Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-432/2024 26.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxara müəyyən etdi: İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 84.9 AZN əsas 12.7 AZN cərimə, cəmi 97.6 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 291.9 AZN əsas, 43.7 AZN cərimə, cəmi 335.6 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 151.9 AZN əsas, 22.7 AZN cərimə, cəmi 174.6 AZN borc, ümumilikdə üç müqavilə üzrə 528.7 AZN əsas, 79.1 AZN cərimə, 607.8 AZN cəmi borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsinin məhkəməyə göndərdiyi iddia ərizəsinin məzmunundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Samsung” markalı paltaryuyana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 54 manat olmaqla cəmi 959.90 manat, xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı Xiaomi markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 30 manat olmaqla cəmi 351.90 manat, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı Tefal markalı ütüyə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 16 manat olmaqla cəmi 279.90 manat ödəməyi öhdəsinə götürdüyünü, lakin cavabdehin müqavilənin şərtlərini pozaraq müqavilə üzrə götürdüyü öhdəlikləri lazıminca icra etmədiyini, hətta dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclunun borcu ödəməkdən boyun qaçırdığını, həmçinin nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablandığını qeyd etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair cavabdehin ünvanına göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinin 1-ci bəndinə əsasən, “Satıcı”nın 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) “Alıcı”ya müəyyən müddətə nisyə satılaraq verməsi, “Alıcı”nın isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul edilməsi, habelə borcunun “Satıcı”ya ödənilməsinə dair öhdəlik götürmüşdür. Həmin Müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə özərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh ümumi dəyəri 959.99 manat olan Samsung WW80AAS20AE/LP (00GK5LWRC00287) markalı paltaryuyan üçün ilkin ödəniş etmədən, həmin məbləği 18 ay müddətinə aylıq 54 manat ödəmək şərtilə "xxxx" MMC-dən nisyə almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, gecikdirilən aylıq borc məbləğinə görə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı müqavilədə nəzərdə tutulmuş ödəniş cədvəlindən görünür ki, Əliyev X1 WW80AAS20AE/LP (00GK5LWRC00287) markalı paltaryuyan üçün xx.xx.2022 – xx.xx.2023 tarixləri ərzində ayda 54 manat, xx.xx.2023 tarixində isə 41.99 manat manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iş materiallarına əlavə olunmuş müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinin 1-ci bəndinə əsasən, “Satıcı”nın 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) “Alıcı”ya müəyyən müddətə nisyə satılaraq verməsi, “Alıcı”nın isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul edilməsi, habelə borcunun “Satıcı”ya ödənilməsinə dair öhdəlik götürmüşdür. Həmin Müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə özərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh ümumi dəyəri 351.99 manat olan Xiaomi Redmi 12C markalı telefon üçün ilkin ödəniş etmədən, həmin məbləği 12 ay müddətinə aylıq 30 manat ödəmək şərtilə "xxxx" MMC-dən nisyə almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, gecikdirilən aylıq borc məbləğinə görə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********* saylı müqavilədə nəzərdə tutulmuş ödəniş cədvəlindən görünür ki, Əliyev X2 Redmi 12C markalı telefon üçün xx.xx.2023 – xx.xx.2024 tarixləri ərzində ayda 30 manat, xx.xx.2024 tarixində isə 21.99 manat manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinin 1-ci bəndinə əsasən, “Satıcı”nın 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) “Alıcı”ya müəyyən müddətə nisyə satılaraq verməsi, “Alıcı”nın isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul edilməsi, habelə borcunun “Satıcı”ya ödənilməsinə dair öhdəlik götürmüşdür. Həmin Müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə özərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh ümumi dəyəri 279.99 manat olan XM İron Tefal markalı ütü üçün ilkin ödəniş etmədən, həmin məbləği 18 ay müddətinə aylıq 16 manat ödəmək şərtilə "xxxx" MMC-dən nisyə almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, gecikdirilən aylıq borc məbləğinə görə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı müqavilədə nəzərdə tutulmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh XM İron Tefal markalı ütü üçün xx.xx.2023 – xx.xx.2024 tarixləri ərzində ayda 16 manat, xx.xx.2024 tarixində isə 7.99 manat manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-ci il tarixli, Maliyyə arayışından görünür Cavabdeh xx.xx.2024-cü il tarixə "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 84.9 manat əsas borc, 12.7 manat cərimə, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 291.9 manat əsas borc, 43.7 manat cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 151.9 manat əsas borc, 22.7 manat cərimə olmaqla ümumilikdə 607.8 manat borcu vardır. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar PAYSİS MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə əsasən Alıcı "xxxx" MMC-dən ümumi dəyəri 959.99 manat olan Samsung WW80AAS20AE/LP (00GK5LWRC00287) markalı paltaryuyan üçün ilkin ödəniş etmədən, həmin məbləği 18 ay müddətinə, xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə əsasən ümumi dəyəri 351.99 manat olan Xiaomi Redmi 12C markalı telefon üçün ilkin ödəniş etmədən, həmin məbləği 12 ay müddətinə, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə əsasən ümumi dəyəri 279.99 manat olan XM İron Tefal markalı ütü üçün ilkin ödəniş etmədən, həmin məbləği 18 ay müddətinə İrşad-Electronics” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Alıcı hər 3 müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməmişdir. Həmçinin iş üzrə tərəflər arasında bağlanmış Müqavilərə 1 nömrəli Əlavələrə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəli hesablanmış 1 faizi (minimum 50 qəpik) dəbbə hesablanaraq alıcı tərəfindən satıcıya ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Məhkəmə qeyd edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, hər 3 müqavilə üzrə öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas borcun ödənilməmiş hissəsini razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin hər 3 müqavilə üzrə hesablanmış 79.1 manat cərimənin alınması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Məhkəmə hər 3 Müqavilə üzrə əsas borcun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesablanmış 79.1 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 52 (əlli iki) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 1.34 manatı iddiaçıya aid edilməli, qalan 28.66 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Alıcı” yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə “Satıcı” qarşısında götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Satıcı” “Alıcı”ya qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı, xx.xx.2023-cü il tarixli ********* saylı və xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqavilələrinə əsasən 528.7 (beş yüz iyirmi səkkiz manat yetmiş qəpik) manat əsas borc, 52 (əlli iki) manat cərimə olmaqla, cəmi 580.7 (beş yüz səksən manat yetmiş qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun 28.66 manatı olmaqla, ümumilikdə 609.36 (altı yüz doqquz manat otuz altı qəpik) manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı, xx.xx.2023-cü il tarixli ********* saylı və xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqavilələrinə əsasən ümumilikdə 528.7 (beş yüz iyirmi səkkiz manat yetmiş qəpik) manat əsas borc, 52 (əlli iki) manat cərimə, cəmi 580.7 (beş yüz səksən manat yetmiş qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun 28.66 manatı olmaqla, cəmi 609.36 (altı yüz doqquz manat otuz altı qəpik) manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-432/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-432/2024
26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver