Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-647/2022 04.10.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbinə” dair ddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək, BL201913 saylı xx.xx.2018-ci il tarixli Nisyə satış müqaviləsi üzrə İddiaçı MMC-yə yaranmış 427 (dörd yüz iyirmi yeddi) manat əsas borc 42.7 (qırx iki manat yetmiş qəpik) manat hesablanmış cərimə, ümumilikdə 469.7 (dörd yüz altmış doqquz manat yetmiş qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində Cavabdeh arasında İddiaçı MMC ilə BL201913 saylı xx.xx.2018-ci il tarixdə Nisyə satış müqaviləsi bağladığını, cavabdehin həmin müqavilənin 1 saylı əlavəsində göstərilən əşyaya görə 12 ay müddətinə hər ayın 1-dən gec olmamaqla 49 manat ödəməyi öhdəsinə götürdüyünü, lakin cavabdehin qeyd olunan müqavilənin öhdəliklərini lazımınca icra etmədiyini, aylıq ödənişləri vaxtında ödəməyərək bununlada müqavilə şərtlərini pozduğunu, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirmədiyini, borca dair arayışa əsasən Cavabdeh İddiaçı MMC-yə xx.xx.2018-ci il tarixinə yaranmış 427 (dörd yüz iyirmi yeddi) manat əsas borc 42.7 (qırx iki manat yetmiş qəpik) manat hesablanmış cərimə, ümumilikdə 469.7 (dörd yüz altmış doqquz manat yetmiş qəpik) manat borcu olduğunu qeyd edərək, BL201913 saylı xx.xx.2018-ci il tarixli Nisyə satış müqaviləsi üzrə İddiaçı MMC-yə xx.xx.2018-ci il tarixinə yaranmış 427 (dörd yüz iyirmi yeddi) manat əsas borc 42.7 (qırx iki manat yetmiş qəpik) manat hesablanmış cərimə, ümumilikdə 469.7 (dörd yüz altmış doqquz manat yetmiş qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən 06 sentyabr 2022-ci il tarixdə onun mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli, BL201913 saylı Nisyə satış müqaviləsinin surətindən görünür ki, həqiqətən Cavabdeh ilə İddiaçı MMC arasında müqavilə bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqaviləsinin 1.1-ci bəndinə əsasən, “Satıcı” qiyməti 577 (beş yüz yetmiş yeddi) AZN olan avadanlığı “Alıcıya” verməyi, “Alıcı” isə onu qəbul edib avadanlığın qiymətini “Satıcıya” ödəməyi öhdəsinə götürür. Həmin Müqaviləsinin 3.1 və 3.2-ci bəndlərinə əsasən “Alıcı” və “Satıcı” avadanlıqlara verilən zəmanət kitabçasının şərtlərinə uyğun məsuliyyət daşıyır və “Alıcı ödənişi gecikdirdiyi halda hər gün üçün gecikdirilən məbləğin 0.2%-i həcmində cərimə ödəyir. Həmin Müqavilənin 3.4 və 3.5-ci bəndlərinə əsasən “Alıcı” bu müqavilə üzrə götürdüyü öhdəliklərin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır və “Satıcı” bu müqavilənin şərtləri pozulduqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət edə bilər. İş materiallarına əlavə olunmuş Nisyə satış Müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə 577 (beş yüz yetmiş yeddi) manat məbləğində avadanlığa ilkin ödəniş ödəmədən həmin məbləği 12 ay müddətinə - xx.xx.2018 - xx.xx.2019 - cu il tarixlərində hər ay 49 manat, xx.xx.2019 - cu il tarixdə isə 38 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Borca dair arayışdan görünür ki, “Alıcı” Cavabdeh Nisyə satış Müqaviləsi üzrə 427 (dörd yüz iyirmi yeddi) manat əsas borc 42.7 (qırx iki manat yetmiş qəpik) manat hesablanmış cərimə, ümumilikdə 469.7 (dörd yüz altmış doqquz manat yetmiş qəpik) manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh borcunun ödənilməsi, ödəmədiyi təqdirdə borc məbləğinin, borcun gecikdirilməsi ilə bağlı ona hesablanmış cərimələrin və məhkəmə xərclərinin ödənilməsi barədə məhkəmədə iddia qaldıracaqları barədə xəbərdar etmiş, lakin cavabdeh öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, ********* nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar X1 vasitəsi ilə Dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabına 30 (otuz) manat rüsum ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli BL201913 saylı Nisyə satış Müqaviləsinin 1.1-ci bəndinə əsasən, “Satıcı” 577 (beş yüz yetmiş yeddi) AZN olan avadanlığı “Alıcıya” nisyə satmağı, “Alıcı” isə avadanlığı qəbul edib həmin məbləği 12 ay müddətinə - xx.xx.2018 - xx.xx.2019 - cu il tarixlərində hər ay 49 manat, xx.xx.2019 - cu il tarixdə isə 38 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu pul məbləğini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı Baku Electronics” MMC-yə əsas borc üzrə 427 (dörd yüz iyirmi yeddi) manat, hesablanmış cərimə borcu üzrə 42.7 (qırx iki manat yetmiş qəpik) manat olmaqla, ümumilikdə 469.7 (dörd yüz altmış doqquz manat yetmiş qəpik) manat borcu yaranmışdır. Ona görə də İddiaçı MMC belə bir tələb irəli sürməkdə haqlıdır və Cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq Baku Electronics” MMC -yə olan borcunu ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Alıcı” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Satıcı” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Satıcı” “Alıcı”ya qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh əsas borc üzrə 427 (dörd yüz iyirmi yeddi) manat, hesablanmış cəriməyə görə 42.7 (qırx iki manat yetmiş qəpik) manat olmaqla, ümumilikdə 469.7 (dörd yüz altmış doqquz manat yetmiş qəpik) manat pul alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, BL201913 saylı “Nisyə satış müqaviləsi”nə əsasən əsas borc üzrə 427 (dörd yüz iyirmi yeddi) manat, hesablanmış cəriməyə görə 42.7 (qırx iki manat yetmiş qəpik) manat, cəmi 469.7 (dörd yüz altmış doqquz manat yetmiş qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 499.7 (dörd yüz doxsan doqquz manat yetmiş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-647/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-647/2022
04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver