Məhkəmə qərarları › İş №e-2(110)-605/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-605/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-605/2024 11.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək lizinq obyekti olan 2021-ci il buraxışlı, “Khazar LX” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılması, Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-4188 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə 1379,62 manat gecikdirilmiş əsas, 453,26 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 272,05 manat dəbbə pulu, cəmi 2104,93 manat borc və ödənilmiş 100,4 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi "xxxx" MMC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-4188 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, 2021ci il buraxışlı, “Khazar LX” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verildiyini, “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 24,5% hesablamaqla 48 aylıq müddətinə hər ay sabit pul məbləğ olmaqla 389,61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürdüyünü, ödənilməli olan ümumilikdə 21802 manatın 14950 manatını əsas məbləğ təşkil etdiyini, xx.xx.2022-ci il tarixdə X8, X11 və İddiaçı MMC arasında MAS-4188 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlandığını və xx.xx.2021-ci il tarixli MAS-4188 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürdüyünü, xx.xx.2022-ci il tarixdə X11, X3 və İddiaçı MMC arasında MAS-4188 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlandığını və xx.xx.2021-ci il tarixli MAS-4188 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri P.Dursunov öz üzərinə götürdüyünü, xx.xx.2023-cü il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-4188 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlandığını və xx.xx.2021-ci il tarixli MAS-4188 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürdüyünü, “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-4188 saylı “Daxili lizinq” müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə ümumilikdə 2104,93 manat gecikmə borcu yarandığını bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsi və iddianın təmin olunmasını xahiş etmiş, cavabdehə məhkəmə iclası barədə məlumatının olub-olmaması ilə əlaqədar telefonoqram göndərilən zaman cavabdeh məhkəmə iclası barədə məlumatının olduğunu, Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2021-ci il tarixli MAS-4188 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, “Khazar LX” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili X4 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqaviləyə 2 saylı əlavədən görünür ki, X5 “Khazar LX” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MAS-4188 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli MAS-4188 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklər X9 ötürülmüşdür. İş materillarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar LX” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil X9 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MAS-4188 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli MAS-4188 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklər X2 ötürülmüşdür. İş materillarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar LX” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MAS-4188 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli MAS-4188 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklər Cavabdeh ötürülmüşdür. İş materillarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar LX” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1379,62 manat gecikdirilmiş əsas, 453,26 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 272,05 manat dəbbə pulu olmaqla, cəmi 2104,93 manat borcu vardır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə X12 arasında lizinq müqaviləsi bağlanmışdır. “Öhdəliklərin ötürülməsi” müqavilələrə əsasən “Daxili lizinq” müqaviləsinin öhdəlikləri sırası ilə X9, X6 X2, X1 da Cavabdeh keçmişdir. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Tərəflər arasında bağlanmış “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyekitnə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bandinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan geçikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3% hesablamaqla cərimə ödəyir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istelak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. “Daxili lizinq” müqaviləsinin 10.5-ci bəndinə əsasən, lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanın bu müqavilə üzrə öhdəliklərin yerinə yetirməsindən, lizinq ödənişlərinin həyata keçirməkdən cərimələri, dəbbə pulunu ödəməkdən lizinq obyektinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanın tam həcmdə ödəməkdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8 maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-ci maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər, bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə dəbbə pulu (cərimə) borcu ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Mülki Məcəllənin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin müqavilədə nəzərdə tutulmuş müddətdə borcunu ödəyə bilməməsini, onun üzərində icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən cərimənin isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1379,62 manat əsas borca münasibətdə 272,05 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 1379,62 manat əsas borca mütanasib olaraq 70 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 2021-ci il buraxışlı, “Khazar LX” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-4188 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 1379,62 manat gecikdirilmiş əsas, 453,26 manat gecikdirilmiş mükafat və 70 manat dəbbə pulu, ümumilikdə 1902,88 (bir min doqquz yüz iki manat səksən səkkiz qəpik) manat borc və 100,4 (bir yüz manat qırx qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar