Məhkəmə qərarları › İş №e-2(110)-735/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-735/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-735/2022 10.11.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 428.9 manat əsas, 64.3 manat cərimə borcu olmaqla, cəmi 493.2 manat, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 179.9 manat əsas, 26.9 manat cərimə borcu olmaqla, cəmi 206.8 manat, iki müqavilə üzrə olan borcu 608.8 manat əsas, 91.2 manat cərimə, cəmi 700 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Samsung” markalı mobil telefon, “Xiaomi” markalı naqilsiz qulaqcığa görə 15 ay ödəniş cədvəli üzrə hər ay 31 manat olmaqla cəmi 459.9 manat, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Edifier” markalı səsucaldıcıya görə 12 ay ödəniş cədvəli üzrə hər ay 15 manat olmaqla cəmi 179.9 manat ümumlikdə iki müqavilə üzrə 639.8 manat ödəməyi öhdəsinə götürdüyünü, lakin cavabdehin müqavilənin şərtlərini pozaraq sonuncu dəfə xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 31 manat, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə ümumiyyətlə heç bir ödəniş etmədiyini, iki müqavilə üzrə qalıq qalmış 608.8 manat borcu qaytarmadığını, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclunun borcu ödəməkdən boyun qaçırdığını, nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablandığını və alıcı tərəfindən satıcıya ödənildiyini, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcunun 912 manat təşkil etdiyini, cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarının 912 manat təşkil etdiyi halda humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-nin tərəflərindən güzəşt edildiyini və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i yəni 91.2 manatın "xxxx" MMC-yə ödənilməli olduğunu qeyd edərək, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 428.9 manat əsas, 64.3 manat cərimə borcu olmaqla, cəmi 493.2 manat, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 179.9 manat əsas, 26.9 manat cərimə borcu olmaqla, cəmi 206.8 manat, iki müqavilə üzrə olan borcu 608.8 manat əsas, 91.2 manat cərimə, cəmi 700 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair Cavabdeh ünvanına göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, həqiqətən də Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinin 1-ci bəndinə əsasən, “Satıcı”nın 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) “Alıcı”ya müəyyən müddətə nisyə satılaraq verməsi, “Alıcı”nın isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul edilməsi, habelə borcunu “Satıcı”ya ödənilməsinə dair öhdəlik götürmüşdür. Həmin Müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə özərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, Cavabdeh ümumi dəyəri 459.98 manat olan “Samsung” A037 WHİTE 64 GB model mobil telefon, “Xiaomi” Wıreless model naqilsiz qulaqcıq üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 15 ay müddətinə aylıq 31 manat ödəmək şərtilə "xxxx" MMC-dən nisyə almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, gecikdirilən aylıq borc məbləğinə görə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan Ödəniş cədvəlinə əsasən “Alıcı” - Cavabdeh “Samsung” A037 WHİTE 64 GB model mobil telefon, “Xiaomi” Wıreless naqilsiz qulaqcıq üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 15 ay müddətinə - xx.xx.2022 – xx.xx.2023-cü il tarixlərdə hər ay 31 manat, xx.xx.2023-cü il tarixdə isə 25.98 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdehnın "xxxx" MMC-yə 428.9 manat əsas, 643 manat cərimə borcu olmaqla, cəmi 1071.90 manat borcu qalmışdır. İş materiallarından görünür ki, həqiqətən Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinin 1-ci bəndinə əsasən, “Satıcı”nın 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) “Alıcı”ya müəyyən müddətə nisyə satılaraq verməsi, “Alıcı”nın isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul edilməsi, habelə borcunu “Satıcı”ya ödənilməsinə dair öhdəlik götürmüşdür. Həmin Müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə özərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, Cavabdeh ümumi dəyəri 179.99 manat olan “Edifier” markalı səsucaldıcı üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 12 ay müddətinə aylıq 15 manat ödəmək şərtilə "xxxx" MMC-dən nisyə almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, gecikdirilən aylıq borc məbləğinə görə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan Ödəniş cədvəlinə əsasən “Alıcı” - Cavabdeh “Edifier” markalı səsucaldıcı üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 12 ay müddətinə - xx.xx.2022 – xx.xx.2023-cü il tarixlərdə hər ay 15 manat, xx.xx.2023-cü il tarixdə isə 14.99 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdehnın "xxxx" MMC-yə 179.9 manat əsas, 269 manat cərimə borcu olmaqla, cəmi 448.90 manat borcu qalmışdır İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı Xəbərdarlıq məktubundan görünür ki, Alıcıya əsas və cərimə borcunu ödəməyəcəyi təqdirdə qanunvericiliyə uyğun olaraq məhkəmə qarşısında iddia qaldıracaqları barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ********* nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabina 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən “Alıcı” aldığı “Samsung” A037 WHİTE 64 GB model telefon, “Xiaomi” Wıreless model naqilsiz qulaqcığa görə 15 ay ödəniş 15 ay müddətinə - xx.xx.2022 – xx.xx.2023-cü il tarixlərdə hər ay 31 manat, xx.xx.2023-cü il tarixdə isə 25.98 manat, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Edifier” markalı səsucaldıcıya görə 12 ay ödəniş 12 ay müddətinə - xx.xx.2022- xx.xx.2023-cü il tarixlərdə hər ay 15 manat, xx.xx.2023-cü il tarixdə isə 14.99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Alıcı” hər iki müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməmişdir. Həmçinin iş üzrə tərəflər arasında bağlanmış hər iki Müqavilənin 1 nömrəli Əlavələrinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəli hesablanmış 1 faizi (minimum 50 qəpik) dəbbə hesablanaraq “Alıcı” tərəfindən “Satıcı”ya ödənilməsi müəyyən edilmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, “Satıcı” “Alıcıdan” hər iki müqavilə üzrə 608.8 manat əsas, 91.2 manat cərimə, cəmi 700 manat borcun tutularaq ona ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Beləliklə də məhkəmə hesab edir ki, "xxxx" MMC belə bir tələb irəli sürməkdə haqlı olmuş və Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" MMC-yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Alıcı” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Satıcı” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Satıcı” “Alıcı”ya qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 428.9 manat əsas borc, 64.3 manat cərimə, cəmi 493.2 manat, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 179.9 manat əsas borc, 26.9 manat cərimə, cəmi 206.8 manat borc olmaqla, ümumilikdə 700 manat pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 428.9 manat əsas borc, 64.3 manat cərimə, cəmi 493.2 manat, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 179.9 manat əsas borc, 26.9 manat cərimə, cəmi 206.8 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 730 (yeddi yüz otuz) manat pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar