Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-756/2022 06.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı MMC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********92899 olan X2 9 markalı üçün 266,1 manat (iki yüz altmış altı manat, on qəpik) ödənilməmiş hissə, 75,9 manat (yetmiş beş manat, doxsan qəpik) dəbbə pulu, xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********92070 olan X2 8 markalı telefon üçün 495 (dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 148,5 manat (yüz qırx səkkiz manat, əlli qəpik) dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Apple Airpods markalı qulaqlıq üçün 408 (dörd yüz səkkiz) manat ödənilməmiş hissə, 122,4 manat (yüz iyirmi iki manat, qırx qəpik) dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********28198 olan Samsung GalaxyA30s markalı telefon üçün 339 (üç yüz otuz doqquz) manat ödənilməmiş hissə, 102,6 manat (yüz iki manat, altmş qəpik) dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu**********85154 olan iPhone 11 Pro markalı telefon üçün 3627,6 manat (üç min altı yüz iyirmi yeddi manat, altmış qəpik) ödənilməmiş hissə, 1087,2 manat (min səksən yeddi manat, iyirmi qəpik) dəbbə pulu, Cavabdeh2 xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Philips markalı fen ütü üçün 94,2 manat (doxsan dörd manat, iyirmi qəpik) ödənilməmiş hissə, 28,2 manat (iyirmi səkkiz manat, iyirmi qəpik) dəbbə pulu və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Panasonic markalı epilyator üçün 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə, 43,3 manat (qırx üç manat, otuz qəpik) dəbbə pulu, ümumilikdə 6982 manat borc və 89.82 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarilmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi borclu Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən cavabdehin İMEİ Kodu **********92899 olan X2 9 markalı telefon, İMEİ Kodu **********92070 olan X2 8 markalı telefon, Apple Airpods markalı qulaqlıq, İMEİ kodu **********28198 olan Samsung GalaxyA30s markalı telefon, İMEİ Kodu **********85154 olan iPhone 11 Pro markalı telefon, Philips markalı fen ütü və Panasonic markalı epilyator aldığını, cəmi 1063,9 manat məbləğində ödəniş etdiyini, müqavilənin təminatı olaraq xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə görə Vəliyev X1 Məmməd Vaqif oğlu ilə birgə məsuliyyət daşıdığını, cavabdehlər üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, borcun qaytarılması ilə bağlı onlara rəsmi xəbərdarlıq göndərilməsinə baxmayaraq heç bir nəticə əldə olunmadığını, bunun üçün də məhkəməyə müraciət olunduğunu bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, iddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddianı müdafiə etdiklərini, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə bildirişinin çatıbçatmaması ilə bağlı telefonoqram göndərən zaman cavabdeh məhkəmə iclası barədə məlumatının olduğunu, Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qismən qəbul etdiyini, iddiaçı ilə razılıq əldə edəcəyini bildirdi. Cavabdehlər məhkəmə iclasında heç bir üzürlü səbəb göstərmədən iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli 20065746 nömrəli, xx.xx.2019-cu il tarixli 01116221 nömrəli, xx.xx.2019-cu il 00997999 nömrəli və xx.xx.2020-ci il tarixli 20334422 nömrəli, xx.xx.2020-ci tarixli 20311358 və 20311462 nömrəli alqı-satqı müqavilələrindən görünür ki, İMEİ Kodu **********92899 olan X2 9 markalı telefon, İMEİ Kodu **********92070 olan X2 8 markalı telefon, Apple Airpods markalı qulaqlıq , İMEİ kodu **********28198 olan Samsung GalaxyA30s markalı telefon, İMEİ Kodu**********85154 olan iPhone 11 Pro markalı telefon, Philips markalı fen ütü və Panasonic markalı epilyator Cavabdeh2 satılmış, müştəri isə hər ay alqı-satqı müqaviləsi üzrə ödənilməli olan məbləği qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli 20065746 nömrəli, xx.xx.2019-cu il tarixli 01116221 nömrəli, xx.xx.2019-cu il 00997999 nömrəli və xx.xx.2020-ci il tarixli 20334422 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 zamin qismində çıxış etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, İMEİ Kodu **********92899 olan X2 9 markalı telefon, İMEİ Kodu **********92070 olan X2 8 markalı telefon, Apple Airpods markalı qulaqlıq , İMEİ kodu **********28198 olan Samsung GalaxyA30s markalı telefon, İMEİ Kodu**********85154 olan iPhone 11 Pro markalı telefon, Philips markalı fen ütü və Panasonic markalı epilyator qüsursuz halda Cavabdeh2 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 bütün müqavilələr üzrə borcunun qalığı cəmi 5373,9 manat ödənilməmiş hissə, 1608,1 manat dəbbə pulu olmaqla, ümumilikdə 6982 manat borcu yaranmışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlə iddiaçı arasında alqı-satqı müqavilələri bağlanmış və cavabdeh müqavilədən əmələ gələn öhdəliyini icra etmədiyi üçün onun iddiaçıya alqı-satqı müqavilələri üzrə cəmi 5373,9 manat ödənilməmiş hissə, 1608,1 manat dəbbə pulu olmaqla, ümumilikdə 6982 manat borcu yaranmışdır. Həmin müqavilələrdən 5 müqavilə üzrə zaminlik müqavilələri bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (alqı-satqı müqaviləsi, təhvil aktı, maliyyə arayışı və.s) sübuta yetirmişdir. Cavabdehlər isə müqavilələr üzrə öhdəliyin icrasına dair heç bir sənədi (qəbzi) məhkəməyə təqdim etməmişdir. Alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində cavabdeh mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh iddiaçıya müqavilə üzrə borcun tam ödənildiyini təsdiq edən sübutları (ödəniş qəbzlərini) məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. İş materiallarında olan müqavilələrdən də göründüyü kimi bağlanmış 7 alqı-satqı müqaviləsindən 5 alqı-satqı müqaviləsi üzrə zaminlik müqavilələri bağlanmış, Cavabdeh1 zamin qismində çıxış etmişdir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 472.2-ci maddəsinnə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin müqavilədə nəzərdə tutulmuş müddətdə borcunu ödəyə bilməməsini, onun üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən cərimənin isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq əsas borca mütənasib olaraq müəyyən edilməlidir. Məhkəmə tərəfindən iddiaçının tələbinin qismən təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Şərur rayonu Cəlilkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh2 və ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh1 cəmi 5135,7 manat ödənilməmiş hissə, 513 manat dəbbə pulu olmaqla, ümumilikdə 5648,7 manat (beş min altı yüz qırx səkkiz manat yetmiş qəpik) və 72,67 (yetmiş iki manat altmış yeddi qəpik) manat dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı MMC-nin hesabına köçürülsün. Şərur rayonu Cəlilkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh2 238,2 manat ödənilməmiş hissə, 23 manat dəbbə pulu olmaqla, ümumilikdə 261,2 manat (iki yüz altmış bir manat iyirmi qəpik qəpik) və 3,36 (üç manat otuz altı qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-756/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-756/2022
06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver