Məhkəmə qərarları › İş №e-2(110)-792/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-792/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-792/2024 20.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X1 qarşı “pul tələbinə dair” iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********82077 İPHONE 14 PRO markalı telefon, APPLE ADAPTER üçün 3548.88 (üç min beş yüz qırx səkkiz manat səksəsn səkkiz qəp) manat ödənilməmiş hissə, 650.12 (altı yüz əlli manat on iki qəp) manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********21098 İPHONE 14 PRO MAX markalı telefon üçün 4064.94 (dör dmin altmış dörd manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 742.06 (yeddi yüz ıqrx iki manat altı qəpik) manat dəbbə 2. Ümumilikdə 9006 manat borc, 110.06 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il və tarixli müqavilələrə əsasən, İmei kod **********82077 İPHONE 14 PRO markalı telefon, APPLE ADAPTER, İmei kod **********21098 İPHONE 14 PRO MAX markalı telefon almış və nəticədə 9006 (doqquz min altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3548.88 (üç min beş yüz qırx səkkiz manat səksən səkkiz qəp) manat (18 ay 197.16 manat + 0 manat ilkin ödəniş) İmei kod **********82077 İPHONE 14 PRO markalı telefon, APPLE ADAPTER üçün ümumilikdə, 4199 (dörd min yüz doxsan doqquz) manat olmaqla ondan 3548.88 (üç min beş yüz ıqrx səkkiz manat səksəsn səkkiz qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 650.12 (altı yüz əlli manat on iki qəp) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4116.94 (dörd min yüz on altı manat doxsan dörd qəp) manat (18 ay x 225.83 manat + 52 manat ilkin ödəniş) İmei kod **********21098 İPHONE 14 PRO MAX markalı telefonüçün ümumilikdə, 4807 (dörd min səkkiz yüz yeddi) manat olmaqla ondan, 4064.94 (dör dmin altmış dörd manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 742.06 (yeddi yüz ıqrx iki manat altı qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 52 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizəsində "xxxx" MMC-nin Cavabdeh qarşı Şərur Rayon məhkəməində başlamış 2(110)-792/2024 №li iş üzrə məhkəmə iclasının xx.xx.2024-cü il, saat 09:15 tarixinə təyin olunduğunu, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığna görə məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etirazlarının olmadığını, iddianı müdafiə etdiklərini və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X1 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə X2 (Müştəri) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 09622579 saylı Müqavilələrin 1.1-ci bəndinə əsasən, “ABC Telecom“özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşyalar – İMEİ kodu **********82077 olan İPHONE 14 PRO telefon, APPLE ADAPTER-dir. Tərəflər arasında bağlanmış, xx.xx.2023-cü il tarixli, 09622579 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 3548.88 manat olan İMEİ kodu **********82077 olan İPHONE 14 PRO telefon, APPLE ADAPTER üçün ilkin ödəniş etmədən, həmin məbləği 18 ay müddətinə ayda 197.16 manat ödəməyi öhdəsinə götürmüşdür. X3 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş 08.07..2023-cü il tarixli il tarixli əşyanın təhvil-təslim aktına əsasən X2 İPHONE 14 PRO markalı telefonu, APPLE ADAPTER-ı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə X2 (Müştəri) arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı Müqavilələrin 1.1-ci bəndinə əsasən, “ABC Telecom“ özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşyalar – İMEİ kod **********21098 olan İPHONE 14 PRO MAX mobil telefondur. Tərəflər arasında bağlanmış, xx.xx.2023-cü il tarixli ********* saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 4116.94 manat olan İPHONE 14 PRO MAX telefon üçün 52 manat ilkin ödəniş edərək, qalan məbləği 18 ay müddətinə ayda 225.83 manat ödəməyi öhdəsinə götürmüşdür. X3 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh İPHONE 14 PRO MAX telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin cəmiyyətə olan borcu xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 7613.82 manat ödənilməmiş hissə, 1392.18 manat dəbbə olmaqla, ümumilikdə 9006 manat təşkil edir. İş materiallarında olan 62267953 nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, “ABC Telecom“ MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar PAYSİS MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 110.06 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi “ABC Telecom“ MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən Müştəri qiyməti 3548.88 manat olan İMEİ kodu **********82077 olan İPHONE 14 PRO telefon, APPLE ADAPTER üçün ilkin ödəniş etmədən, həmin məbləği 18 ay müddətinə ayda 197.16 manat, xx.xx.2023-cü il tarixli ********* saylı Müqaviləyə əsasən isə Müştəri qiyməti 4116.94 manat olan İPHONE 14 PRO MAX telefon üçün 52 manat ilkin ödəniş edərək, qalan məbləği 18 ay müddətinə ayda 225.83 manat ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış hər iki Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək cəmi 52 manat ödəniş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC belə bir tələb irəli sürməkdə haqlı olmuş və Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" MMC-yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; “ - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Məhkəmə qeyd edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, müqavilə üzrə öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas borcun ödənilməmiş hissəsini razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin hər iki müqavilə üzrə hesablanmış 1392.18 manat cərimənin alınması hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hər iki müqavilə üzrə əsas borcun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesablanmış 1392.18 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 532.97 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 110.06 manat dövlət rüsumunun 10.5 manatı iddiaçıya aid edilməli, qalan 99.56 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə "xxxx" MMC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" MMC “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, Cavabdeh xx.xx.2023-ci il tarixli və xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, ümumilikdə 7613.82 (yeddi min altı yüz on üç manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 532.97 (beş yüz otuz iki manat doxsan yedd qəpik) manat cərimə, cəmi 8146.79 (səkkiz min dörd yüz qırx altı manat yetmiş doqquz qəpik) manat məbləğində borc və 110.06 manat dövlət rüsumunun 99.56 manatı olmaqla, ümumilikdə 8246.35 (səkkiz min iki yüz qırx altı manat otuz beş qəpik) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 9006 (doqquz min altı) manat borc və 94.23 (doxsan dörd manat iyirmi üç qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 9100.24 (doqquz min yüz manat iyirmi dörd qəpik) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar