Məhkəmə qərarları › İş №e-2(110)-662/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-662/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-662/2022 08.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı (“ERA Electronics”-in) xeyrinə 800 (AZN) manat məbləğində əsas borcu və 30 (AZN) manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 830 (AZN) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsinin tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur; - 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxılarkən müəyyən edilmişdir ki, əvvəlcə də İddiaçı Cavabdeh qarşı “pul” tələbi ilə məhkəməyə müraciət etmiş, iddiaçı iddia ərizəsinin forma və məzmununa əməl etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Şərur Rayon Məhkəməsinin 2(110)-648/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Eyni zamanda həmin qərardadla iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumunun geri qaytarılması nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsində qeyd edilən nöqsanları qismən aradan qaldıraraq “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət etsədə, yenidən dövlət rüsumu olaraq xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzlə məhkəməyə müraciət etmişdir. Həmin qərardadla ödənilmiş dövlət rüsumunun geri qaytarılması nəzərdə tutulduğundan şikayət vermə müddəti bitdikdən sonra, ödənilmiş dövlət rüsumunun geri qaytarılması məqsədilə icra vərəqəsi çıxarılaraq icra edilməsi üçün aidiyyatı üzrə göndəriləcəyindən, xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş rüsum bu tələb üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi məhkəmə tərəfindən qəbul edilə bilməz. Buna görə də göstərilən səbəblərdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar