Məhkəmə qərarları › İş №e-2(110)-43/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-43/2025

23.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-43/2025 23.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, ilkin iddia üzrə iddiaçı - qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra iddiaçı-cavabdeh) Cavabdeh4 nümayəndə-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “miras əmlakdan payın naturada ayrılması” tələbinə və ilkin iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh-iddiaçı) Cavabdeh4 İddiaçı, Cavabdeh3, Cavabdeh2, X20 və Cavabdeh1nə qarşı “mirasın faktiki qəbul edilməsi, miras əmlaka tam payın müəyyən edilməsi, verilmiş vərəsəlik şəhadətnamələrinin və həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Məmmədsabir kəndində yerləşən 0.0369 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi, 0.1945 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 fərdi yaşayış evindən qanun üzrə vərəsəlik qaydasında onun payına düşən 2/5-lik hissədə, həmin hissənin həyət qapısından içəri daxil olarkən sol tərəfdə yerləşən torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evindən hesablamaqla, onun xüsusi mülkiyyət hüquqları tanınaraq payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-cavabdeh iddia ərizəsində iddia tələbinin əsası kimi atası X13 ilə anası X14 1951-ci ildə rəsmi nikaha daxil olmadan ailə münasibəti qurmaqla, bir yerdə yaşadıqlarını, 1953-cü ildə qardaşı Cavabdeh3, 1955-ci ildə bacısı X10 doğulduğunu, anası ilə atasının xx.xx.1957-ci ildə nikaha daxil olduqdan sonra isə 1958-ci ildə qardaşı Cavabdeh2, 1961ci ildə onun- X7, 1964-cü ildə qardaşı Cavabdeh4 doğulduğunu, atasının xx.xx.2017-ci il tarixdə, anasının isə xx.xx.2022-ci il tarixdə vəfat etdiklərini, onların ölümündən sonra Şərur rayon Məmmədsabir kəndində yerləşən 0.0369 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.1945 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 fərdi yaşayış evi miras qaldığını, çoxsaylı məhkəmə mübahisələrindən sonra, xx.xx.2024cü il tarixində Cavabdeh1 tərəfindən ona “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verildiyini və mərhumlardan qalan miras əmlakda 1/5 hissədə payının olduğu müəyyən edildiyini, 13 oktyabr 2022-ci il tarixində bacısı X21 tərəfindən onun mərhum atası və anasından qalan miras əmlakdan özünün payına düşən hissəsindən onun xeyrimə imtina etdiyini göstərən ərizə təqdim edildiyini, sözügedən ərizə Şərur rayon 2 saylı Notariat ofisi tərəfindən reyestrdə 8İ-1529 № ilə qeyd edilərək təsdiq olunduğunu, bununla da bacısı Tovuzun payına hesablanmış 1/5 hissə də onun payına əlavə edilməli və onun miras əmlakda ümumi payının 2/5 hesab olmalı olduğunu, qanun üzrə vərəsəlik qaydasında onun payına düşən miras əmlak paylı mülkiyyət hesab olunduğundan, öz payına düşən 2/5-lik hissəsində olan payının xüsusi mülkiyyəti hesab olunması üçün ümumi mülkiyyətdə olan payının naturada ayrılması tələbi ilə bağlı məhkəməyə müraciət etdiyini, onun payına düşən 2/5-lik hissənin həyət qapısından içəri daxil olarkən sol tərəfdə yerləşən torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evindən hesablanaraq naturada ayrılmasını istədiyini, bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirmişdir. Cavabdeh-iddiaçı Cavabdeh4 nümayəndə-vəkili Vəkil xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixdə vəfat etmiş atası X13 və xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X4 miras qalmış əmlakın Cavabdeh4 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka tam pay hüququnun tanınmasına, ilkin iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə-Vəkil 13.12.224-cü il tarixdə məhkəməyə verdikləri qarşılıqlı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək İddiaçı, Cavabdeh3, Cavabdeh2, X20 və Cavabdeh1nə qarşı mirasın faktiki qəbul edilməsi, miras əmlaka tam payın müəyyən edilməsi, verilmiş vərəsəlik şəhadətnamələrinin və həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmiş və işə dəqiqləşdirilmiş iddia tələbi hüdudlarında baxılmışdır. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndə-vəkili qarşılıqlı iddia ərizəsində iddia tələbinin əsası kimi nümayəndəsi olduğu Cavabdeh4 mərhum atası X13 ilə mərhum anası X5 1951-ci ildə el adati üzrə nikah bağlayaraq ailə hayatı qurduqlarını, bu nikahlarını isə onlar 1958-ci ildə rəsmiləşdirdiklərini, onların bu nikahından - Cavabdeh3, X21, X15, X17 və Cavabdeh4Yunis oğlu adında beş övladı doğulduğunu, evli olduqları dövrdə onlar mehriban yaşamaqla birgə təsərrüfat apardıqlarını, Şərur rayonu Məmmədsabir kəndi ərazisində 0.19 ha həyətyanı və 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri əldə etdiklərini, sonradan həmin torpaq sahəlarinə dair JN-085A və JN-132 saylı şəhadətnamələr verildiyini, onların ailəliklə JN-085A saylı şəhadətnaməyə əsasən 0.19 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş evdə yaşadıqlarını və zamanla bacıqardaşları ailə qurmaqla təsərrüfatdan ayrıldıqlarını, sonradan onun da ailə quraraq valideynləri ilə birgə yaşadığını, daha sonra isə qeyd edilən torpaq sahəsində əlavə fərdi yaşayış evi tikməklə ailəsi ilə bərabər həmin evə köçdüyünü, hazırda da tikdiyi evdə yaşamaqla vaxtı ilə valideyinlərinin qayğı və tələbatları ilə maraqlandığını, onlara olan zəruri kömək və dəstək onun tərəfindən göstərildiyini, sonradan atası Yunisin xx.xx.2017cİ il tarixdə, anası Kübranın isə xx.xx.2022-ci il tarixdə vəfat etdiyini, onlardan da JN-085A saylı şəhadətnaməyə əsasən 0.19 ha həyətyanı, JN-132 saylı şəhadətnaməyə əsasən İsə 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri həmçinin həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş tikililər miras qaldığını, el adətina uyğun mərhum valideyinlərinin mərasim tədbirləri onun tərəfindən aparıldığını, məzarının və digər xərclərin də onun tərəfindan ödənildiyini, həmin vaxtı qardaş va bacıları ailəli olaraq başqa ünvanlarda yaşadıqlarından miras əmlak faktiki olaraq onun tərəfindən qəbul edildiyini, evə və torpaq sahəsinə baxım və qulluq onun tərəfindən aparılmaqla zəruri kommunal, vergi va digər ödənişlər onun tərəfindən ödənildiyini, ötən müddət ərzində mərhum valideynlərindən qalmış miras əmlakı faktiki qəbul etdiyindən həmin əmlakın ona məxsus olduğunu bildiyini, lakin müxtəlif səbəblərdən bu hüquqlarını rəsmiləşdirmədiyini, 2024-cü ilin noyabr ayında vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şarur rayon 2 Saylı Notariat Ofisina müraciat etdiyi zaman, Notariat Ofisi mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, vərəsəlik hüquqlarının başqa yolla bərpası mümkün olmadığından hazırki tələblə məhkəməyə müraciət etdiyini, iddiaçıcavabdeh Balayeva (Quliyeva) Solmaz Yunis qızı ona va digar cavabdehlərə qarşı valideyinlərindən miras qalmış əmlaka 2/5 payın müəyyən edilməsi həmçinin həmin payın naturada ayrılması tələbi ilə iddia qaldırdığını, tələbini Cavabdeh1 tərəfından verilmiş şəhadətnamə ilə əsaslandırdığını, İddiaçı verilmiş vərəsəlik şahadatnamənin qanunvericiliyin tələblərinə uyğun əldə edilmədiyini, eyni zamanda nəzərdə tutulmuş müddət ərzində mirasın faktiki qəbulu qaydalarına da riayət edilmədiyini, ərizəsində göstərilən halları məhkəmə iclasına dəvət edəcəyi şahidlərin də öz ifadələri ilə təsdiq edə biləcəyini, məhkəmədən ərizəsində göstərilənləri nəzərə alıb, mərhum atası və anasından qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə miras əmlaka tam pay hüququnun tanınması, İddiaçı ona və digər cavabdehlərə qarşı valideynlərindən miras qalmış əmlaka 2/5 payın müəyyən edilməsi həmçinin həmin payın naturada ayrılması tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı məhkəməyə göndərdiyi yazılı izahatlarında, məhkəmədə verdiyi izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları bir daha təsdiq etdiyini, ata-anasının sağlığında onlara özünün baxdığını, Qulunun onlara baxmadığını, miras əmlakdan ona heç bir pay çatmadığını, Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının mübahisəyə tətbiq edilməli olmasını, bu barədə Naxçıvan MR Apelyyasiya Məhkəməsinin qərarında da göstərildiyini bildirərək məhkəmədən ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh4 nümayəndəsi-vəkili Vəkil izahatında 2017 və 2022-ci illərdə valideynlərinin vəfatından sonra isə onlardan qalmış mirası Qulunun qəbul etdiyini, iddiaçının 2023-cü ildə məhkəmədə mirasın faktiki qəbul edilməsi ilə bağlı iddia qaldırdığını, lakin onun iddiasının rədd edildiyini, Ali Məhkəmə tərəfindən isə iş üzrə icraata mahiyyəti üzrə deyil, hüquqi əhəmiyyətli faktlara iddia icraatında baxılmasının yolverilməzliyi əsası ilə xitam verildiyini, bütün bu proseslərin Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında öncə baş verdiyini, buna görə həmin qərarın hazırkı mübahisəyə şamil edilməsinin əsassız olduğunu bildirərək ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında özünün mirasdan imtina etdiyini, həmin evdə hal-hazırda qardaşı Qulunun yaşadığını, bacısına nə vaxt istəsə gəlib həmin evdə yaşaya biləcəyini dediklərini, Solmazın niyyətinin həmin əmlakı öz adına keçirib satmaq olduğunu bildirmişdir. Cavabdeh3 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq valideynlərindən qalan mirasdan heç bir pay istəmədiyini, bu səbəbdən və səhhətilə əlaqədar məhkəmə iclaslarında iştirak etməyəcəyini bildirmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh Şərur Rayon 1 sayı Notariat Ofisinin notarisu məhkəməyə ərizə göndərərək iş yükü ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə prosesini iştirakı olmadan keçirilməsini və müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh X20 heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Ona görə də məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində və verilən suallara cavabında doğulandan həmin kəndə yaşadığını, birinici Yunisin, sonra Kubranın vəfat etdiyini, onların yas mərasimində iştirak etdiyini, həyətdə iki ev olsa da həmin həyətin bir çıxışının olduğunu, onların birində Kubra və Yunis, digərində isə Qulunun ailəsi ilə birlikdə yaşadığını, Kubraya Tovuz və İsgəndərin gəlib baxdığını, Solmazın da arada bir gəlib getdiyini gördüyünü, lakin Kubra xala vəfat edəndən sonra Solmazı orada görmədiyini, hasar qonşusu olduğunu, digər hasar qonşusu isə Abdullayev Fizulinin Bakı şəhərinə getdiyini, Kubra arvad vəfat edəndən sonra Quludan başqa heç kimin orada yaşamadığını, Qulunun ailəsi ilə birlikdə yaşadığını, bu son zamanlarda Qulunun işləmək üçün Türkiyəyə getdiyini, ailəsinin isə yaşama davam etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X16 ifadəsində və verilən suallara cavabında daycanısının 7-i mərasimində Tovuz və Solmaz onu məclis aparmaq üçün çağırdıqlarını, həmin vaxtı yas mərasiminə başqa adamların da gəldiklərini, lakin onların içəri keçmədiklərini, bu vaxt Qulunun həyətdə olduğunu, Solmazdan açarları istədiyini, Solmazın isə vermək istəmədiyini, lakin sonra Solmazın açarları Quluya verdiyini, oradan da kəndin icra nümayəndəsinin yanına getdiyini, ata-anaya Tovuz və İsgəndərın baxdığını, arada da Solmazın gəlib-getdiyini, özünü yas mərasimində iştirak etdiyini, lakin həmin evdə Qulunun yaşadığını, Quludan başqa heç kimin yaşamadığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışın surətindən görünür ki, Şərur rayonu Məmmədsabir kəndində yerləşən 0.1945 ha topraq sahəsi mülkiyyət hüququ əsasında X13 və X11 məxsus olmuşdur. İş materiallarında olan JN-132 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının surətindən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 06 nömrəli qərarı ilə Şərur rayonu Məmmədsabir kəndində yerləşən 0.04 ha topraq sahəsi X13 və X8 mülkiyyətinə verilmişdir. İş materillarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, X12 ilə X18 xx.xx.1957-ci il tarixdə nikah daxil olmuşlar. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Az-İ № 596282 nömrəli ölüm haqqında akt qeydiyyatı kitabından çıxarışdan görünür ki, X13 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Az-İ № 871595 nömrəli ölüm haqqında akt qeydiyyatı kitabından çıxarışdan görünür ki, X18 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur rayon Məmmədsabir kənd İƏDN-in xx.xx.2024-cü il tarixli 100 nömrəli arayışından görünür ki, X13 və X18 vəfat edəndən sonra onun vərəsləri – Cavabdeh3, Cavabdeh2, X20, X22 və Cavabdeh4 qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli notarial ərizədən görünür ki, X20 mirasdan İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 vərəsəsi İddiaçı və 4 övladıdır, onlar hər biri miras əmlakdan 1/5 hissədə pay almalıdır və miras əmlak X9 verilmiş **********99 reyester nömrəli, ********** qeydiyyat nömrəli reyesterdən çıxarışa əsasən Şərur rayon Məmmədsabir kəndində yerləşən ümumi sahəsi 0.1945 ha olan torpaq sahəsinin ½ hissəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X8 vərəsəsi İddiaçı və 4 övladıdır, onlar hər biri miras əmlakdan 1/5 hissədə pay almalıdır və miras əmlak X11 verilmiş **********99 reyester nömrəli, ********** qeydiyyat nömrəli reyesterdən çıxarışa əsasən Şərur rayon Məmmədsabir kəndində yerləşən ümumi sahəsi 0.1945 ha olan torpaq sahəsinin ½ hissəsindən ibarətdir. İş materiallarında Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-148/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3, X20, Cavabdeh2 oğu və Cavabdeh4 qarşı miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Naxçıvan MR Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli 2(108)-71/2023 nömrəli qətnaməsindən görünür ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-148/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-374/2023 nömrəli qərarından görünür ki, Naxçıvan MR Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(108)-71/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi kasassiya şikayəti təmin edilməyərək iş üzrə icraata hüquqi əhəmiyyətli faktlara iddia icraatında baxılmasının yolverilməzliyi əsası ilə xitam verilmişdir. İş materiallarında Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-789/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1nə qarşı “notarius hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Naxçıvan MR Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli 2(108)-30/2024 nömrəli qətnaməsindən görünür ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-789/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi şikayət təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Şərur rayon 2 saylı notariat ofisinə verilmiş ərizədən görünür ki, Cavabdeh4 xx.xx.2024-cü il tarixdə X3 qalmış mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. İş materiallarında olan Şərur Rayon 2 Saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 111 nömrəli qərarından görünür ki, Cavabdeh4 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materillarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışdan görünür ki, Şərur Rayon Məmmədsabir kəndində yerləşən 0.1945 ha torpaq sahəsində İddiaçı mülkiyyət hüququ əsasında 2/10 hissə payı xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin valideynləri atası X12 xx.xx.2017-ci il tarixdə, anası X18 xx.xx.2022-ci il tarixində ölmüşdür. Onların vərəsləri olan uşaqları Cavabdeh3, Cavabdeh2, X20, X22 və Cavabdeh4dur. Cavabdeh4 sonuncu övlad kimi valideynlərinin mülkiyyətində olan həyətyanı torpaq sahəsi üzərində tikilmiş evdə yaşamışdır. Onların vəfatından sonra isə valideynlərindən qalmış mirası idarə edərək faktiki qəbul etmişdir. Bunu tərəflər və məhkəmədə dindirilən şahidlər də təsdiq etmişlər. İddiaçı 2023-cü ildə mirasın onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsinə dair Şərur Rayon Məhkəməsində iddia qaldırmış, iddiası rədd edilmiş, apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-374/2023 nömrəli qərarı ilə iddiaçının verdiyi kasassiya şikayəti təmin edilməyərək iş üzrə icraata hüquqi əhəmiyyətli faktlara iddia icraatında baxılmasının yolverilməzliyi əsası ilə xitam verilmişdir. İddiaçının bundan sonra “notarius hərəkətlərinin qanunsuz hesab edilməsinə dair” iddia tələbi Şərur Rayon Məhkəməsinə müraciət etmiş, xx.xx.2023-cü il tarixli 2(110)- 789/2023 nömrəli qətnamə ilə iddia rədd edilmişdir. Naxçıvan MR Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(108)-30/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Cavabdeh1 İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi ilə bağlı 16 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməmişdir. Buna baxmayaraq xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən iddiaçıya qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərək iddiaçıya 1/5 pay müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş notariat işinin surətindən müəyyən olunur ki, notariat orqanı İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi ilə bağlı qüvvədə olan 16 noyabr 2022-ci il tarixli qərarına zidd olaraq notariat hərəkəti aparmış və xx.xx.2024-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin vərəslik hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3560/2024 nömrəli vahid məhkəmə təcrübəsini müəyyən edən 3 ulduzlu qərarında göstərilir ki, Notariusun verdiyi vərəsəlik şəhadətnaməsi vərəsələrin miras hüquqlarını yaratmır. Belə ki, qurucu mahiyyətdə olmayan və əqd sayılmayan vərəsəlik şəhadətnaməsi, vərəsələrin miras əmlaka artıq qanun əsasında yaranmış hüquqlarını təsdiqləyən (açıqlayan), eləcə də müvafiq qeydiyyatın aparılmasına əsas təşkil edən sənəddir. Bununla belə, vərəsələrin dairəsi, payların nisbəti və digər münasibətlərlə bağlı vərəsələr arasında fikir ayrılığı olduqda mübahisə məhkəmə tərəfindən həll edilir. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Bununla da, vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir. Odur ki, məhkəmə, göstərilən münasibətlərlə bağlı mübahisəni həll etdikdə (və ya bundan sonra) eyni miras əmlaka dair eyni vərəsələrə vərəsəlik şəhadətnaməsi verilməsinə ehtiyac olmadığı kimi, həmin məsələlərlə bağlı notariat orqanının daha əvvəl verdiyi şəhadətnamələrin də hüquqi əhəmiyyəti qalmır. Məhkəmə həmçinin ilkin iddia üzrə iddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına istinadən qarşılıqlı iddianın əsassız olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, hazırda baxılan iş üzrə vərəsəlik hüquq münasibətlərinin yaranması vaxtı, yəni valideynlərin vafatı (2017-ci il və 2022-ci illər), həmçinin notariat orqanının xx.xx.2022-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi ilə bağlı qərarının olması, həmin qərarın ləğv edilməməməsi, həmçinin iddiaçının mirasın faktiki qəbulu ilə bağlı iddia tələbi üzrə kassasiya instansiyası məhkəməsinin yekun qərarının 22 noyabr 2023-cü il tarixdə qəbul edilməsi onu deməyə əsas verir ki, qeyd olunan qərar hazırkı vərəsəlik mübahisəsinə şamil oluna bilməz. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməli, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın Cavabdeh4 tərəfindən faktiki qəbul olunması və həmin əmlaka tam payı müəyyən edilməli, xx.xx.2024-cü il tarixdə aparılmış notariat əməliyyat qanunsuz olduğundan həmin əməliyyat nəticəsində digər vərəsələrə verilmiş vərəsəlik şəhadətnamələri və həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən hesab edir ki, tərəflərin məhkəmə xərcləri ilə bağlı tələbi olmadığından iddia tələbi üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakın Cavabdeh4 tərəfindən faktiki qəbul olunması faktı və miras əmlaka tam payı müəyyən edilsin. Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2v-78 və 2v-79 reyster nömrəli vərəsəlik şəhadətnamələri və həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2024-cü il tarixli ********** nömrəli qeydiyyat ləğv edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar