Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-582/2025 22.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X1 Elmar oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək lizinq obyekti olan 2023-cü il buraxılışlı, "Chevrolet Cobalt LTZ" markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, qara metallik rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 12 sentyabr 2023-cü il tarixli AZL-473 saylı "Daxili lizinq müqaviləsi"nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 aprel 2025-ci il tarixə 1497.02 manat gecikdirilmiş əsas, 734.74 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 295.16 manat dəbbə pulu, cəmi 2526.92 borc və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 12 sentyabr 2023-cü il tarixdə bağlanmış AZL-473 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt LTZ” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, qara metallik rəngli avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən, lizinq alan illik 16% hesablanmaqla 60 aylıq müddətdə hər ay sabit məbləğ olmaqla 543,51 manat, ümumilikdə isə 36 110 manat pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən məbləğin 25 850 manatı əsas borcu təşkil etmişdir. Lakin cavabdeh tərəfindən daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş, 08 aprel 2025-ci il tarixinə ümumilikdə 2526,92 manat borc yaranmışdır. Cavabdeh lizinq ödənişlərinin ödənilməsi barədə öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçı qarşısında müqavilə üzrə öhdəliyin icrasını pozmuşdur. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsi və iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh isə heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2023-cü il tarixli AZL-473 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, "Chevrolet Cobalt LTZ" markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqaviləyə 2 saylı əlavədən görünür ki, Cavabdeh "Chevrolet Cobalt LTZ" markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı qara metalik rəngli avtomobil təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1497,02 manat gecikdirilmiş əsas, 734,74 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 295,16 manat cərimə olmaqla, cəmi 2526,92 manat borcu vardır. Tərəflər arasında bağlanmış “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyekitnə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bandinə əsasən, bu lizinq müqaviləsinin əsas məbləğini 25850 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 3500 manat məbləöində lizinq ödənişini lizinq verənə ödəməyi öhdəsinə görtürür. Ödənilmiş 3500 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 60 ay müddətində illik 16 % həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizing ödənişlərinin gecikdirilməsi hesab olunur. Daxili lizinq müqaviləsinin 2.1-ci bəndinə əsasən, bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı bir səbəbdən ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Daxili lizinq müqaviləsinin 2.4-cü bəndinə əsasən, bu müqavilə müqavilə şərtlərinin pozulması nəticəsində ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır və lizinq obyekti lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır və bu zaman lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq alan tərəfindən lizinq verəndən tələb edilə bilməz. Daxili lizinq müqaviləsinin 9-cu bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istelak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 təqvim günündən artıq müddətə 3 dəfədən artıq ödənişi gecikdirdikdə müqavilə lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daxili lizinq müqaviləsinin 10.5-ci bəndinə əsasən, lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanın bu müqavilə üzrə öhdəliklərin yerinə yetirməsindən, lizinq ödənişlərinin həyata keçirməkdən cərimələri, dəbbə pulunu ödəməkdən lizinq obyektinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanın tam həcmdə ödəməkdən azad etmir. Məhkəmənin əsaslandırması: Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulubpozulmamasına qiymət verilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Çünki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 747.1 və 748-2.3-cü maddələrinə əsasən iddiaçının cavabdehə qarşı lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq və lizinq ödənişlərinin ödənilməsi ilə bağlı tələb hüququ vardır. Belə ki, iş materiallarından belə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə tərəflər arasında yazılı qaydada lizinq müqaviləsi bağlanılmış, beləliklə də tərəflər arasında bu müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflər arasındakı lizinq müqaviləsinin tələblərinə əsasən iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, "Chevrolet Cobalt LTZ" markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh sahiblik və istifadəsinə vermiş, cavabdeh lizinq obyektini qəbul etmiş və iddiaçıya bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüş, lakin sonradan lizinq alan - Cavabdeh müqavilə üzrə müəyyən məbləğdə ödəniş etmiş, müqavilə üzrə qalan ödənişlərini ödəməmiş, beləliklə də müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmişdir. İddiaçı MMC tərəfindən rəsmi bildiriş göndərilməsinə baxmayaraq gecikdirilmiş borc məbləğinin qaytarılması borcalan - Cavabdeh tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd etmək lazımdır ki, öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya ohdəliyin məzmunu ilə muəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İstinad edilən maddi hüquq normalarından göründüyü kimi iddianın əsaslı olubolmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulub-pozulmamasına qiymət verilməlidir. İşdə olan materialların tədqiqi nəticəsində belə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə tərəflər arasında yazılı qaydada etibarlı lizinq müqaviləsi bağlanılmış, beləliklə də tərəflər arasında Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının tələbi məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Qeyd etmək lazımdır ki, müqavilədən yaranan öhdəliklərin növlərindən biri lizinq müqaviləsindən əmələ gələn öhdəliklərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; Mülki Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-2.3-cü maddəsinə əsasən Lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Mülki Məcəllənin 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə hesab edir ki, istər qanunvericiliyin istinad edildiyi maddələrinin tələbləri, istərsə də tərəflər arasında bağlanmış Lizinq müqaviləsinin şərtləri baxımından, müvafiq müqavilə imzalandığı andan və müqavilə üzrə lizinq alanın lizinq obyektindən istifadəyə başladığı andan, lizinq alan- Cavabdehnın Lizinq ödənişlərini müqavilədə qeyd olunan şərtlərlə Lizinq verən- İddiaçı MMC-yə ödəmək öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə də, məhəkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: - İddia təmin edilməli; - 2023-cü il buraxışlı, "Chevrolet Cobalt LTZ" markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, qara metalik rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılmalı; - Cavabdeh xx.xx.2023-cü il tarixli AZL-473 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 1497,02 manat gecikdirilmiş əsas borc, 734,74 manat gecikdirilmiş mükafat məbləği və 295,16 manat dəbbə pulu olmaqla, ümumilikdə 2526,92 (iki min beş yüz iyirmi altı manat doxsan iki qəpik) manat pul alınaraq İddiaçı MMC-yə ödənilməli; -tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 2023-cü il buraxışlı, "Chevrolet Cobalt LTZ" markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, qara metalik rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh xx.xx.2023-cü il tarixli AZL-473 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 1497,02 manat gecikdirilmiş əsas borc, 734,74 manat gecikdirilmiş mükafat məbləği və 295,16 manat dəbbə pulu olmaqla, ümumilikdə 2526,92 (iki min beş yüz iyirmi altı manat doxsan iki qəpik) manat pul alınaraq İddiaçı MMC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №e-2(110)-582/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-582/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver