Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-744/2025 18.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, 76811 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 649 manat məbləğində pulun və 30,40 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmə tərəfindən işin icraata götürülməsi mümkün hesab edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 02 avqust 2023-cü il tarixli 76811 nömrəli Nisyə alqı-satqı müqaviləsinin tərəflər arasında razılaşdırılmış 5.4-cü bəndinin 2-ci abzasında nəzərdə tutulmuşdur ki, bu müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsine əsasən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə müraciət edilməklə həll edilir. Məhz bu baxımdan məhkəmə bu qənaətə gəlir ki, hazırki mülki işə Şərur Rayon Məhkəməsində baxıla bilməz, çünki tərəflər sözügedən müqavilədə qarşılıqlı razılıqla həll edilməyən mübahisələrin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən yəni, seçim aidiyyatı qaydaları əsasında mübahisələrə Bakı şəhər Suraxanı rayon Məhkəməsində baxılması barədə razılığa gəlmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər; - 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; - 40.2. Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır; - 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir; -45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər; -45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35, 44, 45, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbinə dair” mülki iş materialları baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №e-2(110)-744/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-744/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver