Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-812/2023 25.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kod **********72032 olan İPHONE 12 markalı telefon, APPLE ADAPTER, MAXLİTE GLASS üçün 2089.9 (iki min səksən doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 625.8 (altı yüz iyirmi beş manat səksən qəpik) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən HOFFMAN SİAC kondisoner üçün 1376.4 (bir min üç yüz yetmiş altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 409.7 (dörd yüz doqquz manat yetmiş qəpik) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kod **********78866 HUAWEİ P SMART markalı telefon, İMEİ Kod **********68457 SAMSUNG GALAXY A10S markalı telefon üçün 374.7 (üç yüz yetmiş dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 112.7 (bir yüz on iki manat yetmiş qəpik) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kod **********20921 X4 S21 markalı telefon üçün 1118.02 (bir min yüz on səkkiz manat iki qəpik) manat ödənilməmiş hissə, 326.78 (üç yüz iyirmi altı manat yetmiş səkkiz qəpik) manat dəbbə, ümumilikdə 6434 (altı min dörd yüz otuz dörd) manat borc və 84.34 manat dövlət rüsumu Cavabdeh alınaraq ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində cavabdehin ”ABC Telecom” MMC ilə xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli əsasən və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kod **********72032 olan İPHONE 12 markalı telefon, APPLE ADAPTER, MAXLİTE GLASS, HOFFMAN SİAC kondisoner, İMEİ Kod **********78866 HUAWEİ P SMART markalı telefon və İMEİ Kod **********68457 SAMSUNG GALAXY A10S markalı telefon, İMEİ Kod **********20921 X4 S21 markalı telefon aldığını və nəticədə ümumilikdə 6434 (altı min dörd yüz otuz dörd) manat borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2689.2 (iki min altı yüz səksən doqquz manat iyirmi qəpik) manat (18 ay x 149.4 manat + 0 manat ilkin ödəniş) İMEİ Kod **********72032 olan İPHONE 12 markalı telefon, APPLE ADAPTER, MAXLİTE GLASS üçün ümumilikdə 2715.7 (iki min yeddi yüz on beş manat yetmiş qəpik) manat olmaqla, ondan 2089.9 (iki min səksən doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 625.8 (altı yüz iyirmi beş manat səksən qəpik) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1574.4 (bir min beş yüz yetmiş dörd manat qırx qəpik) manat (24 ay x 65.5 manat + 0 manat ilkin ödəniş) olan HOFFMAN SİAC kondisoner üçün ümumilikdə 1786.1 (bir min yeddi yüz səksən altı manat on qəpik) manat olmaqla, ondan 1376.4 (bir min üç yüz yetmiş altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 409.7 (dörd yüz doqquz manat yetmiş qəpik) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 900 (doqquz yüz) manat (12 ay x 75 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********78866 HUAWEİ P SMART markalı telefon, İMEİ Kod **********68457 SAMSUNG GALAXY A10S markalı telefon üçün ümumilikdə 487.4 (dörd yüz səksən yeddi manat qırx qəpik) manat olmaqla, ondan 374.7 (üç yüz yetmiş dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 112.7 (bir yüz on iki manat yetmiş qəpik) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2194.02 (iki min yüz doxsan dörd manat iki qəpik) manat (18 ay x 121.89 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********20921 X4 S21 markalı telefon üçün ümumilikdə 1444.8 (bir min dörd yüz qırx dörd manat səksən qəpik) manat olmaqla, ondan 1118.02 (bir min yüz on səkkiz manat iki qəpik) manat ödənilməmiş hissə, 326.78 (üç yüz iyirmi altı manat yetmiş səkkiz qəpik) manat dəbbə borcu yarandığını, cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2022ci il tarixində İMEİ Kod **********20921 X4 S21 markalı telefondan imtina etdiyini, məhsulun 710 manat qiymətləndirilib borcundan silinərək geri qaytarıldığını, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğin 366 manat olduğunu, məhsul qaytarıldıqdan sonra qoyulan qiymətin 710 manat olduğunu, digər 3 müqavilə üzrə cəmi ödədiyi məbləğin 1322.6 (bir min üç yüz iyirmi iki manat altmış qəpik) manat təşkil etdiyini, cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü qeyd etmişdir. İddiaçı "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilsədə iddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı Nax MR Şərur rayon Məhkəməsində başlamış 2(110)-812/2023 № li mülki iş üzrə məhkəmə iclasının xx.xx.2023-cü il, saat 12:30 tarixinə təyin olunduğunu, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştorakı olmadan baxılmasına etirazlarının olmadığını, iddialarını müdafiə etdiklərini və qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23120031 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – İPHONE 12 64 GB İMEİ Kod **********72032, 3MK HG Maxlite İPHONE 12/12 X6 20W USB-C Adapter MHJE3ZM/A-Dır, Tərəflər arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, 23120031 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 2689,20 (iki min altı yüz manat iyirmi qəpik) manat olan İPHONE 12 64 GB İMEİ Kod **********72032, 3MK HG MaxLite İPHONE 12/12 X6 20W USB-C Adapter MHJE3ZM/A üçün ilkin ödəniş etmədən həmin məbləği 18 (on səkkiz) ay müddətinə ayda 149.4 (bir yüz qırx doqquz manat qırx qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh İPHONE 12 64 GB İMEİ Kod **********72032, 3MK HG MaxLite İPHONE 12/12 X6 20W USB-C Adapter MHJE3ZM/A-nı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24017740 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ABC Telecom özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – HOFFMAN SİAC-24/HR-dir. Tərəflər arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, 24017740 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 1574.4 (bir min beş yüz yetmiş dörd manat qırx qəpik) manat olan HOFFMAN SİAC-24/HR üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 24 (iyirmi dörd) ay müddətinə ayda 65.5 (altmış beş manat əlli qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh HOFFMAN SİAC-24/HR-ı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22344730 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ABC Telecom özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya telefon quraşdırma xidmətli İMEİ KOD **********78866 olan Huawei P Smart 2021 4GB/128GB, İMEİ KOD **********68457 X4 A10s (SM-A107)-dir. Tərəflər arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, 22344730 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 900 (doqquz yüz) manat olan telefon quraşdırma xidmətli İMEİ KOD **********78866 Huawei P Smart 2021 4GB/128GB və İMEİ KOD **********68457 Samsung galaxy A10s (SM-A107) üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 12 (on iki) ay müddətinə ayda 75 (yetmiş beş) manat ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh telefon quraşdırma xidmətli İMEİ KOD **********78866 olan Huawei P Smart 2021 4GB/128GB, İMEİ KOD **********68457 X4 A10s (SM-A107)-i tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 03931 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ABC Telecomözünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – M X5 **********20921 X4 S21 Dual (Sm-G991b) - Gray model mobil telefondur. Tərəflər arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, 03931 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 2194.02 (iki min yüz doxsan dörd manat iki qəpik) manat, M X5 **********20921 X4 S21 Dual (Sm-G991b) - Gray model mobil telefon üçün ilkin ödəniş etmədən həmin məbləği 18 (on səkkiz) ay müddətinə ayda 121.89 (bir yüz iyirmi bir manat səksən doqquz qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh İMEİ Kodu **********20921 X4 S21 Dual (Sm-G991b) - Gray markalı telefonu tam qüsursuz halda təhvil almışdır. Sonradan cavabdeh xx.xx.2022-ci il tarixdə İmei Kodu **********20921 X4 S21 markalı telefondan imtina etmiş və telefon 710 manata qiymətləndirilərək onun borcundan silinmiş, hazırda iddiaçı cavabdehdən həmin telefon üçün 1118.02 manat ödənilməmiş hissə, 326.78 manat isə dəbbə pulu olmaqla, ümumilikdə 1444.8 manat borc tələb etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin hər dörd müqavilə üzrə cəmiyyətə olan borcu 4959.02 (dörd min doqquz yüz əlli doqquz manat iki qəpik) manat ödənilməmiş hissə, 1474.98 (bir min dörd yüz yetmiş dörd manat doxsan səkkiz qəpik) manat dəbbə, ümumilikdə 6434 (altı min dörd yüz otuz dörd) manat təşkil edir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 84.34 (səksən dörd manat otuz dörd qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Müştəri Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22344730 saylı Müqaviləyə əsasən Müştəri alış qiyməti 900 (doqquz yüz) manat olan telefon quraşdırma xidmətli İMEİ KOD **********78866 Huawei P Smart 2021 4GB/128GB və İMEİ KOD **********68457 Samsung galaxy A10s (SM-A107) üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 12 (on iki) ay müddətinə ayda 75 (yetmiş beş) manat ödəməyi, xx.xx.2021-ci il tarixli, 23120031 saylı Müqaviləyə əsasən Müştəri alış qiyməti 2689,20 manat olan İPHONE 12 64 GB İMEİ Kod **********72032, 3MK HG MaxLite İPHONE 12/12 X6 20W USB-C Adapter MHJE3ZM/A üçün ilkin ödəniş etmədən həmin məbləği 18 ay müddətinə ayda 149.4 manat ödəməyi, xx.xx.2021-ci il tarixli, 24017740 saylı Müqaviləyə əsasən alış qiyməti 1574.4 (bir min beş yüz yetmiş dörd manat qırx qəpik) manat olan HOFFMAN SİAC-24/HR üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 24 (iyirmi dörd) ay müddətinə ayda 65.5 (altmış beş manat əlli qəpik) manat ödəməyi, xx.xx.2021-ci il tarixli, 03931 saylı Müqaviləyə əsasən alış qiyməti 2194.02 manat olan, M X5 **********20921 X4 S21 Dual (Sm-G991b) - Gray model mobil telefon üçün ilkin ödəniş etmədən həmin məbləği 18 (on səkkiz) ay müddətinə ayda 121.89 (bir yüz iyirmi bir manat səksən doqquz qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Sonradan cavabdeh xx.xx.2022-ci il tarixdə xx.xx.2021-ci il tarixli, 03931 saylı Müqaviləyə əsasən İmei Kodu **********20921 X4 S21 markalı telefondan imtina etmiş və telefon 710 manata qiymətləndirilərək onun borcundan silinmiş, hazırda iddiaçı cavabdehdən həmin telefon üçün 1118.02 manat ödənilməmiş hissə, 326.78 manat isə dəbbə pulu olmaqla, ümumilikdə 1444.8 manat borc tələb etmişdir. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavələrin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC belə bir tələb irəli sürməkdə haqlı olmuş və Müştəri Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" MMC-yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Məhkəmə iddia tələbinin hər dörd müqavilə üzrə tələb olunan 1474.98 manat dəbbə pulunun alınması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər ; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Məhkəmə Müqavilə üzrə ödənilməmiş pulun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, Müqavilə üzrə hesablanmış 1474.98 manat dəbbə pulu məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, hər dörd müqavilə üzrə ümumilikdə tələb olunan dəbbə pulunun 147 (bir yüz qırx yeddi) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə "xxxx" MMC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" MMC “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi qismən əmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli Müqavilələr üzrə ümumilikdə 4959.02 manat ödənilməmiş hissə, 147 manat dəbbə pulu olmaqla cəmi 5106.02 manat məbləğində borc alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi borc tələbinə dair digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğundan iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 84.34 manat dövlət rüsumunun 17.34 manatı iddiaçıya aid edilməli, qalan 67.0 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli Müqavilələr üzrə ümumilikdə 4959.02 manat ödənilməmiş hissə, 147 manat dəbbə pulu, cəmi 5106.02 manat məbləğində borc və 84.34 manat dövlət rüsumunun 67 manatı olmaqla, ümumilikdə 5173.02 (beş min bir yüz yetmiş üç manat, iki qəpik) manat məbləğində pul alınaraq ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətininə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-812/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-812/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver