Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-814/2022 01.11.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul" tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********87295 XİAOMİ REMİ NOTE 9S markalı telefon üçün 185.6 manat ödənilməmiş hissə, 18.4 manat cərimə, ümumilikdə 204 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsinin tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur; - 152.1 və 152.1.3-cü maddəsində deyilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, Cavabdeh sənədlərdə Şərur rayonu, Dəmirçi kəndində qeydiyyatda olması görsənsədə, 21 fevral 2021-ci il tarixli “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilməklə Sədərək rayonunun tabeliyinə verilmişdir. Haliyədə cavbdeh Cavabdeh Sədərək rayonu, Dəmirçi kəndində qeydiyyatdadır və iddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Sədərək Rayon Məhkəməsinə müraciət etməli idi. Göründüyü kimi, iddiaçı tərəfindən ərazi aidiyyət qaydaları pozulmaqla hazırkı iddia ilə Şərur Rayon Məhkəməsinə müraciət edilmişdir. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmədiyindən, iddia ərizəsinə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; - 40.1-ci maddəsin əsasən ərazi aidiyyat qaydalarının pozulmasına yol verilmir; Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya hazırki mülki iş üzrə iddia tələbi ərazi adiyyətinə görə Sədərək Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, həmin məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.2-ci maddəsində əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.5, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul" tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardadda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya ərazi adiyyətinə görə Sədərək Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-814/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-814/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver