Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-797/2023 01.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" Bank olmayan X2 Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Bank olmayan X2 Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu tarixli, HBK02996 №-li müqavilə üzrə 149.32 manat qalıq borcu, 146.52 manat cərimə borcu olmaqla, cəmi 295.84 manat məbləğində iddia ərizəsinin verilməsi üçün tərəfimizdən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Optimal Finance” Bank olmayan X2 Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsində bildirmişdir ki, Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu tarixli, HBK02996№-li nisyə alqı-satqı müqaviləsinə (müqavilə”) əsasən, ilkin ödəniş 90 manat olmaqla , 14 müddətinə hissə-hissə hər ay üçün 81 manat, sonuncu ay üçün isə 79.98 manat ödəmək şərti ilə, 1222.98 manat dəyərində Malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə Təhvil-təslim aktında göstərilən məişət texnikalarını nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəfimizdən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu tarixli, HBK02996№-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi zamin Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Belə ki, Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2019-cu tarixli, HBK02996 saylı müqavilə üzrə qalıq borcu 149.32 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%- i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclu kreditor qarşısında müqavilə üzrə cərimə borcu 488.40 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdiyimiz üçün hesablanmış cərimə məbləğinin yalnız 30%-ni ödəməyi borcludan tələb edirik. Belə olan halda, hesablanmış cərimə məbləğinin 30%-i 146.52 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2019-cu tarixli, HBK02996saylı müqavilə üzrə 149.32 manat qalıq borcu, 146.52 manat cərimə borcu olmaqla, cəmi 295.84 manat borcu yaranmışdır. Bildiririk ki, faktor “X3 Olmayan Kredit Təşkilatı” MMC ilə müştər"xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cutarixli, HBK02996№-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X3Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh1 xx.xx.2019-cutarixli, HBK02996№-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X3 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bilidiriş verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanına göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu tarixli, HBK02996 saylı Nisyə alqı-satqı müqaviləsindən görünür ki, Optimal Elektronika MMC ilə Cavabdeh1 arasında müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhəliklər götürmüşlər. Həmin müqavilənin 3-cü bəndinə əsasən “Satıcı” “Alıcıya” siyahısı təhvil-təslim aktında (Əlavə 2) göstərilən Mal(lar)ı satır, “Alıcı” isə həmin Mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada Mal(lar)ın qiymətini “Satıcıya” ödəyir. Həmin müqavilənin 5.6-cı bəndinə əsasən Borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % həcmində cərimə (dəbbə pulu) ödəməlidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən “Alıcıya” Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə “Satıcı” öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu, nisyə malın “Satıcı”ya qaytarılmasını (qaytarılmış malın razılaşdırılmış qiyməti borcu tam ödəmədikdə qalıq borcu ümumi qaydada ödəmək şərti ilə) dərhal tələb edə bilər. İş materiallarında olan xx.xx.2019-cu tarixli, HBK02996 saylı Nisyə alqı-satqı müqaviləsinə Əlavə 1-də Cavabdeh1 aldığı malın dəyəri olan 1222.98 manat pulu 14 ay müddətinə xx.xx.2019 tarixdə 90 manat, xx.xx.2019 - xx.xx.2020-ci il tarixlərində aylıq 81 manat, xx.xx.2020-ci il tarixində isə 79.98 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Məmmədov X1 Samsung RT35K5440S8/Wt markalı soyuducunu qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu tarixli, HBK02996-Z saylı Zaminlik müqaviləsindən görünür ki, Optimal ElektronikaMMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhəliklər götürmüşlər. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Zamin” 1.2-ci bənddə göstərilən müqavilə üzrə Cavabdeh1 (bundan sonra “Alıcı” adlandırılacaq) “Satıcı” qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə “Alıcı” ilə birlikdə birgə əsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öhdəsinə götrür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Zaminliklə təmin edilən öhdəlik “Satıcı” ilə “Alıcı” arasında bağlanmış xx.xx.2019-cu tarixli, HBK02996 №-li nisyə satış müqaviləsindən irəli gələn öhdəlikdir. Həmin müqaviləyə əsasən “Alıcı” “Satıcı”-dan nisyə aldığı malın müqavilənin 1 saylı əlavəsində göstərilən formada ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 01 sentyabr 2022-ci il tarixli 01 nömrəli faktorinq müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqaviləyə görə müştəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavəsində(lərində) (irəlidə “Əlavə” adlanacaq) qeyd edilən Borclu (lar) ilə bağladığı müqavilə(lər)dən (yəni pul tələbinin irəli gəldiyi müqavilədən) irəli pul tələbini Faktora güzəşt edir, Faktor isə tələbin güzəştli müqabilində Əlavədə nəzərdə tutulan pul vəsaitini Müştərinin təqdim etdiyi Pul tələbinin etibarlı olmasını təsdiqləyən sənədlər (hesab-faktura, qəbz akt və s.) əsasında xx.xx.2023-cü il tarixdə (bu bənddə nəzərdə tutulan məbləğin 50%-ni və xx.xx.2023-cü il (bu bənddə nəzərdə tutulan məbləğin qalan 50%-ni) tarixdə ona verməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Faktor bu müqavilə imzalandığı andan etibarən bu müqavilənin 01 saylı əlavəsində göstərilən müqavilələr əsasında borclulara məxsus pul vəsaitlərinin tələb edilməsi ilə bağlı qanunvericiliyə əsasən müvafiq tədbirləri başlamaq səlahiyyəti əldə edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən Müştəri razılaşır ki, Faktor topladığı pul vəsaitlərinin 80%-nin tam yarısını xx.xx.2023-cü il tarixdə, qalan yarısını isə xx.xx.2023-cü il tarixdə müştəriyə ödəyəcəkdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən tərəflər razılaşır ki, xx.xx.2023-cü il tarixinədək bu Müqaviləyə uyğun olaraq güzəşt edilmiş tələb hüququ üzrə borclarından yığılmamış vəsaitlər üzrə tələb hüquqları bu müqaviləyə əsasən Müştəriyə güzəşt edilə bilər. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən Müştəri bu Müqavilənin 3.2-ci bəndinin icrasının təmin edilməsi öhdəliyini qeyd-şərtsiz öz üzərinə götürür. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu tarixli, HBK02996 saylı müqaviləyə əsasən "xxxx" MMC-yə 149.32 manat məbləğində qalıq borcu və 146.52 manat cərimə borcu olmaqla cəmi 295.84 manat borcu vardır. İş materiallarında olan ********* nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, Optimal ElektronikaMMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan və poçt qəbzindən aydın olur ki, iddiaçının nümayəndəsi mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə bu günə olan 295.84 manat məbləğində borcunuzu 3 (üç) gün müddətində ödəmədiyi təqdirdə Optimal Elektronika MMC müqaviləyə vaxtından əvvəl xitam verərək girov predmeti olan məhsulu geri tələb edə və ya qalıq borcunu və gecikməyə görə hesablanmış cərimə məbləğini məcburi qaydada sizdən almaq üçün məhkəməyə müraciət edə biləcəyi barədə xəbərdar etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışlar. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi Optimal ElektronikaMMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu tarixli, HBK02996 saylı Nisyə alqı-satqı Müqaviləsinə əsasən Alıcı qiyməti 1222.98 manat olan Samsung RT35K5440S8/Wt markalı soyuducunu Satıcıdan nisyə almaqla, həmin əşyaların ümumi məbləği olan 1222.98 manat pulu 14 (on dörd) ay müddətinə - xx.xx.2019 - xx.xx.2020-ci il tarixlərində aylıq 81 manat, xx.xx.2020-ci il tarixində isə 79.98 manat olmaqla Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin Alıcı Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmişdir. Eyni zamanda Alıcı iş üzrə tərəflər arasında bağlanmış Müqavilənin 5.6-cı bəndinə əsasən Borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 % həcmində cərimə (dəbbə pulu) ödəməlidir. Eyni zamanda iş materialına əlavə olunmuş 01.9.2022-ci il tarixli 01 npmrəli Faktorinq müqaviləsinə əsasən "xxxx" MMC borclularından tələb hüququnu "xxxx" Bank olmayan X2 Məsuliyyətli Cəmiyyətinə güzəşt etmişdir ki, Faktorda hazırki tələblə borclu və zaminə qarşı məhkəmədə iddia qaldırmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışında cavabdehin iddiaçıya 149.32 manat məbləğində qalıq borcu və 146.52 manat cərimə borcu olmaqla cəmi 295.84 manat borcu olması qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Satıcı belə bir tələb irəli sürməkdə haqlıdır. Alıcı Cavabdeh1 isə onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu "xxxx" Bank olmayan X2 Məsuliyyətli Cəmiyyətinə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi Cavabdeh1 iddiaçı "xxxx" MMC ilə aralarında sadə yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, həmin tələbdə "xxxx" Bank olmayan X2 Məsuliyyətli Cəmiyyətinə gözəşt edildiyindən, o da borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşudr. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Müqavilə üzrə 149.32 manat məbləğində qalıq borcun tutulması hissəsində tam əsaslıdır. İddia tələbinin müqavilə üzrə hesablanmış 146.52 manat cərimə pulunun tutulması hissəsinə gəldikdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər... ; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Müqavilə üzrə ödənilməmiş pulun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, Müqavilə üzrə hesablanmış 146.52 manat cərimə pulu məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, məhkəmə tələb olunan cərimə pulunun 50 (əlli) manat həcmində müəyyənləşdirilməsini ədalətli hesab edir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaranmış borcun borclu Cavabdeh1 ilə yanaşı, zamin Cavabdeh2 da müştərək qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə bu tələblə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin faktiki hallarından və Nisyə alqı-satqı müqaviləsinin müddəalarından görünür ki, müqavilə xx.xx.2019-cu il tarixində 15 ay müddətinə bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti əsas öhəliyin icra olunma vaxtının çatdığı günlə müəyyələnləşdirilmişdir ki, belə olan halda məhkəmə belə qənaətə gələrək hesab edir ki, mülki qanunvericilikdə nəzərdə tutulan 1 illik tələb etmə müddəti satıcı tərəfindən ötürülmüşdür. Göründüyü kimi müqaviləyə əsasən zaminin üzərinə götürdüyü öhdəliyin icra müddəti keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, satıcı zaminə qarşı müqavilə müddətinin başa çatdığı xx.xx.2020-ci il tarixdən ən geci bir il ərzində iddia qaldırmalı olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Belə olan təqdirdə qanunla müəyyən edilmiş müddət ərzində satıcı tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən, zaminin öhdəliyinə xitam verilməlidir. İşin faktiki hallarını, tərfələr arasında bağlanmış müqavilənin müddəalarını və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, zaminin üzərinə götürdüyü öhdəliyin icra edilməsi müddəti başa çatdığından iddia tələbi zamin Cavabdeh2 qarşı hissədə əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh1 149.32 (bir yüz qırx doqquz manat otuz iki qəpik) manat məbləğində qalıq borc və 50 (əlli) manat cərimə olmaqla, cəmi 199.32 (bir yüz doxsan doqquz manat otuz iki qəpik) manat məbləğində pul alınaraq Optimal Finance” Bank olmayan X2 Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilməli, 20.0 manatı isə Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2019-cu tarixli, HBK02996 saylı Nisyə alqı-satqı Müqaviləsi üzrə 149.32 (bir yüz qırx doqquz manat otuz iki qəpik) manat məbləğində qalıq borc, 50 (əlli) manat cərimə, cəmi 199.32 (bir yüz doxsan doqquz manat otuz iki qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manatı olmaqla, ümumilikdə 219.32 (iki yüz on doqquz manat otuz iki qəpik) manat pul alınaraq "xxxx" Bank olmayan X2 Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-797/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-797/2023
01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver