Məhkəmə qərarları › İş №e-2(110)-472/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-472/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-472/2025 15.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh yuxarıda təfərrüatları qeyd edilmiş borc müqaviləsinə (müqavilələrinə) əsasən 714 (yeddi yüz on dörd) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 744 (yeddi yüz qırx dörd) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iş üzrə Cavabdeh Əsrail qızı İddiaçı MMC-dən təfərrüatları aşağıdakı göstərilmiş borc müqaviləsi (müqavilələri) əsasında ümumi dəyəri 1528 (bir min beş yüz iyirmi səkkiz) manat olan məişət avadanlığı (avadanlıqları) əldə etdiyini, cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 714 (yeddi yüz on dörd) manat əsas borcu qaldığını, xx.xx.2022-ci tarixli, 28K6158204 nömrəli müqaviləyə əsasən 12 ay müddətinə 439 AZN dəyərində müqavilə bağladığını və nəticədə 255 AZN qalıq borc yarandığını, xx.xx.2022-ci il tarixli 28K6158226 nömrəli müqavilyə əsasən 12 ay müddətinə 954 AZN dəyərində müqavilə bağladığını və nəticədə 459 AZN qalıq borc yarandığını, yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh Əsrail qızından müqavilə (müqavilələr) üzrə 714 (yeddi yüz on dörd) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 744 (yeddi yüz qırx dörd) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruri olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişdir. İş materiallarında olan xx.xx.2022-ci tarixli, 28K6158204 saylı Borc müqaviləsindən görünür ki, Cavabdeh Əsrail qızı "xxxx" LTD-dən hissə-hissə ödəniş şərti ilə 574 manat məbləğində məişət avadanlığı əldə etmiş, həmin məbləğin 34 (otuz dörd) manatını ilkin ödəniş olaraq ödədikdən sonra qalan 540 (dörd yüz otuz iki) manat məbləği 12 ay müddətinə aylıq 45 (qırx beş) manat olmaqla "xxxx" LTD-yə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilənin tərəflər onu imzaladığı andan qüvvəyə minməsi və tərəflərin öz öhdləliklərini tamamilə yerinə yetirənədək qüvvədə olması tərəflər arasında razılaşdırılmışdır. Həmin Müqavilənin qeyd hissəsinə müvafiq olaraq Borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ hər gün üçün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 28K6158226 saylı Borc müqaviləsindən görünür ki, Cavabdeh Əsrail qızı "xxxx" LTD-dən hissə-hissə ödəniş şərti ilə 954 manat məbləğində məişət avadanlığı əldə etmiş, həmin məbləğin 6 (altı) manatını ilkin ödəniş olaraq ödədikdən sonra qalan 948 (doqquz yüz qırx səkkiz) manat məbləği 12 ay müddətinə aylıq 79 (yetmiş doqquz) manat olmaqla "xxxx" LTD-yə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilənin tərəflər onu imzaladığı andan qüvvəyə minməsi və tərəflərin öz öhdləliklərini tamamilə yerinə yetirənədək qüvvədə olması tərəflər arasında razılaşdırılmışdır. Həmin Müqavilənin qeyd hissəsinə müvafiq olaraq Borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ hər gün üçün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2022-ci tarixli, 28K6158204 saylı və xx.xx.2022-ci il tarixli 28K6158226 saylı müqavilələr üzrə 714 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, “Soliton“ LTD tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar X2 vasitəsi ilə Dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 30 (otuz) manat rüsum ödənilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi X1 "xxxx" LTD-dən xx.xx.2022-ci tarixli, 28K6158204 saylı müqaviləsinə əsasən hissə-hissə ödəniş şərti ilə 574 manat məbləğində məişət avadanlığı əldə etmiş, həmin məbləğin 34 (otuz dörd) manatını ilkin ödəniş olaraq ödədikdən sonra qalan 540 (dörd yüz otuz iki) manat məbləği 12 ay müddətinə aylıq 45 (qırx beş) manat olmaqla, xx.xx.2022-ci il tarixli 28K6158226 saylı müqaviləsinə əsasən hissə-hissə ödəniş şərti ilə 954 manat məbləğində məişət avadanlığı əldə etmiş, həmin məbləğin 6 (altı) manatını ilkin ödəniş olaraq ödədikdən sonra qalan 948 (doqquz yüz qırx səkkiz) manat məbləği 12 ay müddətinə aylıq 79 (yetmiş doqquz) manat olmaqla "xxxx" LTD-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda Müqavilələrin qeyd hissəsinə görə müvafiq olaraq Borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ hər gün üçün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəməsi nəzərdə tutulmuşdur. Lakin Cavabdeh Əsrail qızı üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etmədiyindən məhkəmə hesab edir ki, "xxxx" LTD belə bir tələb irəli sürməkdə haqlı olmuş və Müştəri Cavabdeh Əsrail qızı onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" LTD MMC-yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; “ - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ərizə üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzidə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Alıcı” yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə İddiaçı MMC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən Soliton LTD” MMC “Alıcı”ya qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh Əsrail qızından xx.xx.2022-ci tarixli, 28K6158204 nömrəli Borc Müqaviləsinə əsasən 255.0 manat və xx.xx.2022-ci il tarixli 28K6158226 nömrəli Borc Müqaviləsinə əsasən 459.0 manat, cəmi 714.0 manat məbləğində borc və 30.0 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 744.0 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Əsrail qızından xx.xx.2022-ci tarixli, 28K6158204 nömrəli Borc Müqavilələrinə əsasən 255.0 (iki yüz əlli beş) manat və xx.xx.2022-ci il tarixli 28K6158226 nömrəli Borc Müqaviləsinə əsasən 459.0 (dörd yüz əlli doqquz) manat, cəmi 714.0 (yeddi yüz on dörd) manat məbləğində borc və 30.0 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 744.0 (yeddi yüz qırx dörd) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar