Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-821/2024 27.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən LG LED TV üçün 600 (altı yüz) manat ödənilməmiş hissə, 60 (altmış manat) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********87939 SAMSUNG GALAXY A11 markalı telefon üçün 382.4 (üç yüz səksən iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 38.6 (otuz səkkiz manat altmış qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, YORĞAN-TEKSTİL-SG-BAMBU YORĞAN, NEVRESİM TAKİMİ-TEKSTİL üçün 175.6 (bir yüz yetmiş beş manat altmış qəpik) manat ödənilməmiş hissə, 17.4 (on yeddi manat qırx qəpik) manat cərimə, ümumilikdə 1274 manat borc, 32.74 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində qeyd etmişdir ki, cavabdeh və "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV, İMEİ KODU **********87939 SAMSUNG GALAXY A11 markalı telefon, YORĞAN – TEKSTİL- SG - BAMBU YORĞAN, NEVRESİM TAKİMİ - TEKSTİL almış və nəticədə 1274 (min iki yüz yetmiş dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 720 (yeddi yüz iyirmi) manat (18 ay x 40 manat + 0 manat ilkin ödəniş) , LG LED TV üçün ümumilikdə, 660 (altı yüz altmış) manat olmaqla ondan, 600 (altı yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 60 (altmış) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 573.6 (beş yüz yetmiş üç manat altmış qəp) manat (24 ay x 23.9 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********87939 SAMSUNG GALAXY A11 markalı telefon üçün ümumilikdə, 421 (dörd yüz iyirmi bir) manat olmaqla ondan, 382.4 (üç yüz səksən iki manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38.6 (ottuz səkkiz manat altmış qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 294 (iki yüz doxsan dörd) manat (15 ay x 19.6 manat + 0 manat ilkin ödəniş) YORĞAN - TEKSTİL - SG - BAMBU YORĞAN, NEVRESİM TAKİMİ - TEKüSçTünİLümumilikdə, 193 (yüz doxsan üç) manat olmaqla ondan, 175.6 (yüz yetmiş beş manat altmış qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17.4 (on yeddi manat qırx qəp) manat cərimə; Cavabdehin son ödəniş tarixi xx.xx.2021-ci il,xx.xx.2021-ci il, xx.xx.2021-ci il olmaqla cəmi ödədiyi məbləğ 429.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə arasında bağlanılmış xx.xx.2021-ci il , xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin yaşadığı ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2020ci il tarixli, 21207641 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ABC Telecom özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – 2 il yeni qızıl zəmanətli, telefon quraşdırma xidmətli, İMEİ kodu **********87939, **********87937 olan SAMSUNG GALAXY A11 markalı telefondur. Tərəflər arasında bağlanmış, xx.xx.2020-ci il tarixli, 21207641 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 506.4 (beş yüz altı manat qırx qəpik) manat olan 2 il yeni qızıl zəmanətli, telefon quraşdırma xidmətli, İMEİ kodu **********87939, **********87937 olan SAMSUNG GALAXY A11 markalı telefon üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 24 ay müddətinə ayda 23.9 manat ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh İMEİ kodu **********87939, **********87937 olan SAMSUNG GALAXY A11 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2021ci il tarixli, 22246997 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ABC Telecom özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – Nevresim Takımı – X3 – Tekstil SG-dir. Tərəflər arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, 22246997 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 294 (iki yüz doxsan dörd manat) manat, Nevresim Takımı – X3 – Tekstil SG üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 15 ay müddətinə ayda 19.60 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Səfiyev X1 Takımı – X3 – Tekstil SG-ni tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2021ci il tarixli, 22357077 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ABC Telecom özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – 2 il yeni qızıl zəmanətli olan LG LED markalı televizordur. Tərəflər arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, 22357077 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 720 (yeddi yüz iyirmi manat) manat olan 2 il yeni qızıl zəmanətli olan LG LED markalı televizor üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 18 ay müddətinə ayda 40 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh LG LED markalı televizoru tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin hər üç müqavilə üzrə cəmiyyətə olan borcu 1158 (bir min bir yüz əlli səkkiz manat) manat ödənilməmiş hissə, 116 (bir yüz on altı manat) manat cərimə, ümumilikdə 1274 (bir min iki yüz yetmiş dörd) manat təşkil edir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 32.74 (otuz iki manat yetmiş dörd qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Müştəri arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21207641 saylı Müqaviləyə əsasən Müştəri qiyməti 506.4 (beş yüz altı manat qırx qəpik) manat olan 2 il yeni qızıl zəmanətli, İMEİ kodu **********87939, **********87937 olan SAMSUNG GALAXY A11 markalı telefon üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 24 ay müddətinə ayda 23.9 manat, xx.xx.2021-ci il tarixli, 22246997 saylı Müqaviləyə əsasən qiyməti 294 (iki yüz doxsan dörd manat) manat, Nevresim Takımı – X3 – Tekstil SG üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 15 ay müddətinə ayda 19.60 manat, xx.xx.2021-ci il tarixli, 22357077 saylı saylı saylı Müqaviləyə əsasən qiyməti 720 (yeddi yüz iyirmi manat) manat olan 2 il yeni qızıl zəmanətli olan LG LED markalı televizor üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 18 ay müddətinə ayda 40 manat ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavələrin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Məhkəmə qeyd edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, müqavilə üzrə öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas borcun ödənilməmiş hissəsini razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə hər üç müqavilə üzrə hesablanmış 116 manat cərimənin alınması hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Məhkəmə Müqavilə üzrə əsas borcun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hər üç müqavilə üzrə hesablanmış 116 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 81.06 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 32.74 manat dövlət rüsumunun 0.9 manatı iddiaçıya aid edilməli, qalan 31.84 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə "xxxx" MMC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" MMC “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli Müqavilələr üzrə 1158 (bir min bir yüz əlli səkkiz manat) manat ödənilməmiş hissə, 81.06 (səksən bir manat altı qəpik) manat cərimə, cəmi 1239.06 (bir min iki yüz otuz doqquz manat altı qəpik) manat məbləğində borc və 32.74 manat dövlət rüsumunun 31.84 manatı olmaqla, ümumilikdə 1270.90 (bir min iki yüz yetmiş manat doxsan qəpik) manat məbləğində borc alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli Müqavilələr üzrə 1158 (bir min bir yüz əlli səkkiz manat) manat ödənilməmiş hissə, 81.06 (səksən bir manat altı qəpik) manat cərimə, cəmi 1239.06 (bir min iki yüz otuz doqquz manat altı qəpik) manat məbləğində borc və 32.74 manat dövlət rüsumunun 31.84 manatı olmaqla, ümumilikdə 1270.90 (bir min iki yüz yetmiş manat doxsan qəpik) manat məbləğində pul alınaraq ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətininə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-821/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-821/2024
27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver