Məhkəmə qərarları › İş №e-2(110)-487/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-487/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-487/2024 08.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" Bank olmayan X3 Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Bank olmayan X3 Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu tarixli, BİNK02655 №-li müqavilə üzrə 371 manat qalıq borcu, 305.47 manat cərimə borcu olmaqla, cəmi 676.47 manat məbləğində iddia ərizəsinin verilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Optimal Finance” Bank olmayan X3 Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsində, Satıcı"xxxx" MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BİNK02655 №-li nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, 12 ay müddətinə hissə-hissə hər ay üçün 62 manat, sonuncu ay üçün isə 67 manat ödəmək şərti ilə 749 manat dəyərində Malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə-Təhvil-təslim aktında göstərilən məişət texnikalarını nisyə satıldığını və həmin məhsulların cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verildiyini, müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilmədiyini, onun, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, cavabdehə dəfələrlə tərəflərindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onun, öhdəliyini yerinə yetirmədiyini, eyni zamanda "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BİNK02655 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi zamin Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlandığını, belə ki, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyini (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditorun nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malik olduğunu, cavabdehin iddiaçı qarşısında xx.xx.2019-cu il tarixli, BİNK02655 saylı müqavilə üzrə qalıq borcu 371 manat təşkil etdiyini, müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürdüyünü, borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 3151.85 manat təşkil etdiyini, hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 20%-ni ödəməyi borcludan tələb etdiklərini, belə olan halda, hesablanmış cərimə məbləğinin 20%-i 305.47 manat təşkil etdiyini, hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2019-cu il tarixli, BİNK02655 saylı müqavilə üzrə 371 manat qalıq borcu, 305.47 manat cərimə borcu olmaqla, cəmi 676.47 manat borcu yarandığını, faktor “X6 Olmayan Kredit Təşkilatı” MMC ilə müştər"xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli, BİNK02655 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X6Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etdiyini, "xxxx" MMC tərəfindən borclu Cavabdeh1 xx.xx.2019-cu il tarixli, BİNK02655 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X6 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bilidiriş verildiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu tarixli, BİNK02655 saylı Nisyə alqı-satqı müqaviləsindən görünür ki, “Optimal Elektronika“ MMC ilə Cavabdeh1 arasında müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhəliklər götürmüşlər. Həmin müqavilənin 3-cü bəndinə əsasən “Satıcı” “Alıcıya” siyahısı təhvil-təslim aktında (Əlavə 2) göstərilən Mal(lar)ı satır, “Alıcı” isə həmin Mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada Mal(lar)ın qiymətini “Satıcıya” ödəyir. Həmin müqavilənin 5.6-cı bəndinə əsasən Borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % həcmində cərimə (dəbbə pulu) ödəməlidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən “Alıcıya” Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə “Satıcı” öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu, nisyə malın “Satıcı”ya qaytarılmasını (qaytarılmış malın razılaşdırılmış qiyməti borcu tam ödəmədikdə qalıq borcu ümumi qaydada ödəmək şərti ilə) dərhal tələb edə bilər. İş materiallarında olan xx.xx.2019-cu tarixli, BİNK02655 saylı Nisyə alqı-satqı müqaviləsinə Əlavə 1-də Cavabdeh1 aldığı malın dəyəri olan 749 manat pulu 12 ay müddətinə xx.xx.2019 - xx.xx.2020ci il tarixlərində aylıq 62 manat, xx.xx.2020-ci il tarixində isə 67 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh1 Bosch markalı paltaryuyanı qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu tarixli, BİNK02655-Z saylı Zaminlik müqaviləsindən görünür ki, “Optimal Elektronika” MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhəliklər götürmüşlər. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Zamin” 1.2-ci bənddə göstərilən müqavilə üzrə Cavabdeh1 (bundan sonra “Alıcı” adlandırılacaq) “Satıcı” qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə “Alıcı” ilə birlikdə birgə əsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öhdəsinə götrür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Zaminliklə təmin edilən öhdəlik “Satıcı” ilə “Alıcı” arasında bağlanmış xx.xx.2019-cu tarixli, BİNK02655 №-li nisyə satış müqaviləsindən irəli gələn öhdəlikdir. Həmin müqaviləyə əsasən “Alıcı” “Satıcı”-dan nisyə aldığı malın müqavilənin 1 saylı əlavəsində göstərilən formada ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 01 sentyabr 2022-ci il tarixli 01 nömrəli faktorinq müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqaviləyə görə müştəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavəsində(lərində) (irəlidə “Əlavə” adlanacaq) qeyd edilən Borclu (lar) ilə bağladığı müqavilə(lər)dən (yəni pul tələbinin irəli gəldiyi müqavilədən) irəli pul tələbini Faktora güzəşt edir, Faktor isə tələbin güzəştli müqabilində Əlavədə nəzərdə tutulan pul vəsaitini Müştərinin təqdim etdiyi Pul tələbinin etibarlı olmasını təsdiqləyən sənədlər (hesab-faktura, qəbz akt və s.) əsasında xx.xx.2023-cü il tarixdə (bu bənddə nəzərdə tutulan məbləğin 50%-ni və xx.xx.2023-cü il (bu bənddə nəzərdə tutulan məbləğin qalan 50%-ni) tarixdə ona verməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Faktor bu müqavilə imzalandığı andan etibarən bu müqavilənin 01 saylı əlavəsində göstərilən müqavilələr əsasında borclulara məxsus pul vəsaitlərinin tələb edilməsi ilə bağlı qanunvericiliyə əsasən müvafiq tədbirləri başlamaq səlahiyyəti əldə edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən Müştəri razılaşır ki, Faktor topladığı pul vəsaitlərinin 80%-nin tam yarısını xx.xx.2023-cü il tarixdə, qalan yarısını isə xx.xx.2023-cü il tarixdə müştəriyə ödəyəcəkdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən tərəflər razılaşır ki, xx.xx.2023-cü il tarixinədək bu Müqaviləyə uyğun olaraq güzəşt edilmiş tələb hüququ üzrə borclarından yığılmamış vəsaitlər üzrə tələb hüquqları bu müqaviləyə əsasən Müştəriyə güzəşt edilə bilər. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən Müştəri bu Müqavilənin 3.2-ci bəndinin icrasının təmin edilməsi öhdəliyini qeyd-şərtsiz öz üzərinə götürür. İşdə olan "xxxx" BOKT MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu tarixli, BİNK02655 saylı müqaviləyə əsasən "xxxx" BOKT MMC-yə 371 manat məbləğində qalıq borcu və 305.47 manat cərimə borcu olmaqla cəmi 676.47 manat borcu vardır. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, “Optimal Finance“ BOKT MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar Expresspay elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi “Optimal Elektronika“ MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu tarixli, BİNK02655 saylı Nisyə alqı-satqı Müqaviləsinə əsasən Alıcı qiyməti 749 manat olan “Bosch" markalı paltaryuyanı Satıcıdan nisyə almaqla, həmin əşyaların ümumi məbləği olan 749 manat pulu 12 ay müddətinə xx.xx.2019 xx.xx.2020-ci il tarixlərində aylıq 62 manat, xx.xx.2020-ci il tarixində isə 67 manat olmaqla Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. X1 "xxxx" MMC ilə Zaminlik müqaviləsi bağlayaraq “Alici”nın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Alıcı” ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Lakin “Alıcı” üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmişdir. Həmçinin “Alıcı” iş üzrə tərəflər arasında bağlanmış Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % həcmində cərimə (dəbbə pulu) ödəməlidir. Eyni zamanda iş materialına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 01 nömrəli Faktorinq müqaviləsinə əsasən "xxxx" MMC borclularından tələb hüququnu “Optimal Finance“Bank olmayan X3 Məsuliyyətli Cəmiyyətinə güzəşt etmişdir. Alıcı onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyini vaxtında icra etmədiyi üçün Faktor "xxxx" Bank olmayan X3 Məsuliyyətli Cəmiyyəti “Alici” və “Zamin”ə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; “ - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür; - 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür; - 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər; - 657.2-ci maddəsinə əsasən faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi Cavabdeh1 iddiaçı "xxxx" MMC ilə aralarında sadə yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, həmin tələbdə "xxxx" Bank olmayan X3 Məsuliyyətli Cəmiyyətinə gözəşt edildiyindən, o da borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşudr. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Müqavilə üzrə 371 manat məbləğində qalıq borcun tutulması hissəsində tam əsaslıdır. Eyni zamanda məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə tələb olunan 305.47 manat cərimə (dəbbə) borcunun tutulmasına dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə kredit müqaviləsi üzrə kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, kredit razılaşması üzrə 305.47 manat məbləğində hesablanmış cərimə (dəbbə pulu) məbləği əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksəkdir, buna görə də cərimənin əsas borc məbləğinə müvafiq olaraq 37 (otuz yeddi) manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətli olar. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər... ; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaranmış borcun Alıcı Cavabdeh1 ilə yanaşı, zamin Cavabdeh2 da müştərək qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə bu tələblə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin faktiki hallarından və Nisyə alqı-satqı müqaviləsinin müddəalarından görünür ki, müqavilə xx.xx.2019-cu il tarixində 12 ay müddətinə bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti əsas öhəliyin icra olunma vaxtının çatdığı günlə müəyyələnləşdirilmişdir ki, belə olan halda məhkəmə belə qənaətə gələrək hesab edir ki, mülki qanunvericilikdə nəzərdə tutulan 1 illik tələb etmə müddəti “Satıcı” tərəfindən ötürülmüşdür. Göründüyü kimi müqaviləyə əsasən “Zamin”in üzərinə götürdüyü öhdəliyin icra müddəti keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, satıcı zaminə qarşı müqavilə müddətinin başa çatdığı xx.xx.2019-cu il tarixdən ən geci bir il ərzində iddia qaldırmalı olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Belə olan təqdirdə qanunla müəyyən edilmiş müddət ərzində “Satıcı” tərəfindən “Zamin”ə qarşı tələb irəli sürülmədiyindən, “Zamin”in öhdəliyinə xitam verilməlidir.““ İşin faktiki hallarını, tərfələr arasında bağlanmış müqavilənin müddəalarını və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, “Zamin”in üzərinə götürdüyü öhdəliyin icra edilməsi müddəti başa çatdığından iddia tələbi “Zamin” Cavabdeh2 qarşı hissədə əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 12.0 manatı iddiaçıya aid edilməli, 18.0 manatı isə Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, Cavabdeh1 371 (üç yüz yetmiş bir) manat məbləğində qalıq borc və 37 (otuz yeddi) manat cərimə olmaqla, cəmi 408 (dörd yüz səkkiz) manat məbləğində pul alınaraq "xxxx" Bank olmayan X3 Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2019-cu tarixli, BİNK02655 saylı Nisyə alqı-satqı Müqaviləsi üzrə 371 (üç yüz yetmiş bir) manat məbləğində qalıq borc, 37 (otuz yeddi) manat cərimə, cəmi 408 (dörd yüz səkkiz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun 18 (on səkkiz) manatı olmaqla, ümumilikdə 426 (dörd yüz iyirmi altı) manat pul alınaraq "xxxx" Bank olmayan X3 Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar