Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-691/2022 24.10.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 415 (dörd yüz on beş) manat sığorta ödənişi məbləğinin və 30.4 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun, cəmi 445.4 (dörd yüz qırx beş manat qırx qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsində “VAZ 21099 minik” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək PDS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası müqaviləsi” ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində siğortalandığını, müqavilənin qüvvədə olduğu müddət ərzində, xx.xx.2022-ci il saat 19:20-də Bakı şəhəri, Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verdiyini, hadisə zamanı X4 məxsus və etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunan “VAZ 21099 minik” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə X3 tərəfindən idarə olunan “Mercedes Benz E220 CDİ minik” markalı 90SR473 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğunu, nəticədə sonuncuya maddi ziyan dəydiyini, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri Sabunçu rayon, DYPŞ tərəfindən qəbul olunmuş İnzibati tənbeh vermə haqqında TP5007424 nömrəli qərara əsasən, yol-nəqliyyat hadisəsi ilə əlaqədar “VAZ 21099 minik” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.6-cı maddələri ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edildiyini, sözügedən siğorta hadisəsi ilə bağlı tərtib olunmuş “Dəymiş zərərin hesablanmasına dair akt”a əsasən “Mercedes Benz E220 CDİ minik” markalı 90SR473 dövlət qeydiyyat nişanlı avtomobilə 415 manat məbləğində maddi zərər dəydiyinin müəyyən edildiyini, Şirkət tərəfindən zərərçəkən X2 415 manat məbləğində siğorta ödənişi həyata keçirildiyini bildirərək Cavabdeh 415 (dörd yüz on beş) manat sığorta ödənişi məbləğinin və 30.4 manat (otuz manat qırx qəpik) dövlət rüsumunun, cəmi 445.4 manat (dörd yüz qırx beş manat qırx qəpik) məbləğində pul vəsaitinin tutulub iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icbari siğortası müqaviləsinin surətindən görünür ki, “VAZ 21099 minik” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək PDS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası müqaviləsi” ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində siğortalanmışdır. İş materiallarında olan Sabunçu DYPŞ-nin xx.xx.2022-ci il tarixli, İXP ******* seriyalı İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh yol hərəkəti qaydalarını pozduğuna və yol nəqliyyat hadisəsi yerindən yayındığına görə Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP5007424 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh yol hərəkəti qaydalarını pozduğuna və yol nəqliyyat hadisəsi yerindən yayındığına görə Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək 100 manat inzibati cərimə edilmişdir. İş materiallarında olan X1 Sabunçu RPİ DYPŞ-nin rəisinə ünvanladığı izahatının məzmunundan görünür ki, yol nəqliyyat hadisəsi baş verdiyi zaman Cavabdeh sığorta şirkətinə zəng etməsini dediyini, lakin onun bunu etmədiyini, polis əməkdaşlarının gəldiyini bildikdən sonra heç bir xəbərdarlıq etmədən öz avtomobilinə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. İş materiallarında olan Cavabdeh Sabunçu RPİ DYPŞ-nin rəisinə ünvanladığı izahatının məzmunundan görünür ki, etibarnamə əsasında idarə etdiyi avtomobillə Ramana Sovxoz yolunda hərəkətdə olarkən qarşı yola çıxaraq ötmə etmək istəyərkən qarşıdan gələn Mercedes markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu, hadisə yerində bir qədər söhbət etdikdən sonra tələsdiyi üçün hadisə yerini tərk etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən verilmiş AC N 052357 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E220 CDİ minik” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı minik avtomobili X2 məxsusdur. İş materiallarında olan “Dəymiş zərərin hesablanmasına dair akt”ın surətindən görünür ki, “Mercedes Benz E220 CDİ minik” markalı 90SR473 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 415 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Sığorta ödənişi ilə bağlı akt”ın surətindən görünür ki, "Azərsiğorta” DSKŞ tərəfindən X2 415 manat siğorta ödənişi edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli, 08/01-046 nömrəli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən zərərin aradan qaldırılması üçün ödədiyi 415 (dörd yüz on beş) manat sığorta ödənişi vəsaitini 5 gün müddətində Şirkətə ödəmədiyi təqdirdə Şirkət tərəfindən müvafiq məhkəməyə 415 (dörd yüz on beş) manat məbləğin ödənilməsi tələbi ilə müraciət olunacaq və iddia təmin olunduğu təqdirdə bu məbləğlə yanaşı məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş ********* nömrəli, xx.xx.2022-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi X4 məxsus və etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunan “VAZ 21099 minik” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək avtonəqliyyat vasitələrinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “VAZ 21099 minik” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobillə X3 tərəfindən idarə olunan “Mercedes Benz E220 CDİ minik” markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və Cavabdeh yol hərəkəti qaydalarını pozduğuna və yol nəqliyyat hadisəsi yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə təqsirli bilinərək, barəsində İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz E220 CDİ minik” markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın təmiri üçün çəkilmiş xərclər 415 (dörd yüz on beş) manat müəyyən edilmiş və həmin məbləğ Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X1 hesabına köçürülmüşdür. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh nəqliyyat hadisəsi yerindən yayındığına görə iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ona qarşı subroqasiya hüququ yaranmışdır. İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindən biri də sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır; - 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır; - 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; - 63.1- ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməs ni tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; - 936.4-cü maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; - 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlədən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin məbləğ sığortaçıya bu şərtlə keçir ki, o zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, Cavabdeh yol nəqliyyat hadisəsi yerini tərk etməsi iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin X7 şöbəsinin İXP seriyalı ******* nömrəli 05 may 2022-ci il tarixli inzibati xəta haqqında protokolu və 06 may 2022-ci il tarixli, TP seriyalı TP5007424 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı, eyni zamanda cavabdehin özünün Sabunçu RPİ DYPŞ-də verdiyi izahatı ilə sübut olunur. Belə ki, həmin sənədlərdən aydın olur ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyətə cəlb edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də, Cavabdeh subroqasiya qaydasında 415 (dörd yüz on beş) manat məbləğində verilmiş sığorta ödənişinin əvəzi alınaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, iddiaçı iddia tələbində “30.40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”ni tələb etsə də, iş materialında olan mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumu 0.40 manat xidmət haqqı ödəmişdir. İddiaçı yalnız dövlət rüsumunu tələb etdiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 415 (dörd yüz on beş) manat ödənilmiş sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 445 (dörd yüz qırx beş) manat məbləğində pul alınaraq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-691/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-691/2022
24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver