Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-429/2025 10.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********34970 Samsung Galaxy A05 markalı telefon, Vinil şəffaf üçün, 338.04 (üç yüz otuz səkkiz manat, dörd qəpik) manat ödənilməmiş hissə, X1 ödənilən 23.6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 33.80 (otuz üç manat səksən qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********45247 Samsung Galaxy A05S markalı telefon, Vinil mat Mychoıce Case üçün, 451.2 (dörd yüz əlli bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, X1 ödənilən 23.6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 45.12 (qırx beş manat, on iki qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Soyuducu Hoffmann üçün 503.4 (beş yüz üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 50.34 (əlli manat otuz dörd qəpik) manat cərimə, ümumilikdə 1469.10 manat borc, 34.70 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, İmei İmei kod **********34970 Samsung Galaxy A05 markalı telefon, Vinil şəffaf, İmei kod **********45247 Samsung Galaxy A05S markalı telefon, Vinil mat Mychoıce Case, Soyuducu Hoffmann almış və nəticədə 1469.10 (bir min dörd yüz altmış doqquz manat, on qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 338.04 (üç yüz otuz səkkiz manat, dörd qəpik) manat (18 ay x 18.78 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********34970 Samsung Galaxy A05 markalı telefon, Vinil şəffaf üçün ümumilikdə, 395.44 (üç yüz doxsan beş manat, qırx dörd qəpik ) manat olmaqla ondan, 338.04 (üç yüz otuz səkkiz manat, dörd qəpik) manat ödənilməmiş hissə, X1 ödənilən 23.6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 33.80 (otuz üç manat səksən qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 477 (dörd yüz yetmiş yeddi) manat (18 ay x 26.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********45247 Samsung Galaxy A05S markalı telefon, Vinil mat Mychoıce Case üçün ümumilikdə, 519.92 (beş yüz on doqquz manat, doxsan iki qəpik) olmaqla ondan, 451.2 (dörd yüz əlli bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, X1 ödənilən 23.6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 45.12 (qırx beş manat, on iki qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 642.78 (altı yüz qırx iki manat, yetmiş səkkiz qəpik) manat (18 ay x 35.71 manat + 0 manat ilkin ödəniş) olan Soyuducu Hoffmann üçün ümumilikdə, 553.74 (beş yüz əlli üç manat yetmiş dörd qəpik) manat olmaqla ondan, 503.4 (beş yüz üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 50.34 (əlli manat otuz dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 165.18 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin yaşadığı ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05992708 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ABC Telecom özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya Hoffmann markalı soyuducudur. Tərəflər arasında bağlanmış, xx.xx.2024-cü il tarixli, 05992708 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 642.78 manat olan Hoffmann markalı soyuducu üçün ilkin ödəniş etmədən, həmin məbləği 18 ay müddətinə ayda 35.71 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. X4 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli əşyanın təhvil-təslim aktına əsasən Quluyev X3 markalı soyuducunu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ABC Telecom özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – M paketli, İmei kod **********34970 və **********34971 olan Samsung Galaxy A05 model telefondur. Tərəflər arasında bağlanmış, xx.xx.2024-cü il tarixli, ********* saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 337.97 manat olan M paketli, İmei kod **********34970 və **********34971 olan Samsung Galaxy A05 üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 18 ay müddətinə ayda 18.78 manat ödəməyi öhdəsinə götürmüşdür. X4 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli əşyanın təhvil-təslim aktına əsasən Quluyev X2 **********34970 və **********34971 olan Samsung Galaxy A05 markalı telefonu və Vinil şəffafı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 17602355 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ABC Telecom özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – 2 il ultra qızıl zəmanətli, M paketli İmei kod **********45247 və **********45248 olan Samsung Galaxy A05S markalı telefon və Vinil mat Mychoıce Casedir. Tərəflər arasında bağlanmış, xx.xx.2024-cü il tarixli, 17602355 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 477.03 manat olan 2 il ultra qızıl zəmanətli, M paketli İmei kod **********45247 və **********45248 olan Samsung Galaxy A05S mobil telefon və Vinil mat Mychoıce Case üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 18 ay müddətinə ayda 26.5 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. X4 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli əşyanın təhvil-təslim aktına əsasən Quluyev X2 **********45247 və **********45248 olan Samsung Galaxy A05S markalı telefon və Vinil mat Mychoıce Caseni tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin hər üç müqavilə üzrə cəmiyyətə olan borcu 1292.64 manat ödənilməmiş hissə, X1 ödənilən 47.2 manat rüsum, 129.26 manat cərimə, ümumilikdə 1469.10 manat təşkil edir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2025-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, ABC TelecomMMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar EPUL elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 34.70 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Müştəri arasında bağlanmış xx.xx.2024 -cü il tarixli, 05992708 saylı Müqaviləyə əsasən alıcı qiyməti 642.78 manat olan Hoffmann markalı soyuducu üçün ilkin ödəniş etmədən, həmin məbləği 18 ay müddətinə ayda 35.71 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı Müqaviləyə əsasən alıcı qiyməti 337.97 manat olan 337.97 manat olan M paketli, İmei kod **********34970 və **********34971 olan Samsung Galaxy A05 üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 18 ay müddətinə ayda 18.78 manat, xx.xx.2024-cü il tarixli, 17602355 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 477.03 manat olan 2 il ultra qızıl zəmanətli, M paketli İmei kod **********45247 və **********45248 olan Samsung Galaxy A05S mobil telefon və Vinil mat Mychoıce Case üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 18 ay müddətinə ayda 26.5 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə cəmi ödədiyi məbləğ 165.18 manat təşkil etmişdir. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavələrin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Məhkəmə qeyd edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, müqavilə üzrə öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas borcun ödənilməmiş hissəsini razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə hər üç müqavilə üzrə hesablanmış 129.26 manat cərimənin alınması hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Məhkəmə Müqavilə üzrə əsas borcun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hər üç müqavilə üzrə hesablanmış 129.26 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 90.5 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən əlavə olaraq İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 47.2 manat məbləğində rüsum tələb etmişdir ki, bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin 3.4-cü bəndində qeyd edilmişdir ki, Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Həmin Müqavilənin 3.14-cü maddəsinə əsasən, ... Müştərinin ümumi borc üzrə “ABC” qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda “ABC” dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Həmin Müqavilənin 3.5-ci bəndində əsasən Müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Göründüyü kimi, iddiaçı iddia tələbi üzrə İnnovativ Layihələr Mərkəzinə ödədiyi 47.2 manat rüsumu cavabdehdən malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi halda tələb edə bilər. Hazırki vəziyyətdə isə iddiaçı cavabdehə məxsus mobil telefonun istifadəsini mümkünsüz etdiyini və ya mobil telefonun İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyini və həmin məhdudiyyətin tətbiqi nəticəsində tələb etdiyi xərci çəkməsinə dair məhkəməyə mötəbər sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 34.70 manat dövlət rüsumunun 14.7 manatı iddiaçıya aid edilməli, qalan 33.0 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə "xxxx" MMC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" MMC “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh hər üç Müqavilə üzrə 1292.64 manat ödənilməmiş hissə, 90.5 manat cərimə, cəmi 1383.14 manat məbləğində borc və 34.7 manat dövlət rüsumunun 33.0 manatı olmaqla, ümumilikdə 1416.14 manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh hər üç Müqavilə üzrə ümumilikdə 1292.64 (bir min iki yüz doxsan iki manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 90.5 (doxsan manat əlli qəpik) manat cərimə, cəmi 1383.14 (bir min üç yüz səksən üç manat on dörd qəpik) manat məbləğində borc və 34.7 manat dövlət rüsumunun 33.0 manatı olmaqla, ümumilikdə 1416.14 (bir min dörd yüz on altı manat on dörd qəpik) manat məbləğində pul alınaraq ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətininə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-429/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-429/2025
10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver