manat ; Təmir-bərpa xərclərinin dəyəri – 200,00 manat. - Şərur Rayon Məhkəməsinin e-2(110)-1007/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnmişdir; - ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 70 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Mercedes Benz E220” markalı, **-NO-*** dövlət nömrə nişanlı avtomobill "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh etibarnamə ilə idarə etdiyi “Mercedes Benz E220” markalı, **-NO-*** dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq X2 idarə etdiyi “Mercedes Benz 250D” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilə və yol kənarında yerləşən beton dirəyə zərər vurmuş və yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Törətdiyi yol nəqliyyat hadisəsinə görə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı «Mercedes Benz 250D» markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın təmiri üçün çəkilmiş xərclər 2260 manat, beton dirəyin təmiri üçün çəkilmiş xərclər 2740 manat müəyyən edilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X5 2260 (iki min iki yüz altmış) manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 2740 (iki min yeddi yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh nəqliyyat hadisəsi yerindən yayındığına görə iddiaçı "xxxx" ASC-nin ona qarşı subroqasiya hüququ yaranmışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh dəymiş zərərin məbləğilə razı olmadığından, onun vəsatəti əsasında vurulmuş ziyanın nə qədər olmasının nəzəri hesablama yolu ilə müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 1338 saylı ekspert rəyi ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1992-ci il buraxılışlı "Mercedes Benz" markalı, "250D" minik modelli, **-RC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 2060.0 (iki min altmış) manat, yəni dəyişilməli hissələrin dəyəri - 1070.0 manat, təmir-bərpa xərclərinin dəyəri - 990,00 manat, yol kənarında yerləşən beton dirəyin təmir-bərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 452.2 (dörd yüz əlli iki manat iyirmi qəpik) manat, yəni bərpa üçün lazım olan materialların dəyəri - 252.20 manat, təmir-bərpa xərclərinin dəyəri - 200.0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə ekspertin gəldiyi nəticə ilə bağlı qeyd edir ki, “Mercedes Benz" markalı, "250D" minik modelli, **-RC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərclərinin dəyəri ilə bağlı ekspertin gəldiyi nəticə qənaətbəxş olsada, beton dirəyin təmir-bərpası üçün lazım olan materialların qiyməti və çəkilmiş xərci tam qiymətləndirilmək mümkün olmadığından ekspertin gəldiyi nəticə ağılabatan və iddiaçının mənafeyinə uyğun hesab edilə bilməz. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, yekun nəticəyə gələrkən Mercedes Benz" markalı, "250D" minik modelli, **-RC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərcləri ilə bağlı ekspertin rəyi, beton dirəyin təmiri üçün çəkilmiş xərclərlə bağlı isə iş materialında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktı nəzərə alınmalıdır. İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 3.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan icbari Sığortaların əsas prinsiplərindən biri də Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır; - 23.1.6-cı maddəsinə əsasən Sığortaçının Sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır; - 25.1.3-cü maddəsinə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; - 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda Sığortaçının mülki məsuliyyətin icbari Sığortası üzrə verdiyi Sığorta ödənişi məbləğində Sığortalıya və (və ya) müvafiq hallarda Sığorta olunana qarşı subroqasiya hüququ yaranır; - 63.1- ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari Sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da Sığorta ödənişi vermiş Sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş Sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməs ni tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir; - 936.4-cü maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq Sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış Sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; - 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlədən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmçinin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun 2 manatı iddiaçıya aid edilməli, 68 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, məhkəmə belə qənaətə gəlir, iddia qismən təmin edilməklə Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 70 (yetmiş) manat dövlət rüsumunun 68 manatı olmaqla, ümumilikdə 4868 (dörd min səkkiz yüz altmış səkkiz) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə iş materialında müəyyən olunmuş ekspertiza xərci ilə əlaqədar qeyd edir ki, iş materiallarına əlavə olunmuş Naxıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; - 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Ekspertizanın keçirilməsini cavabdehin xahiş etdiyindən, iş üzrə məhkəmə- əmtəəşünaslıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 70 (yetmiş) manat dövlət rüsumunun 68 manatı olmaqla, ümumilikdə 4868 (dörd min səkkiz yüz altmış səkkiz) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabına köçürülməlidir. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar