Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-729/2025 18.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi X1 İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı MMC xx.xx.2025-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, 73908 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 612 manat məbləğində pulun və 30,40 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və işin icraata qəbul edilməsi mümkün hesab edilmişdir. Lakin iş materiallarının tədqiqi zamanı məlum olmuşdur ki, tərəflər arasında imzalanmış 16 aprel 2023-cü il tarixli, 73908 nömrəli nisyə alqı-satqı müqaviləsinin 5.4-cü bəndinin ikinci abzasına əsasən, tərəflər müqavilənin icrası ilə bağlı yaranmış mübahisələrin qarşılıqlı razılıqla həll edilməsinə, qarşılıqlı razılıqla həll olunmayan hallarda isə həmin mübahisələrin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə uyğun olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində həll edilməsinə dair razılığa gəlmişlər. Məhz elə bu baxımdan da məhkəmə hesab edir ki, hazırki mülki işə Şərur Rayon Məhkəməsində baxıla bilməz, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Çünki tərəflər sözügedən müqavilədə qarşılıqlı razılıqla həll edilməyən mübahisələrin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən yəni, seçim aidiyyatı qaydaları əsasında Bakı şəhər Suraxanı Rayon Məhkəməsində həlli ilə bağlı razılığa gəlmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. -40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. -40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. -40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. -40.4-cü maddəsinə əsasən mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. - 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. -45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. -45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda qeyd olunanlara və qanunvericiliyin müvafiq müddəalarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddia tələbi ilə bağlı müstəsna aidiyyət qaydaları nəzərdə tutulmadığından, o cümlədən iş Şərur Rayon Məhkəməsində ərazi aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyindən İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35, 40, 44, 45, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbinə dair” mülki iş materialları baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №e-2(110)-729/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-729/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver