Məhkəmə qərarları › İş №e-2(110)-778/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-778/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-778/2023 24.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1564 (min beş yüz altmış dörd) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 36,10 (otuz altı manat, on qəpik) manat dövlət rüsumu, ümumilikdə 1600,10 (min altı yüz manat, on qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, ** TF *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, B.Çobanzadə küçəsi ilə hərəkət edən zaman manevretmə qaydasını pozduğunu, nəticədə, “Hyundai Grandeur” markalı, ** LG *** dövlət nömrə nişanlı avtomobilə zərər vurduğunu, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, TP4552336 saylı qərarla “Toyota Prius” markalı, ** TF *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində (manevretmə qaydasının pozulması, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirkar şəxs olduğu müəyyən edildiyini, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Grandeur” markalı ** LG *** dövlət nömrə nişanlı avtomobilə 1914 (min doqquz yüz on dörd) manat maddi zərər dəydiyini, PME********** saylı sığorta şəhadətnaməsinə və İAS211050 saylı, xx.xx.2021-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 1914 (min doqquz yüz on dörd) manat məbləğində sığorta ödənişi həyata keçirildiyini, sığorta ödənişinin subroqasiya qaydasında geri alınması ilə bağlı "xxxx" ASC-nin əməkdaşları tərəfindən Cavabdeh ilə əlaqə yaradıldığını, bundan sonra onun tərəfindən müxtəlif vaxtlarda, ümumilikdə şirkətimizə 350 (üç yüz əlli) manat məbləğində ödəniş həyata keçirildiyini, şəxs tərəfindən son ödəniş xx.xx.2022-ci il tarixində həyata keçirildiyini və bundan sonra onun tərəfindən heç bir ödəniş olunmadığını, əməkdaşlarımız tərəfindən qalan ödənişlə bağlı Cavabdeh ilə əlaqə yaradıldığını və onun, ödəyəcəyini vəd etdiyini, lakin heç bir ödəniş həyata keçirmədiyini, daha sonra əməkdaşlarımız yenidən onunla əlaqə saxlamağa çalışsada, onun telefon zənglərinə cavab vermədiyini, qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı “Toyota Prius” markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan yəni, idarəetmə hüququ olmadan idarə etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli PME********** nömrəli icbari sığortası müqaviləsinin surətindən görünür ki “Toyota Prius” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarında olan İAS211050 saylı, xx.xx.2021-ci il tarixli sığorta ödənişi aktından görünür ki, Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobillə X3 idarə etdiyi “Hyundai Grandeur” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri B.Çobanzadə küçəsində toqquşmuş, sonuncuya 1914 manat maddi ziyan dəymiş və həmin ziyan Meqa Sığorta» ASC tərəfindən X1 yolu ilə ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri DYPİ-nin YNH inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Naxçıvan MR DYPX-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, TP4552336 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək 40 manat inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Qüsur akt”ın surətindən görünür ki, “Hyundai Grandeur” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ehtiyyat hissərə görə 1334 manat, ümumi xidmət haqqı 580 manat olmaqla, cəmi 1914 manat xərc çəkilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 008069 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 bank hesabına 1914 manat köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Grandeur” markalı ** LG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri Nizami rayonu, M.Əliyev küçəsi, ev 3C qeydiyyatda olan X4 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri Xətai rayonu, Babək, ev 78 qeydiyyatda olan X2 məxsusdur. İş materiallarında olan etibarnamədən görünür ki, Cavabdeh “Toyota Prius” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, “Meqa Sığorta” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 35.70 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi Toyota Prius” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. PME********** nömrəli sığorta aktından görünür ki, Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobillə X3 idarə etdiyi “Hyundai Grandeur” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri B.Çobanzadə küçəsində toqquşmuş və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci 332.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı “Hyundai Grandeur” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın təmiri üçün çəkilmiş xərclər 1914 manat müəyyən edilmişdir. "xxxx" ASC həmin məbləğin ödəməsi təmin edilmişdir. İş materialında olan sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. Buna görə də, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan icbari Sığortaların əsas prinsiplərindən biri də Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır; - 23.1.6-cı maddəsinə əsasən Sığortaçının Sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır; - 25.1.3-cü maddəsinə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. - 63.1- ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla,“avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari Sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da Sığorta ödənişi vermiş Sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş Sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməs ni tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan“şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir; - 936.4-cü maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq Sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış Sığortaçıya, həmçinin“dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; - 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlədən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin məbləğ Sığortaçıya bu şərtlə keçir ki, o zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,“kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, cavabdeh X5 avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı Sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də, cavabdeh Meqa oğlundan subroqasiya qaydasında iddia tələbi üzrə 1564 (min beş yüz altmış dörd) manat məbləğində verilmiş Sığorta ödənişinin əvəzi alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 35.70 (otuz beş manat, yetmiş qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, ümumilikdə 36.10 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1564 (min beş yüz altmış dörd) manat sığorta ödənişi və 35.70 (otuz beş manat, yetmiş qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, cəmi 1600.10 (min altı yüz manat, on qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar