Məhkəmə qərarları › İş №e-2(110)-467/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-467/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-467/2024 06.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********69022 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün, 173 (yüz yetmiş üç) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********35496 İPHONE 14 PRO MAX markalı telefon üçün, 3297.06 (üç min iki yüz doxsan yeddi manat altı qəpik) manat ödənilməmiş hissə, 329.94 (üç yüz iyirmi doqquz manat doxsan dörd qəpik) manat cərimə, ümumilikdə 3817 manat borc, 58.17 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində cavabdehin "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********69022 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, İmei kod **********35496 İPHONE 14 PRO MAX markalı telefon aldığını və nəticədə 3817 (üç min səkkiz yüz on yeddi) manat borc yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 567 (beş yüz altmış yeddi) manat (12 ay x 47.25 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********69022 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ümumilikdə, 190 (yüz doxsan) manat olmaqla ondan, 173 (yüz yetmiş üç) manat ödənilməmiş hissə, güzəşt olunaraq 17 (on yeddi) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4117.06 (dörd min yüz on yeddi manat altı qəpik) manat (18 ay x 183.17 manat + 820 manat ilkin ödəniş) olan İmei kod **********35496 İPHONE 14 PRO MAX markalı telefon üçün ümumilikdə 3627 (üç min altı yüz iyirmi yeddi) manat olmaqla ondan, 3297.06 (üç min iki yüz doxsan yeddi manat altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 329.94 (üç yüz iyirmi doqquz manat doxsan dörd qəpik) manat cərimə miqdarında borc yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 1214 manat təşkil etdiyini qeyd etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 04052817 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – İmei kodu **********69022, **********69030 olan XİAOMİ REDMİ NOTE 11 markalı telefon telefondur. Tərəflər arasında bağlanmış, xx.xx.2022-ci il tarixli, 04052817 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 567 manat olan İmei kodu **********69022, **********69030 olan XİAOMİ REDMİ NOTE 11 markalı telefon telefon üçün ilkin ödəniş etmədən, həmin məbləği 12 ay müddətinə ayda 47.25 manat ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh tərəfindən İmei kodu **********69022, **********69030 olan XİAOMİ REDMİ NOTE 11 markalı telefon telefon tam qüsursuz halda təhvil alınmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03225048 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, “ABC Telecom“ özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – İmei kodu **********35496 olan İphone 14 Pro Max markalı telefondur. Tərəflər arasında bağlanmış, xx.xx.2023-cü il tarixli, 03225048 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 4117.06 manat olan İmei kodu **********35496 olan İphone 14 Pro Max markalı telefon üçün 820 manat ilkin ödəniş edərək, qalan məbləği 18 ay müddətinə ayda 183.17 manat ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cabbarov X1 **********35496 olan İphone 14 Pro Max markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin cəmiyyətə olan borcu xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 173 (yüz yetmiş üç) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 3297.06 (üç min iki yüz doxsan yeddi manat altı qəpik) manat ödənilməmiş hissə, 329.94 (üç yüz iyirmi doqquz manat doxsan dörd qəpik) manat cərimə olmaqla, cəmi 3817 (üç min səkkiz yüz on yeddi) manat təşkil edir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 58.17 (əlli səkkiz manat on yeddi qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Müştəri arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 04052817 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMCdən alış qiyməti 567 manat olan İmei kodu **********69022, **********69030 olan XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ilkin ödəniş etmədən, həmin məbləği 12 ay müddətinə ayda 47.25 manat ödəməyi, xx.xx.2023-cü il tarixli, 03225048 saylı Müqaviləyə əsasən isə alıcı Cavabdeh "xxxx" MMC-dən alış qiyməti 4117.06 manat olan İmei kodu **********35496 olan İphone 14 Pro Max markalı telefon üçün 820 manat ilkin ödəniş edərək, qalan məbləği 18 ay müddətinə ayda 183.17 manat ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. Lakin Cavabdeh hər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək hər iki müqavilə üzrə cəmi 1214 manat ödəniş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC belə bir tələb irəli sürməkdə haqlı olmuş və Müştəri Cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" MMC-yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; “ - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 58.17 (əlli səkkiz manat on yeddi qəpik) manat dövlət rüsumunun əvəzidə də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə "xxxx" qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********69022, **********69030 olan XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 173 (yüz yetmiş üç) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********35496 olan İphone 14 Pro Max markalı telefon üçün 3297.06 (üç min iki yüz doxsan yeddi manat altı qəpik) manat ödənilməmiş hissə, 329.94 (üç yüz iyirmi doqquz manat doxsan dörd qəpik) manat cərimə, cəmi 3817 (üç min səkkiz yüz on yeddi) manat borc və 58.17 (əlli səkkiz manat on yeddi qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3875.17 (üç min səkkiz yüz yetmiş beş manat on yeddi qəpik) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********69022, **********69030 olan XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 173 (yüz yetmiş üç) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********35496 olan İphone 14 Pro Max markalı telefon üçün 3297.06 (üç min iki yüz doxsan yeddi manat altı qəpik) manat ödənilməmiş hissə, 329.94 (üç yüz iyirmi doqquz manat doxsan dörd qəpik) manat cərimə olmaqla, cəmi 3817 (üç min səkkiz yüz on yeddi) manat borc və 58.17 (əlli səkkiz manat on yeddi qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3875.17 (üç min səkkiz yüz yetmiş beş manat on yeddi qəpik) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar