Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-702/2022 26.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət Cavabdeh 872 manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 31 manat, ümumilikdə 903 manat pulun onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsinin tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur; - 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxılarkən müəyyən edilmişdir ki, əvvəlcə də İddiaçı Cavabdeh qarşı “pul” tələbi ilə məhkəməyə müraciət etmiş, iddiaçı iddia ərizəsinin forma və məzmununa əməl etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Şərur Rayon Məhkəməsinin 2(110)-557/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Eyni zamanda həmin qərardadla iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat və xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumunun geri qaytarılması nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsində qeyd edilən nöqsanları qismən aradan qaldıraraq “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət etsədə, yenidən dövlət rüsumu olaraq xx.xx.2022-ci il tarixli ********* nömrəli və xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə məhkəməyə müraciət etmişdir. Həmin qərardadla ödənilmiş dövlət rüsumunun geri qaytarılması nəzərdə tutulduğundan şikayət vermə müddəti bitdikdən sonra, ödənilmiş dövlət rüsumunun geri qaytarılması məqsədilə xx.xx.2022-ci il tarixdə icra vərəqəsi çıxarılaraq icra edilməsi üçün aidiyyatı üzrə Şərur rayon İcra Və Probasiya şöbəsinə göndərilmişdir. Ona görə də xx.xx.2022-ci il tarixli ********* nömrəli və xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş rüsum bu tələb üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi məhkəmə tərəfindən qəbul edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, Şərur Rayon Məhkəməsinin 2(110)-557/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılarkən qərardadda iddiaçının iddia ərizəsinə cavabdehin rəsmi qeydə alındığı yerə dair hər hansı sübut (DİN MAPS arayışı və s.) əlavə etmədiyi, həmçinin cavabdehin rəsmi qeydə alındığı ünvanı natamam qeyd etməsi qeyd edilsə də, iddiaçı yenidən məhkəməyə müraciət edərkən həmin nöqsanları aradan qaldırmamışdır. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-702/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-702/2022
26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver