Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-639/2024 14.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 588 manat borcun, 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, iş materiallarına ərizəni imzalayan X2 "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi olmasına dair heç bir sübut əlavə edilməmişdir. Bundan əlavə iddia ərizəsi MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun olaraq tərtib edilməmiş, elektron iddia ərizəsinin mətninə sadəcə “xahiş etdi” hissəsi əlavə edilmiş, sübutların siyahısı göstərilməmiş, iş materillarına lizinq obyektinin alıcıya təhvil verilməsinə dair sənəd (təhvil-təslim aktı) əlavə edilməmişdir. Məhkəmənin əsaslandırması Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.2-ci maddəsinin tələbinə əsasən ərizə geri qaytarılmalıdır. Bununla yanaşı hesab edirəm ki, ərizə geri qaytarılarkən Azərbaycan Respublikası MPM-in 114-cü maddəsinə uyğun olaraq, kreditor tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da geri ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.2, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçı "xxxx" MMC-yə geri qaytarılsın. İddiaçı tərəfindən Azərbaycan Respubliksı Mərkəzi X3 Portalı vasitəsilə X1 hesabına xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənmiş 30 (otuz) manat dövlət rüsumu "xxxx" MMC -yə geri ödənilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-639/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-639/2024
14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver