Məhkəmə qərarları › İş №e-2(110)-819/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-819/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-819/2022 01.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********70995 olan XİAOMİ Mİ NOTE 10 LİTE markalı telefon, ARİSTON markalı kombi üçün 1559.4 (bir min beş yüz əlli doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 155.6 (bir yüz əlli beş manat altmış qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ACER ASPİRE markalı kompüter üçün 253.8 (iki yüz əlli üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 25.2 (iyirmi beş manat iyirmi qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN seksiya üçün 239 (iki yüz otuz doqquz) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********34853 olan PHONE 11 markalı telefon üçün 42 (qırx iki) manat ödənilməmiş hissə, ümumilikdə 2298 (iki min iki yüz doxsan səkkiz) manat borc və 42.98 manat dövlət rüsumu Cavabdeh alınaraq ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində cavabdehin ”ABC Telecom” MMC ilə xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********70995 olan XİAOMİ Mİ NOTE 10 LİTE markalı telefon, ARİSTON markalı kombi, ACER ASPİRE markalı kompüter, HOFFMANN seksiya və PHONE 11 markalı telefon üçün 2298 (iki min iki yüz doxsan səkkiz) manat borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2500 (iki min beş yüz) manat (18 ay x 130 manat + 160 manat ilkin ödəniş), İMEİ Kodu **********70995 olan XİAOMİ Mİ NOTE 10 LİTE markalı telefon, ARİSTON markalı kombi üçün ümumilikdə 1715 (bir min yeddi yüz on beş) manat olmaqla, ondan 1559.4 (bir min beş yüz əlli doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 155.6 (bir yüz əlli beş manat altmış qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 768 (yeddi yüz altmış səkkiz) manat (12 ay x 64 manat + 0 manat ilkin ödəniş), ACER ASPİRE markalı kompüter üçün ümumilikdə 279 (iki yüz yetmiş doqquz) manat olmaqla, ondan 253.8 (iki yüz əlli üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 25.2 (iyirmi beş manat iyirmi qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 435.5 (dörd yüz otuz beş manat əlli qəpik) manat (18 ay x 24.2 manat + 0 manat ilkin ödəniş), HOFFMANN seksiya üçün ümumilikdə 262 (iki yüz altmış iki) manat olmaqla, ondan 239 (iki yüz otuz doqquz) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 2592 (iki min beş yüz doxsan iki) manat (12 ay x 166 manat + 600 manat ilkin ödəniş), İMEİ Kodu **********34853 olan PHONE 11 markalı telefon üçün ümumilikdə 42 (qırx iki) manat olmaqla, ondan 42 (qırx iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə borcu yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 4201.4 (dörd min iki yüz bir manat qırx qəpik) manat təşkil etdiyini, cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü, cavabdehlə aralarında olan telefon danışığı həmçinin göndərilən xx.xx.2022-ci il xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də qarşı tərəfin müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etmədiyini, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödədiyini, tələblərinin əsalığının və əmlakın dəyərini sübut edən sənədlərin tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarət olduğunu qeyd edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********70995 olan XİAOMİ Mİ NOTE 10 LİTE markalı telefon, ARİSTON markalı kombi üçün 1559.4 (bir min beş yüz əlli doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 155.6 (bir yüz əlli beş manat altmış qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ACER ASPİRE markalı kompüter üçün 253.8 (iki yüz əlli üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 25.2 (iyirmi beş manat iyirmi qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN seksiya üçün 239 (iki yüz otuz doqquz) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********34853 olan PHONE 11 markalı telefon üçün 42 (qırx iki) manat ödənilməmiş hissə, ümumilikdə 2298 (iki min iki yüz doxsan səkkiz) manat borc və 42.98 manat dövlət rüsumu Cavabdeh alınaraq ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2020ci il tarixli, 21213615 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya - XİAOMİ Mİ NOTE 10 LİTE 6/64 GB İMEİ Kodu **********70995, **********71001 olan model telefon və 2 il yeni qızıl zəmanətli kombi ARİSTON Cares X 24 KW-dir, Tərəflər arasında bağlanmış, xx.xx.2020-ci il tarixli, 21213615 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 2500 (iki min beş yüz) manat olan İMEİ Kodu **********70995 olan XİAOMİ Mİ NOTE 10 LİTE model telefon, və 2 il yeni qızıl zəmanətli kombi ARİSTON Cares X 24 KW üçün ilkin olaraq 160 (bir yüz altmış) manat ödəniş ödəyərək, qalan məbləği 18 (on səkkiz) ay müddətinə ayda 130 (bir yüz otuz) manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh İMEİ Kodu **********70995 olan XİAOMİ Mİ NOTE 10 LİTE markalı telefonu və 2 il yeni qızıl zəmanətli kombi ARİSTON Cares X 24 KW-ni tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2020ci il tarixli, 21059771 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, “ABC Telecom“ özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya - ACER ASPİRE A315-34-CİJW cel/4/intel/1tb/free/bl model komputerdir. Tərəflər arasında bağlanmış, xx.xx.2020-ci il tarixli, 21059771 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 768 (yeddi yüz altmış səkkiz) manat olan ACER ASPİRE model kompüter üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 12 (on iki) ay müddətinə ayda 64 (altmış dörd) manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh ACER ASPİRE markalı kompüteri tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2020ci il tarixli, 21258236 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, “ABC Telecom“ özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya - HOFFMANN WST-F500 model seksiyadır. Tərəflər arasında bağlanmış, xx.xx.2020-ci il tarixli, 21258236 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 435.5 (dörd yüz otuz beş manat əlli qəpik) manat olan HOFFMANN model seksiya üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 18 (on səkkiz) ay müddətinə ayda 24.2 (iyirmi dörd manat iyirmi qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh HOFFMANN model seksiyanı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2020ci il tarixli, 21231371 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, “ABC Telecom“ özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya - İMEİ Kodu **********34853 olan iPHONE 11 128GB model mobil telefondur. Tərəflər arasında bağlanmış, xx.xx.2020-ci il tarixli, 21231371 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 2592 (iki min beş yüz doxsan iki) manat, İMEİ Kodu **********34853 olan PHONE 11 model telefon üçün ilkin olaraq 600 (altı yüz) manat ödəniş ödəyərək, qalan məbləği 12 (on iki) ay müddətinə ayda 166 (bir yüz altmış altı) manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh İMEİ Kodu **********34853 olan PHONE 11 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin cəmiyyətə olan borcu 2094.2 (iki min doxsan dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 203.8 (iki yüz üç manat səksən qəpik) manat cərimə, ümumilikdə 2298 (iki min iki yüz doxsan səkkiz) manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, xx.xx.2022-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 42.98 (qırx iki manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, mövcud müqavilənn 3.11-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozduğu üçün yuxarıda göstərilən malları "xxxx" MC-yə tam saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu zaman qaytarılan malın birtərəfli qaydada şirkət tərəfindən qiymətləndiriləcəyi, bu mümkün olmadıqda malın müqaviləyə əlavədə qeyd olunmuş dəyərinin tərəfindən tam şəkildə ödənilməsi, odur ki tərəfindən hazırki xəbərdarlıqdan irəli gələn öhdəliklərinicrası ilə əlaqədar çağırışa 3 (üç) gün ərzində riayət olunmadığı təqdirdə Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflərindən aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2500 (iki min beş yüz) manat olan İMEİ Kodu **********70995 olan XİAOMİ Mİ NOTE 10 LİTE model telefon və 2 il yeni qızıl zəmanətli ARİSTON Cares X 24 KW model kombi üçün ödənilməmiş hissəyə görə 1559.4 (bir min beş yüz əlli doqquz manat qırx qəpik) manat, cərimə olaraq 155.6 (bir yüz əlli beş manat altmış qəpik) manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 768 (yeddi yüz altmış səkkiz) manat olan ACER ASPİRE model kompüter üçün ödənilməmiş hissəyə görə 253.8 (iki yüz əlli üç manat səksən qəpik) manat, cərimə olaraq 25.2 (iyirmi beş manat iyirmi qəpik) manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 435.5 (dörd yüz otuz beş manat əlli qəpik) manat olan HOFFMANN model seksiya üçün ödənilməmiş hissəyə görə 239 (iki yüz otuz doqquz) manat, cərimə olaraq 23 (iyirmi üç) manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2592 (iki min beş yüz doxsan iki) manat, İMEİ Kodu **********34853 olan PHONE 11 model telefon üçün ödənilməmiş hissəyə görə 42 (qırx iki) manat borcu yaranmışdır. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavələrin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC belə bir tələb irəli sürməkdə haqlı olmuş və Müştəri Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" MMC-yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; “ - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,“kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə "xxxx" MMC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" MMC “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********70995 olan XİAOMİ Mİ NOTE 10 LİTE model telefon və ARİSTON Cares X 24 KW model kombi üçün 1559.4 (bir min beş yüz əlli doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 155.6 (bir yüz əlli beş manat altmış qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ACER ASPİRE model kompüter üçün 253.8 (iki yüz əlli üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 25.2 (iyirmi beş manat iyirmi qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN model seksiya üçün 239 (iki yüz otuz doqquz) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********34853 olan PHONE 11 model telefon üçün 42 (qırx iki) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 2298 (iki min iki yüz doxsan səkkiz) manat məbləğində borc alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 42.98 (qırx iki manat doxsan səkkiz qəpik) manat dövlət rüsumunun əvəzidə də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********70995 olan XİAOMİ Mİ NOTE 10 LİTE model telefon və ARİSTON Cares X 24 KW model kombi üçün 1559.4 (bir min beş yüz əlli doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 155.6 (bir yüz əlli beş manat altmış qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ACER ASPİRE model kompüter üçün 253.8 (iki yüz əlli üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 25.2 (iyirmi beş manat iyirmi qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN model seksiya üçün 239 (iki yüz otuz doqquz) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********34853 olan PHONE 11 model telefon üçün 42 (qırx iki) manat ödənilməmiş hissə, cəmi 2298 (iki min iki yüz doxsan səkkiz) manat borc və 42.98 (qırx iki manat doxsan səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2340.98 (iki min üç yüz qırx manat doxsan səkkiz qəpik) manat məbləğində pul alınaraq ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar