Məhkəmə qərarları › İş №e-2(110)-832/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-832/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-832/2024 28.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh Oqtay oğluna qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PALTARYUYAN TOSHİBA üçün, 615.03 (altı yüz on beş manat üç qəpik) manat ödənilməmiş hissə, 61.97 (altmış bir manat doxsan yeddi qəpik) manat cərimə. xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, İmei kodu **********21166 olan XİAOMİ POCO X5 PRO markalı telefon üçün 521.7 (beş yüz iyirmi bir manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 52.3 (əlli iki manat otuz qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, TOZSORAN SAMSUNG üçün 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə ümumilikdə 1548 (bir min beş yüz qırx səkkiz) manat borc, 35.48 (otuz beş manat qırx səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində qeyd etmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, cavabdehin PALTARYUYAN TOSHİBA, İmei kod **********21166 olan XİAOMİ POCO X5 PRO markalı telefon və TOZSORAN SAMSUNG üçün 1548 (min beş yüz qırx səkkiz) manat borc yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1411.2 (min dörd yüz on bir manat iyirmi qəpik) manat (18 ay x 68.4 manat + 180 manat ilkin ödəniş) olan PALTARYUYAN TOSHİBA üçün ümumilikdə, 677 (altı yüz yetmiş yeddi) manat olmaqla ondan, 615.03 (altı yüz on beş manat üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 61.97 (altmış bir manat doxsan yeddi qəpik) manat cərimə, xx.xx.2023-cü il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 963.6 (doqquz yüz altmış üç manat altmış qəpik) manat (12 ay x 65.3 manat + 180 manat ilkin ödəniş) olan İmei kod **********21166 olan XİAOMİ POCO X5 PRO markalı telefon üçün ümumilikdə, 574 ( beş yüz yetmiş dörd) manat olmaqla ondan, 521.7 (beş yüz iyirmi bir manat yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52.3 (əlli iki manat otuz qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 300 (üç yüz) manat (18 ay x 15 manat + 30 manat ilkin ödəniş) olan TOZSORAN SAMSUNGüçün ümumilikdə, 297 (iki yüz doxsan yeddi) manat olmaqla ondan, 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27 (iyirmi yeddi) manat cərimə miqdarında borc yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 1268.07 manat təşkil etdiyini bildirmişdir Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin yaşadığı ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh Oqtay oğlu (Müştəri) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03903682 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – 3 il zəmanətli, Paltaryuyan TOSHİBA-dır Tərəflər arasında bağlanmış, xx.xx.2023-cü il tarixli, 03903682 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 1411.21 (bir min dörd yüz on bir manat iyirmi bir qəpik) manat olan 3 il zəmanətli, Paltaryuyan TOSHİBA üçün 180 manat ilkin ödəniş ödəyərək, qalan məbləği 18 ay müddətinə ayda 68.4 manat ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh Oqtay oğlu 3 il zəmanətli, Paltaryuyan TOSHİBAN-ı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh Oqtay oğlu (Müştəri) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 18552229 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – İmei kod **********21166, **********21166 olan XİAOMİ POCO X5 PRO 5G markalı telefondur. Tərəflər arasında bağlanmış, xx.xx.2023-cü il tarixli, 18552229 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 963.6 (doqquz yüz altmış üç manat altmış qəpik) manat olan İmei kod **********21166, **********21166 olan XİAOMİ POCO X5 PRO 5G markalı telefon üçün 180 manat ilkin ödəniş ödəyərək, qalan məbləği 12 ay müddətinə ayda 65.3 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli əşyanın təhvil-təslim aktına əsasən İmanov X1 **********21166, **********21166 olan XİAOMİ POCO X5 PRO 5G markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh Oqtay oğlu (Müştəri) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 18553664 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – SAMSUNG markalı tozsorandır. Tərəflər arasında bağlanmış, xx.xx.2023-cü il tarixli, 18553664 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 300 (üç yüz) manat olan SAMSUNG markalı tozsoran üçün 30 manat ilkin ödəniş ödəyərək, qalan məbləği 18 ay müddətinə ayda 15 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh Oqtay oğlu SAMSUNG markalı tozsoranı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin hər üç müqavilə üzrə cəmiyyətə olan borcu 1406.73 (bir min dörd yüz altı manat yetmiş üç qəpik) manat ödənilməmiş hissə, 141.27 (bir yüz qırx bir manat iyirmi yeddi qəpik) manat cərimə, ümumilikdə 1548 (bir min beş yüz qırx səkkiz) manat təşkil edir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 35.48 (otuz beş manat qırx səkkiz qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Müştəri arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03903682 saylı Müqaviləyə əsasən alıcı qiyməti 1411.21 (bir min dörd yüz on bir manat iyirmi bir qəpik) manat olan 3 il zəmanətli, Paltaryuyan TOSHİBA üçün 180 manat ilkin ödəniş ödəyərək, qalan məbləği 18 ay müddətinə ayda 68.4 manat, xx.xx.2023-cü il tarixli, 18552229 saylı Müqaviləyə əsasən alıcı qiyməti 963.6 (doqquz yüz altmış üç manat altmış qəpik) manat olan İmei kod **********21166, **********21166 olan XİAOMİ POCO X5 PRO 5G markalı telefon üçün 180 manat ilkin ödəniş ödəyərək, qalan məbləği 12 ay müddətinə ayda 65.3 manat, xx.xx.2023-cü il tarixli, 18553664 saylı Müqaviləyə əsasən alıcı qiyməti 300 (üç yüz) manat olan Tozsoran SAMSUNG üçün 30 manat ilkin ödəniş ödəyərək, qalan məbləği 18 ay müddətinə ayda 15 manat ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavələrin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Məhkəmə qeyd edir ki, Cavabdeh Oqtay oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, müqavilə üzrə öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas borcun ödənilməmiş hissəsini razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə hər üç müqavilə üzrə hesablanmış 141.27 manat cərimənin alınması hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Məhkəmə Müqavilə üzrə əsas borcun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hər üç müqavilə üzrə hesablanmış 141.27 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 98.48 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 35.48 manat dövlət rüsumunun 0.99 manatı iddiaçıya aid edilməli, qalan 34.49 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə "xxxx" MMC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" MMC “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh Oqtay oğlundan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli Müqavilələr üzrə ümumilikdə 1406.73 (bir min dörd yüz altı manat yetmiş üç qəpik) manat ödənilməmiş hissə, 98.48 (doxsan səkkiz manat qırx səkkiz qəpik) manat cərimə, ümumilikdə 1505.21 (bir min beş yüz beş manat iyirmi bir qəpik) manat məbləğində borc və 35.48 manat dövlət rüsumunun 34.49 manatı olmaqla, ümumilikdə 1539.70 (bir min beş yüz otuz doqquz manat yetmiş qəpik) manat məbləğində borc alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Oqtay oğlundan xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli Müqavilələr üzrə ümumilikdə 1406.73 (bir min dörd yüz altı manat yetmiş üç qəpik) manat ödənilməmiş hissə, 98.48 (doxsan səkkiz manat qırx səkkiz qəpik) manat cərimə, ümumilikdə 1505.21 (bir min beş yüz beş manat iyirmi bir qəpik) manat məbləğində borc və 35.48 manat dövlət rüsumunun 34.49 manatı olmaqla, ümumilikdə 1539.70 (bir min beş yüz otuz doqquz manat yetmiş qəpik) manat məbləğində pul alınaraq ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətininə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar