Məhkəmə qərarları › İş №e-2(110)-764/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-764/2022

18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-764/2022 18.11.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********41611 olan X3 7 markalı telefon üçün 260 (iki yüz altmış) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Headphones qulaqlıq üçün 253 (iki yüz əlli üç) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2 ədəd Smart Segway üçün 750 (yeddi yüz əlli) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat cərimə olmaqla ümumilikdə 1388 (bir min üç yüz səksən səkkiz) manat borc və 33.88 manat (otuz üç manat səksən səkkiz qəpik) dövlət rüsumu Cavabdeh alınaraq ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində cavabdehin ”ABC Telecom” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ Kodu **********41611 olan X3 7 markalı telefon, Headphones qulaqlıq və 2 ədəd Smart Segway aldığını və nəticədə 1388 (bir min üç yüz səksən səkkiz) manat borc yarandığını, cavabdehin müqavilələrin şərtlərini pozduğunu və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 736 (yeddi yüz otuz altı) manat olan (16 ay x 46 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********41611 olan X3 7 markalı telefon üçün ümumilikdə 285 (iki yüz səksən beş) manat olmaqla, ondan 260 (iki yüz altmış) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 365.4 manat (üç yüz altmış beş manat qırx qəpik) olan (18 ay x 20.3 manat + 0 manat ilkin ödəniş) Headphones qulaqlıq üçün ümumilikdə 278 (iki yüz yetmiş səkkiz) manat olmaqla, ondan 253 (iki yüz əlli üç) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 914.4 manat (doqquz yüz on dörd manat qırx qəpik) olan (12 ay x 76.2 manat + 0 manat ilkin ödəniş) 2 ədəd Smart Segway üçün ümumilikdə 825 (səkkiz yüz iyirmi beş) manat olmaqla, ondan 750 (yeddi yüz əlli) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat cərimə pulu borcu yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 752.8 manat (yeddi yüz əlli iki manat səksən qəpik) təşkil etdiyini, cavabdehlə aralarında bağlanmış xx.xx.2019cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü, cavabdehlə aralarında olan telefon danışığı həmçinin göndərilən xx.xx.2022-ci il xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də qarşı tərəfin müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etmədiyini, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödədiyini, tələblərinin əsaslığının və əmlakın dəyərini sübut edən sənədlərin tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarət olduğunu qeyd edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********41611 olan X3 7 markalı telefon üçün 260 (iki yüz altmış) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Headphones qulaqlıq üçün 253 (iki yüz əlli üç) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2 ədəd Smart Segway üçün 750 (yeddi yüz əlli) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat cərimə olmaqla ümumilikdə 1388 (bir min üç yüz səksən səkkiz) manat borc və 33.88 manat (otuz üç manat səksən səkkiz qəpik) dövlət rüsumu Cavabdeh alınaraq ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh ilə (Müştəri) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00831548 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya - 2 il yeni qızıl zəmanətli, İMEİ Kodu **********41611 olan X3 7 4GB/64GB model mobil telefondur. Tərəflər arasında bağlanmış, xx.xx.2019-cu il tarixli, 00831548 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 736 (yeddi yüz otuz altı) manat olan İMEİ Kodu **********41611 olan X3 7 4GB/64GB model mobil telefon üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 16 (on altı) ay müddətinə ayda 46 (qırx altı) manat ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh İMEİ Kodu **********41611 olan X3 7 4GB/64GB model mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh ilə (Müştəri) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20062734 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, “ABC Telecom“ özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya - Headphones JBL Free X BT Wtite model qulaqlıqdır. Tərəflər arasında bağlanmış, xx.xx.2020-ci il tarixli, 20062734 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 365.4 (üç yüz altmış beş manat qırx qəpik) manat olan Headphones JBL Free X BT Wtite model qulaqlıq üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 18 (on səkkiz) ay müddətinə ayda 20.3 (iyirmi manat otuz qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Quliyev X1 JBL Free X BT Wtite model qulaqlığı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh ilə (Müştəri) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20337375 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, “ABC Telecom“ özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya - 2 ədəd Smart Segwaydir. Tərəflər arasında bağlanmış, xx.xx.2020-ci il tarixli, 20337375 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı ümumi dəyəri 914.4 (doqquz yüz on dörd manat qırx qəpik) manat olan 2 ədəd Smart Segway üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 12 (on iki) ay müddətinə ayda 76.2 (yetmiş altı manat iyirmi qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh tərəfindən 2 ədəd Smart Segway tam qüsursuz halda təhvil alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin cəmiyyətə olan borcu xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 260 (iki yüz altmış) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 253 (iki yüz əlli üç) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 750 (yeddi yüz əlli) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat cərimə olmaqla, ümumilikdə 1388 (bir min üç yüz səksən səkkiz) manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, xx.xx.2022-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 33.88 (otuz üç manat səksən səkkiz qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, mövcud müqavilənn 3.11-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozduğu üçün yuxarıda göstərilən malları "xxxx" MC-yə tam saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu zaman qaytarılan malın birtərəfli qaydada şirkət tərəfindən qiymətləndiriləcəyi, bu mümkün olmadıqda malın müqaviləyə əlavədə qeyd olunmuş dəyərinin tərəfindən tam şəkildə ödənilməsi, odur ki tərəfindən hazırki xəbərdarlıqdan irəli gələn öhdəliklərinicrası ilə əlaqədar çağırışa 3 (üç) gün ərzində riayət olunmadığı təqdirdə Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflərindən aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00831548 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMCdən alış qiyməti 736 (yeddi yüz otuz altı) manat olan İMEİ Kodu **********41611 olan X3 7 4GB/64GB model mobil telefon üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 16 (on altı) ay müddətinə ayda 46 (qırx altı) ödəməyi; xx.xx.2020-ci il tarixli, 20062734 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən alış qiyməti 365.4 manat (üç yüz altmış beş manat qırx qəpik) olan Headphones JBL Free X BT Wtite model qulaqlıq üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 18 (on səkkiz) ay müddətinə ayda 20.3 (iyirmi manat otuz qəpik) manat ödəməyi; xx.xx.2020-ci il tarixli, 20337375 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən ümumi qiyməti 914.4 (doqquz yüz on dörd manat qırx qəpik) manat olan 2 ədəd Smart Segway üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 12 (on iki) ay müddətinə ayda 76.2 (yetmiş altı manat iyirmi qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək cəmi 752.8 (yeddi yüz əlli iki manat səksən qəpik) manat ödəniş etmişdir. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. İş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin iddiaçıya xx.xx.2019cu il tarixli müqaviləyə əsasən 260 (iki yüz altmış) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 253 (iki yüz əlli üç) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 750 (yeddi yüz əlli) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat cərimə olmaqla, ümumilikdə 1388 (bir min üç yüz səksən səkkiz) manat borcu müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC belə bir tələb irəli sürməkdə haqlı olmuş və Müştəri Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" MMC-yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; “ - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,“kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “ABC” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “ABC” “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 00831548 saylı Müqaviləyə əsasən İMEİ Kodu **********41611 olan X3 7 model mobil telefon üçün 260 (iki yüz altmış) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2020-ci il tarixli, 20062734 müqaviləyə əsasən Headphones qulaqlıq üçün 253 (iki yüz əlli üç) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2020-ci il tarixli, 20337375 saylı müqaviləyə əsasən 2 ədəd Smart Segway üçün 750 (yeddi yüz əlli) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat cərimə olmaqla ümumilikdə 1388 (bir min üç yüz səksən səkkiz) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 33.88 (otuz üç manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun əvəzidə də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 00831548 saylı Müqaviləyə əsasən İMEİ Kodu **********41611 olan X3 7 markalı mobil telefon üçün 260 (iki yüz altmış) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2020-ci il tarixli, 20062734 müqaviləyə əsasən Headphones qulaqlıq üçün 253 (iki yüz əlli üç) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2020-ci il tarixli, 20337375 saylı müqaviləyə əsasən 2 ədəd Smart Segway üçün 750 (yeddi yüz əlli) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat cərimə, cəmi 1388 (bir min üç yüz səksən səkkiz) manat borc və 33.88 (otuz üç manat səksən səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1421.88 (bir min dörd yüz iyirmi bir manat səksən səkkiz qəpik) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin . Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar