Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-522/2023 18.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. İddiaçı MMC ilə bağlanmış 26 sentyabr 2019-cu il tarixli MAS-1283 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi; 2. Lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE16775 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMCnə geri qaytarılması; 3. Cavabdeh 26 sentyabr 2019-cu il tarixli MAS-1283 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 aprel 2023-cü il tarixə 1362.23 manat gecikdirilmiş əsas, 171.37 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 257.13 manat dəbbə pulu, ümumilikdə 1790.73 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumu Azərmaş” MMC-nin xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində İddiaçı MMC ilə X7 arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli MAS-1283 saylı “X6”nə əsasən lizinq alanın sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE16775 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alındığını və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verildiyini, “X6”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X7 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürdüyünü, 25 may 2021-ci il tarixdə X7, X5 və İddiaçı MMC arasında “Öhdəliklərin ötürürülməsi müqaviləsi bağladığını və MAS-1283 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. 19 fevral 2022-ci il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında “Öhdəliklərin ötürürülməsimüqaviləsi bağladığını və MAS-1283 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verildiyini, Cavabdeh tərəflər arasında imzalanmış “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyini, Lizinq alan tərəfindən şirkətə sonuncu ödəniş 27 noyabr 2022-ci il tarixdə 34 manat məbləğində olduğunu, eyni zamanda Cavabdeh 26 sentyabr 2019-cu il tarixli MAS-1283 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 aprel 2023-cü il tarixə 1362.23 manat gecikdirilmiş əsas, 171.37 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 257.13 manat dəbbə pulu, ümumilikdə 1790.73 manat gecikmə borcu yarandığını, iddialarının qanuni və əsaslı olduğundan təmin edilməli olduğunu hesab etdiklərini, Daxili lizinq müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yarandığını qeyd etmişdir. İddiaçı MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək ərizəsində 2(110)-522/2023 saylı mülki işə iştirakları olmadan baxıb, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iş materialında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Mülki işə əlavə olunmuş 26 sentyabr 2019-cu il tarixli MAS-1283 X1 görünür ki, həqiqətən, İddiaçı MMC (Lizinq verən) ilə X7 (Lizinq alan) arasında qeyd olunan X6 bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. 26 sentyabr 2019-cu il tarixli MAS-1283 X2 1.1-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alanın tərəfidən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, bu Lizinq Müqaviləsinin əsas məbləğini 13300 manat təşkil edir. Lizin alan bu müqavilə imzalandığı 0 manat məbləğində lizinq ödənişini lizin verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 17% faiz həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı bir səbəbdən ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfi məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və vvaxtından əvvəl sıradan çıxması istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən,gecikdirilən lizinq ödənişi məbləğinə 0.3 % dəbbə pululhesablanır və lizinq alan tərəfindən lizzinq verənə ödənilir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinə əsasən, X7 ilə İddiaçı MMC-nin 26 sentyabr 2019cu il tarixli MAS-1283 saylı “Daxili Lizinqmüqaviləsinə 3 saylı əlavəyə müvafiq olaraq X10 13300,0 manat pulu illik 17 faizlə 48 ay müddətinə xx.xx.2019-cu il - xx.xx.2023-cü il tarixləri aralığında aylıq 383.77 manat, xx.xx.2023-cü il tarixdə isə 384.07 manat olmaqla cəmi 18421 manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş AD № 587720 saylı Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE16775 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş 25 may 2021-ci il tarixli MAS-1283 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən müəyyən edilir ki, X7 26 sentyabr 2019-cu il tarixli MAS-1283 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən müəyyən edilmiş öhdəlikləri X4 ötürmüşdür. Müqaviləsinin 1.1-ci bəndinə əsasən İddiaçı MMC-nin “Öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS-1283 saylı X6 (bundan sonra Lizinq Müqaviləsi adlandırılacaq) üzrə Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında qarşısında götürdüyü bütün öhədilkəri Öhdəlikləri qəbul edənə” ötürür, Öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri Öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. İş materiallarına əlavə olunmuş 25 may 2021-ci il tarixli təhvil-təslim aktına əsasən X7 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili X4 təhvil vermişdir. İş materiallarına əlavə olunmuş 19 fevral 2022-ci il tarixli MAS-1283 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən müəyyən edilir ki, X5 26 sentyabr 2019-cu il tarixli MAS-1283 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən müəyyən edilmiş öhdəlikləri Cavabdeh ötürmüşdür. Müqaviləsinin 1.1ci bəndinə əsasən İddiaçı MMC-nin “Öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS-1283 saylı X6 (bundan sonra Lizinq Müqaviləsi adlandırılacaq) üzrə Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında qarşısında götürdüyü bütün öhədilkəri Öhdəlikləri qəbul edənə ötürür, Öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri Öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. İş materiallarına əlavə olunmuş 19 fevral 2022-ci il tarixli təhvil-təslim aktına əsasən X5 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermişdir. İş materiallarına əlavə əlavə olunmuş İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1093 nömrəli arayışa əsasən, Cavabdeh 26 sentyabr 2019-cu il tarixli MAS-1283 saylı Daxili Lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 1362.23 manat, mükafat borcu üzrə 171.37 manat, cərimə borcu üzrə 257.13 manat, cəmi 1790.73 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun sürətindən görünür ki, yaranmış borcu dərhal ödəməklə lizinq obyektinə istifadə hüququ verən sənədin alınmasını tələb etdiklərini, əks təqdirdə yaranmış borcun, X2 ləğvi və lizinq obyektinin qaytarılması barədə məhkəmə qaydasında tələb ediləcəyi bildirilmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarında olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 100.40 manat ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə X7 arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli MAS-1283 saylı “X6”nə əsasən lizinq alanın sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE16775 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X6”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X7 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 25 may 2021-ci il tarixdə X7, X5 və İddiaçı MMC arasında “Öhdəliklərin ötürürülməsi müqaviləsi bağlanmış və MAS-1283 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. 19 fevral 2022ci il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında “Öhdəliklərin ötürürülməsimüqaviləsi bağlanmış və MAS-1283 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Bununlada tərəflər arasında bağlanmış X2 şərtlərinə müvafiq olaraq da iddiaçının X6 üzrə yaranmış borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Cavabdeh tərəflər arasında imzalanmış “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, Lizinq alan tərəfindən şirkətə sonuncu ödəniş 27 noyabr 2022-ci il tarixdə 34 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 26 sentyabr 2019-cu il tarixli MAS-1283 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 aprel 2023-cü il tarixə 1362.23 manat gecikdirilmiş əsas, 171.37 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 257.13 manat dəbbə pulu, ümumilikdə 1790.73 manat gecikmə borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı MMC belə bir tələb irəli sürməkdə haqlı olmuş və lizinq alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq İddiaçı MMC-yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, lizinq alan əsas öhdəliyini lazımi qaydada yerinə yetirməməsini məhkəmə müqavilənin əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirərək bu qənaətə gəlir ki, 26 sentyabr 2019-cu il tarixli MAS-1283 saylı “Daxili Lizinq” Müqaviləsi ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; - 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; - 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə qeyd edir ki, iş materialında olan 19 fevral 2022-ci il tarixli MAS-1283 saylı “Öhdəliklərin ötürülməsimüqaviləsinə əsasən müəyyən edilir ki, X5 26 sentyabr 2019-cu il tarixli MAS-1283 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən müəyyən edilmiş öhdəlikləri Cavabdeh ötürmüşdür. Lizinq alan Cavabdeh lizinq müqaviləsi üzrə öz riski ilə öhdəliklərin ötürülməsi müqaviləsini bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; - 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır; - 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir; - 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-11.1.4-ci maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir; -748-1.7-ci maddəsinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır; - 748-1.8 maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır; -748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə vəya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İşin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, lizinq alan Cavabdeh mülki qanunvericiliyin tələblərinə müafiq olaraq, yazılı formada bağlanmış lizinq müqaviləsinin şərtlərinə əməl etməməklə, lizinq verən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, o, lizinq məbləğini vaxtlı-vaxtında ödəməli olduğu halda, bunu etməmiş, öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Beləliklə, lizinq alan öz öhdəliklərini lazımınca icra etmədiyindən, lizinq müqaviləsinin 10.1-ci bəndinə əsasən lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq hüququ yaranmışdır. Eyni zamanda məhkəmə iddia tələbinin lizinq müqaviləsi üzrə tələb olunan 257.13 manat məbləğində cərimənin tutulmasına dair hissəsi ilə əlaqədar qeyd edir ki, müqavilə üzrə ödənilməmiş pulun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, Müqavilə üzrə hesablanmış 257.13 manat cərimə borcunun məbləğinin əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək tələb olunan dəbbə pulunun 26 (iyrmi altı) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər... ; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, lizinq alan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Lizinq verən” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyi iddia tələbi qismən təmin edilməklə 26 sentyabr 2019-cu il tarixli MAS-1283 saylı “Daxili Lizinq” Müqaviləsi ləğv edilməli, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE16775 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMCyə geri qaytarılmalı, həmçinin 26 sentyabr 2019-cu il tarixli MAS-1283 saylı “Daxili Lizinq” Müqaviləsinə əsasən Cavabdeh lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 1362.23 manat gecikdirilmiş əsas borc, 171.37 manat gecikdirilmiş mükafat və 26 manat dəbbə pulu olmaqla, ümumilikdə 1559.6 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia digər hissədə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100.40 manat dövlət rüsumunun 12.4 manatı iddiaçıya aid edilməli, 88 manat məbləğində pul vəsaiti isə Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli MAS-1283 saylı Daxili LizinqMüqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE16775 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın. 26 sentyabr 2019-cu il tarixli MAS-1283 saylı Daxili Lizinq Müqaviləsi üzrə Cavabdeh lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 1362.23 manat gecikdirilmiş əsas borc, 171.37 manat gecikdirilmiş mükafat və 26 manat dəbbə pulu, cəmi 1559.6 manat manat məbləğində borc və 100.40 (bir yüz manat qırx qəpik) ödənilmiş dövlət rüsumunun 88 (səksən səkkiz) manatı olmaqla, ümumilikdə 1647.6 (bir min altı yüz qırx yeddi manat, altmış qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-522/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-522/2023
18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver