Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-789/2025 23.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlu İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsindən irəli gələn borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2025-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 02117707 saylı müqaviləyə əsasən, AUX kondisioner üçün 1882,5 (min səkkiz yüz səksən iki manat, 50 qəpik) manat ödənilməmiş hissə, 188,25 (yüz səksən səkkiz manat, 25 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli 03737379 saylı müqaviləyə əsasən, İMEİ KODU **********05941 SAMSUNG GALAXY A15 markalı telefon üçün 200,24 (iki yüz manat, 24 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 20,02 (iyirmi manat, 02 qəpik) manat cərimə ümumilikdə 2314,61 manat borc, 43,15 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən AUX markalı kondisioner, İMEİ KODU **********05941 SAMSUNG GALAXY A15 markalı telefon almış və nəticədə 2314,61 (iki min üç yüz on dörd manat, 61 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2320 (iki min üç yüz iyirmi) manat (18 ay x 117,5 manat + 205 manat ilkin ödəniş) olan AUX kondisionerüçün ümumilikdə, 2070,75 (iki min yetmiş manat, 75 qəpik) manat olmaqla ondan, 1882,5 (min səkkiz yüz səksən iki manat, 50 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 188,25 (yüz səksən səkkiz manat, 25 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 400,8 (dörd yüz manat, 80 qəpik) manat (12 ay x 33,4 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********05941 SAMSUNG GALAXY A15 markalı telefon üçün ümumilikdə, 243,86 (iki yüz qırx üç manat, 86 qəpik) manat olmaqla ondan, 200,24 (iki yüz manat, 24 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 20,02 (iyirmi manat, 02 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Fiziki şəxs Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli 02117707 saylı və xx.xx.2024-cü il tarixli 03737379 saylı mal satınalması müqaviləsindən, həmçinin həmin müqavilələrin ayrılmaz hissəsi olan təhvil-təslim aktlarından məlum olur ki, alıcı xx.xx.2024-cü il tarixli 02117707 saylı müqaviləyə əsasən dəyəri 2320 (iki min üç yüz iyirmi) manat olan 2450 manat olan AUX kondisionerin dəyərinin 205 manatını ilkin ödəniş ödəyərək, qalan məbləği müqavilənin 1 saylı əlavəsində yer alan ödəniş cədvəlinə əsasən (18 ay x 117,5 manat), xx.xx.2024-cü il tarixli 03737379 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 400,80 (dörd yüz manat, 80 qəpik) manat (12 ay x 33,4 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********05941 SAMSUNG GALAXY A15 markalı telefon üçün ümumilikdə, 243,86 (iki yüz qırx üç manat, 86 qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü maddəsinə kredit ödənişinin gecikdilməsi halında alıcı satıcıya hər gecikdirilən gün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməlidir. İddiaçının ərizəsindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 02117707 saylı Nisyə mal satınalması müqaviləsi üzrə 1882,5 (min səkkiz yüz səksən iki manat, 50 qəpik) manat ödənilməmiş hissə, 188,25 (yüz səksən səkkiz manat, 25 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli 03737379 saylı Nisyə mal satınalması müqaviləsi üzrə 200,24 (iki yüz manat, 24 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 20,02 (iyirmi manat, 02 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 2314,61 manat borcu vardır. 26 mart 2025-ci il tarixli xəbərnamədən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 02117707 saylı və xx.xx.2024-cü il tarixli 03737379 saylı mal satınalması müqavilə üzrə borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh müqavilələri üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etmədiyindən iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır. Eyni zamanda cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliyin icrasını gecikdirdiyindən iddiaçının cərimə tələbi olarsa (dəbbə pulu) tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Ona görə də hesablanmış 188.25 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 18 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixli 02117707 saylı mal satınalması müqaviləsi üzrə 1882,5 (min səkkiz yüz səksən iki manat, 50 qəpik) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə, xx.xx.2024-cü il tarixli 03737379 saylı Nisyə mal satınalması müqaviləsi üzrə 200,24 (iki yüz manat, 24 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 20,02 (iyirmi manat, 02 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 2126,36 (iki min bir yüz iyirmi altı manat otuz altı qəpik) manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 43.15 (qırx üç manat on beş qəpik) manat dövlət rüsumunun 3.50 (üç manat əlli qəpik) manatı iddiaçıya aid edilməli, qalan 39.60 (otuz doqquz manat əlli qəpik) manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 02117707 saylı mal satınalması müqaviləsi üzrə 1882,5 (min səkkiz yüz səksən iki manat, 50 qəpik) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə, xx.xx.2024-cü il tarixli 03737379 saylı mal satınalması müqaviləsi üzrə 200,24 (iki yüz manat, 24 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 20,02 (iyirmi manat, 02 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 2126,36 (iki min bir yüz iyirmi altı manat otuz altı qəpik) manat borc və 39.60 (otuz doqquz manat altmış qəpik) manat ödənilmiş dövlət rüsümu tutularaq İddiaçınə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Şərur Rаyоn Məhkəməsi vаsitəsilə Naxçıvan MR Ali Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №e-2(110)-789/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-789/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver